Fars-molla rejimi rəsmi Bakıya qarşı “dindar məhbus” kampaniyasını davam etdirir – Tehranın “atəşkəs” səbri qısa oldu...
Tarix: 7-06-2014, 11:51 | Çap et
 DİA.AZ: - Bir daha xatırladaq ki, prezident İlham Əliyevin İrana səfəri ərəfəsindən və səfərdən sonra belə bir təəssürat yarandı ki, artıq fars-molla rejiminin illərdir Azərbaycan dövlətinə və Azərbaycanın dövlət rəhbərliyinə qarşı apardığı mətbu kampaniya durdurulur. DİA.AZ bildirir ki, amma bu “atəşkəsin” ömrü çox qısa oldu. Belə ki, rəsmi Bakıya qarşı hazırda Azərbaycan həbsxanalarında saxlanılan iranyönümlü dindarlarla bağlı təzyiqlər edən və müxtəlif təbliğat kampaniyası aparan İran mətbuatı bu yöndəki fəaliyyətinin təsadüfi olmadığını da kampaniyanın davamlılığı ilə nümayiş etdirdi. Bununla həm də İran-Azərbaycan dostluğunun heç bir halda mümkün olmadığı bir daha təsdiqlənmiş oldu.
Əslində bu qabaqcadan da bəlli idi. Azərbaycanın necə ki, Ermənistanla dostluğu imkansızdır, eləcə də Ermənistana hər zaman dəstək verən və bu gün də Azərbaycan torpaqlarının böyük hissəsini işğalı altında saxlayan fars-molla rejimi ilə səmimi münasibətlərimizin olacağı inandırıcı deyil. Bunu tərəflərin hər biri gözəl anlayır.
Xüsusən də hövsələsiz İranın antiAzərbaycan ruhlu mediası. DİA.AZ olaraq “arannyus” portalında yer almış və rəsmi Bakını hədəfə alan bir kampaniya ilə bağlı məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:
“İslam İnsan Haqları Komitəsi- Azərbaycan Respublikasında həbs olunan islamçı məhbuslarla həmrəylik ongünlüyü münasibəti ilə dünən 2 iyunda Təbrizin Səttarxan mərkəzində konfrans keçirilmişdir. “İslamda və beynəlxalq hüquqda azadlıq haqqı” mövzusunda keçirilən konfransda komitənin katibi cənab Kazimzadə qonaqları salamlayaraq konfransın keçirilməsində məqsədin Azərbaycanın islamçı məhbuslarına dəstəkdən ibarət olduğunu bildirdi. Sonra Azərbaycan Respublikasının tanınmış ruhanilərindən olan Höccətül-İslam Faiq Vəlioğlu ölkəsinin dini-ictimai vəziyyəti, eləcə də mənəvi və mədəni azadlıqlar haqda məlumat verdi. O, İslam İnsan Haqları Komitəsinin rəhbərliyinə, Ali Liderin Təbriz şəhərindəki səlahiyyətli nümayəndəsinə və konfrans iştirakçılarına təşəkkürünü bildirərək dedi: “Biz müstəqillikdən sonra Qarabağ böhranı ilə üz-üzə qaldıq, 1 milyon 200 min nəfər öz yurd-yuvasından didərgin düşdü, evləri dağıdıldı, el-obaları xarabalığa çevrildi. Düşmən bizim əcdadlarımızın qəbirlərinə də rəhm etmədi, onların baş daşlarını çıxarıb satdı. Lakin biz inşallah, gənclərimizin səyi ilə mübarizə aparıb Qarabağı azad edəcəyik”. Faiq Vəlizadə 25 may - 3 iyun ongünlüyünün Azərbaycan Respublikasında həbs olunmuş islamçı məhbuslarla həmrəylik ongünlüyü elan olunduğunu xatırladıb bunun azəri mübarizlərin anılması üçün münasib zaman olduğunu bildirdi. O dedi: “Bizim dərdimiz budur ki, dini və mənəvi azadlıqlarımız əlimizdən alınıb. Və bütün bunlar əcnəbi və müstəmləkəçi düşmənlərin ədavətli siyasətinin nəticəsidir. Öz bacılarının hicabını qorumaq üçün fəryad qoparan qeyrətli azəri gəncləri isə həbsxanalara göndərilir. Azərbaycan xalqının əksəriyyəti İslamı və Quranı istəyir, İslam təlimlərinə qarşı mübarizə xalq üçün bir problem və hətta faciədir. Müsəlman intizamlı, sağlam və cəmiyyətə faydalı olur, qanuna hörmətlə yanaşır. Lakin təəssüf ki, Azərbaycanda belə insanları təcrid edir, dövlət işlərindən uzaqlaşdırır, yaxud cibinə narkotik maddə yerləşdirib yalançı şahidlər vasitəsilə həbs edirlər”. Tanınmış ruhani çıxışının davamında dedi: “Biz bu ongünlükdə həbsdə olan din qardaşlarımızı müdafiə etmək üçün ayağa qalxmışıq. Əslində oğru və rüşvətxorlar həbsxanalarda olmalıdır, amma biz Azərbaycanda bunun əksini müşahidə edirik. Lakin bir məsələni də deyim: Hicab və İslam məhbusları Azərbaycan həbsxanalarını gülüstana çevirmişlər. Bəzən nəzarətçi polislər də onlardan təsirlənirlər. Bəzi həbsxanalarda məscid tikmiş və ibadət edənlərin sayını artırmışlar”. Höccətül-İslam Faiq Vəlioğlu sonda bir daha məzlumu müdafiənin çox böyük və müqəddəs iş olduğunu xatırladıb konfransın təşkilatçılarına müsəlman Azərbaycan xalqı adından minnətdarlığını bildirdi, islamçı məhbusların azadlığı üçün dua etdi. Təbriz şəhərinin çoxlu elm adamlarının, jurnalist və hüquqşünasların qatıldığı konfransın sonunda bəzi iştirakçılar da öz fikirlərini bildirdilər, Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edib, islamçı məhbusları bu ölkənin müsəlman xalqının ucalıq simvolu adlandırdılar”.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|