Etibar Pirverdiyev korrupsiyanı sktruktur islahatı ilə ört-basdır edir - "Azenerji"də mafiya qaydaları
Tarix: 4-06-2014, 09:57 | Çap et
 Bu ilin aprelin sonlarında “Azərenerji” ASC-nin tabeliyində olan “İmişli (“İmişli REŞ”) MMC ləğv edilib. Artıq İmişli və Şirvan regional idarələri sonuncunun bazasında yenidən təşkil olunmaqdadır.
Amma deyəsən “Azərenerji” rəhbərliyi “İmişli REŞ”in direktoru olmuş Səməd Hüeynovla haqq-hesabı tam çürütməyib. Mayın 27-də 13 nəfərdən ibarət bir dəstə keçmiş “İmişli REŞ”in inzibati binasına qəflətən basqın edərək, rəhbərlik də daxil hamının bayıra çıxmasını tələb edib. Onlar “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin (ETİ) rəisi Tariyel Bağırov tərəfindən “İmişli REŞ”də yoxlama aparmaları üçün göndərildiklərini bildiriblər.
İki regional şəbəkənin birləşdirilməsi ilə əlaqədar təhvil-təslim işlərinin başa çatdırılmaq üzrə olduğu bir vaxtda, hüquqi cəhətdən mövcud olmayan, bütün əmlakı təhvil verilən bir qurumun yoxlanılması işçilərdə təəccüb yaradıb və etirazla qarşılanıb. Məsələnin ən maraqlı məqamı odur ki, müfəttişlərin əlində yoxlama aparılmasına əsas verəcək hər hansı neqativ fakt olmayıb.
Qəfləti yoxlamanın nə məqsəd daşıdığını öyrənmək üçün Tariyel Bağırova zəng edilib. O, heç bir izah vermədən kobudcasına müfəttişlərə tabe olmağı tələb edib. Bunun ardınca Səməd Hüseynov tutduğu vəzifədən azad edilib və “oyundankənar vəziyyət”ə salınıb.
“Xoruzun quyruğu görünür. Demə bütün bu həngamə Səməd Hüseynovun vurulması”na hesablanıbmış. Cəmiyyət daxilindək intriqalara görə oturuşmuş strukturlar dağılır, yüzlərlə adam narahat olur, xeyli sayda mütəxəssis iş yerini itirir.” Bunu infom.az-a adının çəkilməyini istəməyən “İmişi REŞ”in keçmiş işçisi deyib.
O, diqqəti “Azərenerji” ASC prezidenti Etibar Priverdiyevin “elektrik şəbəkələrinin tabeçiliyinin dəyişdirilməsi barədə” 22.04.2014-cü il tarixli, DƏ/88 saylı əmrindəki şübhəli məqamlara çəkir. Əmrdə göstərilir ki, “İmişli REŞ”-in tabeliyində olan Zərdab, Ağcabədi, Füzuli və Beyləqan rayon şəbəkələrinin “Mingəçevir REŞ”in, Saatlı, Kürdəmir və İmişli rayon şəbəkələrinin isə “Şirvan REŞ”in tabeliyinə verilməsi elektrik verilişi xətlərinin, yarımstansiyaların istismarının, təmirinin və qəzaların aradan qaldırılmasının operativ və çevik təşkil edilməsi məqsədi daşıyır.
Qəribədir, deyilmi? Məgər çevik idarəetmə, qəzaların tez bir zamanda aradan qaldırılması üçün idarəedici qurum xətlərdən, yarımstansiyalardan, hadisə baş verən ərazilərdən uzaqda olmalıdır?
İndiyədək Fuzli elektrik şəbəkəsi regional idarədən 90 km aralıda idi. Sonuncu struktur dəyişikliyindən sonra bu məsafə 200 km-ə çatıb. Bu qədər uzaqdan “çevik idarəetmə” necə təşkil oluna bilər? Qəza baş verəndə regional idarənin mütəxəssisləri, mal-material hadisə yerinə operativ olaraq necə çatdırılacaq?
Məsafənin uzaq olmağı həm də nəzarət imkanlarını da məhdudlaşdırır, üstəlik vaxt itkisi və əlavə xərclər yaradır (halbuki əmrdə bu dəyişikliyin iş həcmlərinin və idarəetmə xərclərinin azaldılması məqsədi daşıdığı göstərilib). Bundan əlavə, “İmişli REŞ” ləğv edilərkən rayon ərazisində 330 min kv-luq yarımstansiyanın olmağı, buradan İmişli-Parsabad beynəlxalq hava xəttinin keçməyi nəzərə alınmayıb. Mənbə cəmiyyət daxilindəki intriqanın sonrakı proseslərə də təsir etdiyini iddia edir:
“İmişli REŞ”in ləğvinə nail olan ETİ rəisi Tariyel Bağırov şüurlu surətdə anlayırdı ki, regional idarənin ləğvindən sonra da İmişlidə “dayaq məntəqəsi” yaratmadan “Şirvan REŞ” genişlənmiş əraziyə nəzarət edə bilməyəcək. Buna görə rəqibini tam sıradan çıxarmaq üçün onu bu başdan işdən kənarlaşdırmağa, ləğv edilən bir qurumun təftişinə nail olub. Çox güman ki, S. Hüseynovun keçmiş fəaliyyətində cidi nöqsanlar “aşkarlanandan” sonra “İmişli REŞ” başqa formada və ən əsası S. Hüseynovsuz yenidən bərpa olunacaq.”
Mənbə ETİ rəisi ilə bağlı hər kəsdə təccüb doğuracaq bir məlumatı da qeyd etdi:
“Azərenerji”nin bel sütunu hesab olunan bu qurumun başına 2 il əvvəl gətirilməyinə baxmayaraq, Tariyel Bağırov hələ də bu vəzifəyə rəsmi qaydada təyin edilməyib. İdarəçiliyinin bir hissəsi qeyri-rəsmi qaydada ona həvalə edilib, adam ASC-dən kənar olan şəxslərin maraqlarını burada təmsil edir.”
DİA.AZ isə xatırladır ki, “İmişli REŞ”in adı ləğv olunana qədər böyük korrupsiya ittihamının hədəfinə çevrilmişdi. Hətta Hesablama Palatası da bu barədə şok rəqəmləri açıqlamışdı. Aydın olurdu ki, Pirverdiyev cənabları bu qurum hesabına milyonları mənimsəyib. Səs-küy qalxandan sonra isə "Azenerji" şefi “İmişli REŞ”in ləğvi qəraını verir və korrupsiya izini ört-basdır etməyə çalışır. Nail oldumu? Hələlik gözləməliyik...

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|