Özünüməşğulluq üçün verilən heyvanlar niyə xəstə çıxır? - HƏQİQƏTƏN DƏ...
Tarix: 13-09-2024, 09:39 | Çap et
Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdən ən çox şikayətlər heyvandarlıqla bağlıdır. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Dövlət Məşğulluq Agentliyinin Bərdə rayon sakini Ağayev İmamqulu Eldar oğluna özünüməşğulluq proqramı çərçivəsində verdiyi 21 baş qoyun xəstə çıxıb. Qeyd edək ki, dəfələrlə özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanların arıq, xəstə olması, ölməsi barədə görüntülər, məlumatlar yayılıb. Sputnik Azərbaycan özünüməşğulluq proqramına müraciət edən vətəndaşlara heyvandarlıqla bağlı verilən aktivlərin vətəndaşların məşğulluğuna hansı fayda verdiyini araşdırıb. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narazılıqların bütövlükdə özünüməşğulluq proqramı üzrə bütün aktivləri və zərfləri əhatə etdiyini söyləmək düzgün deyil. Çünki, un məmulatları istehsalı, avtoelektrik xidmətləri, dərzi sexi və sair sahələrlə bağlı vətəndaşlara verilən aktivlər səmərə verir. Hətta elə sahələr var ki, vətəndaşlar özlərinin məşğulluğunu təmin etməklə yanaşı, gələcəkdə kiçik sahibkara çevrilərək işçi götürürlər. Bununla belə Sahib Məmmədov özünüməşğulluq proqramı çərçivəsində verilmiş bəzi aktivlərlə bağlı təhlilinin aparılmalı olduğunu söyləyib. Bildirib ki, şikayətlər əsasən heyvandarlıq sahəsinə verilmiş aktivlərlə bağlıdır: "Amma bütün şikayətlər haqlı deyil. Bəzən vətəndaşlar burada da sui-istifadə hallarına yol verirlər. Ona görə də artıq Dövlət Məşğulluq Agentliyi vətəndaşlara özünüməşğulluq üçün verdikləri heyvanların videosunu çəkərək sayta yerləşdirir. Odur ki, bu şikayətlər araşdırılmalıdır. Ölən, xəstə heyvanların bu proqram çərçivəsində verilib-verilmədiyi dəqiqləşdirilməlidir".
O ki qaldı heyvandarlıqla bağlı aktivlərin səmərə verməməsinə, işsiz vətəndaşın məşğulluğunu təmin etməməsinə, Sahib Məmmədov deyir ki, aktivlər hər bir vətəndaşın istəyi əsasında verilir. Əgər vətəndaşın tövləsi varsa, heyvan saxlayırsa, ona əlavə 20 baş heyvan da verilir ki, təsərrüfatını böyütsün, qazanc əldə etsin. Deputat Fazil Mustafa da bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdən şikayətlərə çox rast gəlinir, bu, birinci hal deyil: "Mən bu formada məşğulluğun effektli olacağı düşüncəsində deyiləm. İş yerlərinin açılması daha yaxşı olardı. Biz işsizliyin həlli yollarını tapmalıyıq. Özəl sektora güvənməliyik ki, yeni iş yerləri açsınlar. Özünüməşğulluq proqramına xələl gətirən, dövlət siyasətinə etinasızlıq yaradan məmurlarla bağlı isə ölçü götürülməlidir".
Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayon sakini Ağayev İmamqulu Eldar oğluna Agentlik tərəfindən verilən 21 baş qoyunun xəstə olması, artıq bir neçəsinin isə tələf olması ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib. Agentlikdən bildirilib ki, sözügedən şəxs bir ay öncə "Qoyunçuluq təsərrüfatı" zərfi üzrə aktivlər verilərkən heyvanların sayından və keyfiyyətindən narazı olmadığını yazılı şəkildə bildirib: "Özünüməşğulluq proqramı üzrə mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Bərdə rayon sakini Ağayev İmamqulu avqustun 5-də Qarabağ DOST Mərkəzinə yaxınlaşaraq heyvanlardan birinin öldüyünü bildirib və fotolar təqdim edib. Vətəndaşla maarifləndirici söhbət aparılıb və tələfolma ilə bağlı zəruri sənədləri, ölüm aktı, yarma protokolu, laboratoriya analizinin cavabı və fotoşəkilləri toplamaq tövsiyə olunub". Avqustun 23-də isə vətəndaş təkrar müraciət edərək Qida Təhlükəsizliyi Agentliyinin baytarının tərtib etdiyi aktı təqdim edib: "Aktda qeyd olunub ki, heyvanlar 10 gündən çoxdur tələf olub. Buna görə də ölüm səbəbini araşdırmaq üçün yarma və hər hansı analiz götürmək mümkün olmayıb. Eyni zamanda, sənəddə tələf olmuş heyvanın qulağında "birka" olmadığı bildirilir ki, bu səbəbdən onun özünüməşğulluq proqramı üzrə verilmiş aktivlərə aid olmasının müəyyən edilməsi də mümkün deyil. Beləliklə, vətəndaşın təqdim etdiyi sənədlər natamam olduğu üçün ölən heyvanın əvəzinə yenisinin təqdim edilməsi mümkün olmayıb". Xatırladaq ki, Bərdə rayon sakini Ağayev İmamquluya iyulun 25-də Dövlət Məşğulluq Agentliyi tərəfindən 21 baş qoyun verilib. Onun iddialarına görə, heyvanların bir neçəsi xəstələnərək tələf olub. Qeyd edək ki, özünəməşğulluğun təşkili Dövlət Məşğulluq Agentliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) "Məşğulluq" altsistemində işsiz və işaxtaran kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. Məlumat üçün bildirək ki, proqramın icrasına başlanıldığı 2017-ci ildə 1172, 2018-ci ildə 6326, 2019-cu ildə 9554, 2020-ci ildə 11 917, 2021-ci ildə 16 232, 2022-ci ildə 16 097, 2023-cü ildə 17 362 nəfər özünüməşğulluğa cəlb olunub. 2024-cü ilin altı ayında Azərbaycada 203,1 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Bu barədə Dövlət Məşğulluq Agentliyindən bilidirilib. Hesabat dövründə 84,4 min nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1,9 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin olunub. Altı ayda Agentlik tərəfindən 8,5 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 108,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Bu gün, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Bu gün, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Bu gün, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Bu gün, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Bu gün, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Bu gün, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Bu gün, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Bu gün, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Bu gün, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Bu gün, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Bu gün, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Bu gün, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Bu gün, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Bu gün, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Bu gün, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Bu gün, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Bu gün, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Bu gün, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Bu gün, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Bu gün, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Bu gün, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Bu gün, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06 |
|
|
|
• Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03 |
|
|
|
• Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54 |
|
|
|
• Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51 |
|
|
|
• “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42 |
|
|
|
• “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38 |
|
|
|
• "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36 |
|
|
|
• “Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28 |
|
|
|
• Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24 |
|
|
|
• NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20 |
|
|
|
• Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18 |
|
|
|
|