“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

`Yeni Klinika`da BİABIRÇI MƏNZƏRƏ - "...bunlar vətən xainidirlər"
Tarix: 22-08-2024, 08:58 | Çap et
`Yeni Klinika`da BİABIRÇI MƏNZƏRƏ
"Bəzi ağzıgöyçəklər sosial şəbəkələrdə qazilərin şikayətinin əsassız olduğunu iddia edir, yalanlamağa çalışırlar. Lakin mən şəxsən 19 avqust 2024-cü il tarixdə ölkənin ən öndə gedən xəstəxanalarından biri olan Yeni Klinikada qaziyə qarşı iyrənc bir münasibətin şahidi oldum". Dia-az.İnfo xəbər verir ki, bunu açıqlamasında tanınmış iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib.
Ekspert daha sonra müşahidə etdiklərini belə ifadə edir: "Belə ki, 44 günlük Vətən Müharibəsinin ilk günündən sonuna qədər könüllü döyüşən Nəsirov Tufan Yasif oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasından göndərişlə Bakıdakı Yeni Klinikaya təcili yardım briqadası ilə yola salınıb. Xəstədə intensiv sudrqalar baş verirmiş. Təcili yardım biriqadasının məlumatına görə, Beyləqandan Bakıya gələnə qədər, dörd saat ərzində xəstənin epileptik tutmalarının sayı beşə çatıb. Biz də həmin gün xəstə ilə bərabər saat 15.00 radələrində paytaxtdakı "Yeni Klinika"ya çatdıq və dərhal qəbul şöbəsinə yaxınlaşaraq xəstənin sənədləşdirməsi işlərinə başladıq. Əvvəlcə bizi xəstəxananın nevroloqu Ülviyyə həkimin qəbuluna göndərdilər. Ülviyyə xanım soyuqqanlı şəkildə bildirdi ki, sizin ambulator müayinə növbəniz 32-cidir, zəhmət çəkib gözləyin. Biz "doktor bizdən əvvəl cəmi bir nəfər var, xahiş edirik ondan sonra qazinı qəbul edin" desək də, həkim "sizin növbəyə hələ bir-iki saat var, istəyirsinizsə, bizim xəstəxananın təcili tibbi yardım şöbəsinə müraciət edin, xəstənizi ordan müalicə üçün qəbul edərik", dedi. Biz əlacsız durumda həkimin məsləhəti ilə xəstəni elə Beyləqandan gətirdikləri xərəkdə, anlaqsız vəziyyətdə xəstəxananın təcili tibbi yardım şöbəsinə apardıq. Ən dəhşətlisi budur ki, orda heç bir həkim tapmadıq. Səhiyyə Nazirliyinin və TƏBİB-in qaynar xətti ilə əlaqə qurub, danışıb - şikayət etdikdən sonra bir neçə tibbi personal və həmin nevroloq Ülviyyə xanım gəlib xəstənin müayinə sənədlərinə baxdıqdan sonra dedi ki, mən nevroloqam, amma bu xəstənin problemi psixiatrikdir, bizim xəstəxanada isə psixiatr yoxdur, ona görə də siz psixiatriya şöbəsi olan bir xəstəxanaya getməlisiniz. dia-az.life
Qeyd edim ki, bu "ötür-ötür oyunu" baş verən müddətdə xəstənin epileptik tutmalarını Beyləqandan gələn briqada üzvləri operativ tibbi yardım göstərərək ayıldırdılar. Bütün bu baş verənlər isə, yuxarıda qeyd etdiyim kimi, paytaxtdakı klinikanın tibbi personalının, o cümlədən də həkim-nevroloq Ülviyyə xanımın gözləri önündə baş verirdi. Bununla belə həkim israr edirdi ki, bu xəstə bizlik deyil. Beləcə, Qarabağ qazisinin xəstəxanaya qəbulundan imtina edildi. Sonradan bəlli olub ki, bu imtina tamamilə əsassızmış. Xəstəxana rəhbərliyi və həkim-nevroloq Ülviyyə xanım düşünüblər ki, bu qazıdır, bundan bizə bir xeyir yoxdur, ən yaxşısı budur ki, bir bəhanə ilə qəbuldan imtina edək. Rəhbərlik hər halda Qarabağ qazisinin düşdüyü bu vəziyyəti görmürdü, amma Ülviyyə xanım onun keçirdiyi halları müşahidə edirdi və riyakarcasına "bu xəstə bizlik deyil" deyirdi. Belə həkimlərin bu sənətdən qazandıqları ömrü boyu halal ola bilməz. Haram isə ilan zəhəri kimi onları zəhərləyəcək.
Və beləcə, "ötür-ötür"dən sonra biz qazilərə xidmət mərkəzinə müraciət edib, məsələni Ülviyyə həkimin dediyi kimi onlara izah etdik. Mərkəzdən bizi səhər saat 9.00-dan 14.00-a qədər işləyən "Psixoloji Sağlamlıq Mərkəzi"nə yönəltdilər. Səhəri gün həmin mərkəzdən bizə bildirdilər ki, bu xəstə nevroloji xəstədir, xəstənin psixoloji durumu normaldır. Bundan sonra biz nevroloq axtarışı ilə paytaxdakı xəstəxanaların birinə müraciət etdik. Cəmi bir neçə dəqiqə ərzində xəstə xəstəxanaya yatırıldı və dərhal müalicəsinə başlanıldı. Hazırda qazımız həmin xəstəxanada tibbi personalın intensiv nəzarəti altında nevroloq müalicəsi alır.
Əziz oxucular indi siz deyin, bu kimi hallar dövlət adına, hökumət adına biabırçılıq deyil, bəs nədir? Burdan Yeni Klinikanın rəhbərliyinə və riyakar həkimlərınə üz tutaraq deyirik, o, qazinın 44 gün açıq səma altında verdiyi mücadilə sizə haram olsun! Tutaq ki, sizin xəstəxanada qazinın müalicəsi mümkün deyil, axşam saat 17.00-da, iş vaxtının bitdiyi bir zamanda bu cür ağır vəziyyətdə olan insanı taleyin ümidinə buraxıb, xəstəxanadan qovmaq olarmı?!"
Dia-az.İnfo qeyd edir ki, fikrinin sonunda Akif Nəsirli əlaqədar qurum və şəxslərə baş verənlərlə bağlı müraciət də edib. O deyib: "Mən bu fürsətdən istifadə edib bütün aidiyyatı qurumlara və "Dəmir yumruq" sahibi, cənab prezidentə səslənirəm - Qarabağ döyüşçüsünə bu cür biganə yanaşan həkim personalı Azərbaycan xəstəxanalarında çalışa bilməz, bunlar vətən xainidirlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru