“Məmurlar işsiz, kasıb vətəndaşları çox incidir” - NARAZILIQ VAR...
Tarix: 21-05-2024, 17:15 | Çap et
“Altı ildir ki, gözləyirik. Bu işlər ərzində çox tanıdığım heyvanını aldı, ancaq mənə çatanda hələ 100-cü adam oluram. Müraciətimi elə yola verib aldadırlar. Bezmişəm, intihar həddindəyəm”
Cəlilabadın Səhrədabad kənd sakini Daməddin Səhrədov Dövlət Məşğulluq Agentliyindən narazıdır.
Meydan TV-yə danışan sakin deyir ki, süründürməçilik və biganə münasibət onu intihar həddinə çatdırıb.
Onun sözlərinə görə, 6 ildir ki, qurumun qapılarında qalıb.
“Həbs həyatı yaşamısan, sənə düşmür”
Sərhədov 2017-ci ildə mübahisə üstündə həbs həyatı yaşayıb. Bir il sonra azadlığa çıxaraq ailənin ağır sosial-iqtisadi durumuna və işsizliyə görə heyvan üçün özünüməşğulluq proqramına yazılıb.
Ancaq yenidən vətəndaşın ilin sonunda eyni iş üzrə həbsi Dövlət Məşğulluq Agentliyinin vətəndaşa heyvan verməkdən imtina etməsi ilə nəticələnib. Səbəb kimi də həbs həyatı yaşaması göstərilir. Yenidən qeydiyyat isə əlavə vaxt alır. Nəticə isə yoxdur.
“2017-ci ildə 5 ay həbs həyatı yaşamışam. Həbsdən sonra heyvan almaq üçün qeydiyyata düşdüm. 2018-ci ilin iyununda yenidən eyni iş üzrə – mübahisə üstündə həbs olundum. 2022-ci ildə həbsdən çıxıb getdim ki, 4 ildə niyə ailəmə heyvanı verməmisiniz? Dedilər ki, sənə düşmür, həbs həyatı yaşamısan, həm də xəstəliyin ağırdır. Sonra da dedilər ki, həyat yoldaşını gətir, onu qeydiyyata alaq. Bütün bunları işi uzatmaq üçün qəsdən edirlər. Çünki mən adam öldürməmişəm, qatil deyiləm. Həbsdə yatan yaşamamalıdır?”.
Dediyinə görə, həyat yoldaşı da iki ildir ki, qeydiyyatdadır, ancaq xəbər yoxdur:
“Bu ilin fevralında çağırıb bir ərizə veriblər ki, bir aya olacaq, gözləyin. Üstündən üç ay keçib. Bizdən sonra qeydiyyata düşüb alanları tanıyıram. Hansı ki 500-600 manat şirinlik – pul veriblər. Dedim ki, pulum yoxdur, rüşvət vermirəm deyə vermirsiniz? Deyirlər ki, elə şey yoxdur, yalandır. Etiraf edərlərmi rüşvəti? Xeyr, etməzlər. Nə adamım var, nə şirinlik üçün pulum…”.
Dörd nəfərlik Səhrədovlar ailəsinin iki oğul övladı ağır ürək çatışmazlığından əziyyət çəkir. 21 yaşlı İmamirəddin və 22 yaşlı Sədrəddin qardaşlarının xəstəliklərindən dolayı iş qabiliyyəti yoxdur, verilən əlillik pensiyası da 18 yaşlarında kəsilib.
Daməddin Sərhədov deyir ki, yaşlı həyat yoldaşı Sona Nəciyeva və özü də ağır əsəb xəstəsidir. Ailənin tək gəliri onun II qrup kimi aldığı əlillik pensiyasıdır. Əlavə gəlir olmadığına görə nə əkin təsərrüfatını qura bilir, nə heyvan alıb saxlaya. Tək ümidi Dövlət Məşğuluq Agentliyinin özünüməşğulluq xətti ilə ailəsinə veriləcəyi xırdabuynuzlu heyvandır, o da qismət olsa…
“Məmurlar işsiz, kasıb vətəndaşları çox incidir”
Sosial durumunun ağır olduğunu deyən vətəndaş çıxış yolu axtarır, amma yerli qurum onun xahiş və tələblərinə biganə münasibət bəsləyir:
“Bir ailənin dolanışığı tək adamın pensiyasıdırsa, necə olar? Övladlarım xəstədir deyə işə yaramır, iş görən kimi ürəkləri gedir. Hərbi xidmətə yaramır, amma pensiyasını ölüm ayağında deyillər deyə vermirlər. Bunlar necə işləyib ailə saxlasın? Həyətimizdə 5-6 ədəd ev quşu var. Tövlə var, heyvan yox. Özü də guya tövləsi olana verirlər. Zəng eləməkdən, gedib gəlməkdən ayaqlarım qara su gətirib”.
“Ölkə rəhbərliyi deyir ki, məmurlar vətəndaşı incidirsə, ona bildirək. Dəfələrlə deyirəm, ancaq eşidən yoxdur. Məmurlar mənim kimi köməksiz, kasıb vətəndaşları çox incidir, süründürür, şikayətlər qulaqardına edilir. Cəlilabadda məmurlar at oynadır. Özləri təminatlı, kasıb təbəqə ehtiyac içindədir. Heyvan dövlət hesabına verilir də, elə bil şəxsi ciblərindəndir. Özünüməşğulluq proqramı işsiz, ehtiyaclı, kasıb üçün deyil? Bir evim var, bir otağı ancaq yüngül təmirdi. Ailəm mənim ümidimədir. Bir hektar torpaq sahəmiz olsa da, bu il pulsuzluqdan noxudu da əkə bilmədik. Əkinə, təsərrüfata pul lazımdır. Aldığım pensiyanın 300 manatı əməliyyat üçün götürdüyüm kreditə gedir, 63 manat ərzağa, kommunala qalır. İş yox, məşğulluq yox. Necə dolanaq? “, – deyə o narazılığını belə ifadə edir.
Agentlik ittihamları qəbul etmir…
Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddin qızı isə vətəndaşın ittihamlarını qəbul etmir.
Deyir ki, 2018-ci ildə vətəndaş rəsmi deyil, şifahi müraciət etdiyindən qeydiyyata alınmayıb.
Onun sözlərinə görə, 2022-ci ildə isə həbs həyatına görə deyil, əmək qabiliyyətinin olmamasına görə özünüməşğulluq proqramı üzrə qeydiyyata özü deyil, həyat yoldaşı alınıb:
“Vətəndaş Səhrədov Daməddin Cəbi oğlunun müraciəti tərəfimizdən araşdırılıb. O, 04.04.2022-cil tarixindən qoyunçuluq zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib. Vətəndaşın proqram üçün uyğunluğu araşdırılan zaman Daməddin Səhrədovun 2-ci qrup əlilliyinin olduğu və əmək qabiliyyətinin olmadığı müəyyən edilib. Bu səbəbdən vətəndaşın özünüməşğulluq proqramına cəlbi mümkün olmayıb. Bir neçə dəfə vətəndaşa bu barədə məlumat verilib. “Məşğulluq haqqında” Qanuna əsasən, özünüməşğulluq proqramına işsiz və əmək qabiliyyətli şəxslər cəlb edilə bilər”.
“Ailəyə dəstək olmaq üçün vətəndaşın həyat yoldaşı Nəciyeva Sona Hüseyn qızının qeydiyyatı aparılıb və onların istədikləri istiqamət üzrə özünüməşğulluq proqramına cəlb edilməsi məqsədilə növbəlilik qaydasında şəraitinə baxış keçiriləcək və müvafiq tədbirlərin görülməsi təmin ediləcək”, – qurumun rəsmisi bildirib.
Agentliyin sözçüsü deyir ki, bu proses növbəli və mərkəzləşdirilmiş qaydada həyata keçirilir:
“O ki qaldı son iki ildə prosedurun gecikməsinə, biz heç bir vətəndaşa konkret vaxt demirik. Bu növbədə olan şəxslərin sayından, uyğunluğundan, eyni zamanda, monitorinqlərin keçirilmə aralığından asılıdır. Bu proses birmənalı növbəli və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Saytımızda açıq reyestr var. Vətəndaşlar özləri də prosesi aydın izləyə bilərlər”.
Vətəndaş qurumun açıqlamasını “ağ yalan” sayır…
Daməddin Səhrədov qurumun bu mövqeyi ilə razılaşmır, hətta “ağ yalan” adlandırır:
“Yalandır. 2018-ci ilin mart ayında məni Məşğulluq Agentliyinin regional idarəsində Mətləb adlı əməkdaş rəsmi qeydiyyata aldı. Onda əlil dərəcəm var idi və mənə bu barədə məlumat verilmədi ki, II qrup əlil əmək qabiliyyətini itirmiş sayılır və ona düşmür. Hətta mən həbsdə olarkən həyat yoldaşım və oğlum yenidən idarəyə gedib heyvanla maraqlananda deyiblər ki, ya həbsdən çıxmalı, ya adından etibarnamə gətirməlisiniz”.
“2022-ci ilin aprelində isə bəraət alıb həbsdən çıxanda təkrar getmişəm və mənə bildiriblər ki, həm həbs həyatın, həm də ağır xəstəlik dərəcən sənə imkan vermir. Nəticədə mənə ərizə yazdırıb dörd illik gözlətməni ləğv etdiriblər. Bu səbəbdən həyat yoldaşım təkrar yazılıb və o da belə boş vədlərlə uzadılır. Məqsədləri vətəndaşı həyatından bezdirmək, hansısa bir cinayət əməlinə təhrik etməkdir”, – deyə o Dövlət Məşğulluq Agentliyini qınayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05 |
|
|
|
• 4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02 |
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06 |
|
|
|
|