Təzə bəyin KÖHNƏ MACƏRALARI... - Bu reputasiya ilə görəvdə tutulursa...
Tarix: 14-05-2024, 09:18 | Çap et
Ölkədə aparılan kadr islahatları nəticəsində gənclərin yüksək vəzifələrə təyin olunması, onlara etimad göstərilməsinə başlandı. Hakimiyyət gənc kadrları vəzifələrə gətirəndə böyük ümid bəslənirdi ki, idarəetmədə effektiv nəticələr əldə olunacaq. Prezident İlham Əliyevin də, xalqın da gözləntiləri mobil, çevik idarəetmə sistemi qurmaq, reputasiyası şəffaf kadrları irəli çəkmək, əhali ilə işləməyi bacaran, yeniliklər gətirə bilən gənclərə şans verməklə köhnə əyyamlara son qoymaq idi. Hətta belə proqnozlar səslənirdi ki, gənc kadrlar keçmiş talançı, korrupsiyaya bulaşmış məmurlara oxşamayacaqlar, vətəndaşların müraciətlərinə açıq olacaqlar. Amma kadr dəyişikliklərinin heç də hamısı etimadı doğrultmadı. Dövlət başçısı da onları qəbul edərkən bildirmişdi ki, sizə şans verilir, işləməlisiniz, əgər qanunsuz bir hərəkət aşkar olunsa, vəzifədən azad ediləcək, ağır şəkildə cəzalandırılacaqsınız. Lakin məlum olur ki, ayrı-ayrı gənc məmurlar Prezidentin gözləntilərini tam doğrultmurlar. Ağstafa rayon icra başçısı Seymur Orucovu da özünü doğrultmayan gənc kadrlar sırasına salmaq olar. Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. Seymur Orucovun qaynatasının keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyev olması onun bu ali məktəb karyerasında böyük rol oynayıb. O, 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi, 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. Ən maraqlısı da odur ki, 24 yaşında Şəmsəddin müəllimin himayəsi altında dekan, saha sonra Tərbiyə işləri üzrə prorektor vəzifəsində olmağa qədər yüksəlib. Şəmsəddin Hacıyevin maliyyə fırldaqları və rüşvət məsələsi ilə bağlı vəzifədən uzaqlaşdırılması ilə Seymur Orucovun da Universitetdəki fəaliyyəti sona çatıb. Daha sonra sabiq rektorun qızı ilə evliliyə rəsmən son verilib. Növbəti karyera yüksəlişində onun dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyev rol oynayıb. S.Hacıyev 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən S.Orucov rayonun sabiq icra başçısı Nizaməddin Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina etməsi və başqasına məxsus olan inventarları mənimsəməkdən də çəkməməsi ilə qalmaqal yaratmışdı. Azərbaycan reallığında ilk dəfə belə hal yaşanırdı və gənc icra başçısına yazılmamış qanunları izah etməklə bu situasiya ört basdır edildi. Bir müddət öncə isə Seymur Orucov ikinci evliliyi ilə gündəmə gəlib. Əlbəttə bəziləri hesab edə bilər ki, hər kəsin evlənmək haqqı var, burda qəribə heç nə yoxdur və bu, icra başçısını vurmaq üçün heç də yaxşı mövzu deyil; bəziləri sanır ki, media tiraj üçün şou tapıb və s… Əlbəttə, mövzunun şou hissəsi də yox deyil. Ancaq bu toyun gündəmə çevrilməsini şərtləndirən səbəblər də çoxdur. Əvvəla, Seymur Orucov bu ölkənin iri rayonlarından birinin başçısıdır, dövlətin siyasi-inzibati iradəsini yerdə təmsil edir. Onun özəl həyat anlayışı ola bilməz – bütün addımları ictimaidir. Azərbaycanda ikinci yox, 8-ci dəfə də evlənən şəxslər var, onlar haqda kimsə nəsə yazmır. S.Orucovun toy məsələsi buna görə ciddi medianın da diqqətini çəkdi. İkincisi, dövlətin siyasi iradəsini yerdə həyata keçirən şəxs olaraq S.Orucovun milli dəyərləri mütləq şəkildə qoruması artıq bir seçim deyil, vacibdir: sən bu ölkənin məmurusansa, ənənələri yaşatmağa borclusan. Azərbaycanda isə kişi 10 dəfə də evlənə bilər, ancaq yalnız bir dəfə “bəy” olur, özünə bir dəfə toy edir. Çox nadir istisnalar yalnız gənclərə aid ola bilər – o da əgər hansısa səbəbdən ayrıldıqdan sonra övladı yoxdursa. Bu baxımdan 4 uşaq atası olan bir şəxsin bu qədər irimiqyaslı toy-dügün keçirməsi diqqətləri özünə çəkməyə bilməzdi. Hər kəsin doğrudan da ailə qurmaq, evlənmək, ərə getmək kimi təbii haqqı var. S.Orucov da birinin qolundan yapışıb, evinə aparsaydı, səssiz-küysüz – yəni musiqinin səsi bütün Bakını başına götürmədən – ciddi media bu olayı işıqlandırmayacaqdı. Anadolu türklərinin gözəl bir sözü var: “makamına sayğı göstərmək”. Özün istədiyin düşüncədə ola bilərsən, istədiyin həyatı yaşamaq haqqın da var, ancaq dövlət məqamındasansa, dövlət ərkanına, xalq ənənəsinə uyğun davranmaq öhdəliyini o vəzifəni qəbul edərkən götürmüsən demək. İndi isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının adı 194 min manatlıq mənimsəmə işində hallanır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib. Rəşad Babayev məhkəmədə deyib ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Rəşad Babayev deyib ki, 194 min manatdan 135 min manatını Seymur Orucova şəxsən verib, 15 min manatı Gülbənizə qaytarıb, qalan 44 min manatı isə öz ehtiyaclarına sərf edib. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.
cumhuriyyet.net
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05 |
|
|
|
• 4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02 |
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06 |
|
|
|
|