Tural Məmmədova vəzifə verildi .....                     Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                     Türkiyənin Zəngəzurla bağlı mövqeyi... .....                     “Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” .....                     Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı .....                     Makron Paşinyan üçün yeni "rol" hazırlayıb .....                     Kollec direktorunun kütləvi ixtisar qərarı... .....                     “Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     "Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" .....                     Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... .....                     Zəngəzurdan pay istəyənlərin sayı artır .....                     VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb .....                     Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? .....                     Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... .....                     "Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" .....                     "Dalaşırdım, döyürdüm, döyülürdüm.." .....                     Paşinyan əgər istəsə... .....                     Bu halda Əmək Məcəlləsi pozulur .....                     “Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” .....                     `Findex` lə sifariş etməzdən öncə düşünün... .....                     Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə .....                     Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq .....                     Yarımçıq saziş sülh gətirməyəcək .....                     Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ .....                     Talıbovun TİLSİMİ... .....                     Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost .....                     Dillər Universitetində GİZLİ MÜDAFİƏ .....                     Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur .....                     Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... .....                     Nikol Bakının önündə geri çəkildiyini elan etdi .....                     Makron dünyanı Azərbaycana qarşı qaldırır .....                     Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib .....                     3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti .....                     Qarabağda 7 kəndə su çəkilir .....                     Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ .....                 

20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür - İLGİNC FAKTLAR
Tarix: 30-04-2024, 08:45 | Çap et
20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür
İş adamı Fərəməz Məmmədovun keçmiş dostu bazarın 35 faizinə iddia edir…

“Hürriyyət” qəzetinin 16 aprel, 2024-cü il sayında “Dövlət büdcəsini talan edən qardaşlar azadlıqda…” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyətinin qeyri-rəsmi sahibləri - Fərəməz Məmmədov və Qalib Məmmədov qardaşlarının dövlətin milyonlarla manat vəsaitini talan etməsi ilə bağlı məlumat verilirdi. Qeyd olunurdu ki, bu haqda çoxsaylı faktlar aşkarlansa da, qardaşlar onları himayə edən məmurların hesabına hələ də “toxunulmaz” qalıblar.

Məsələ ilə bağlı “Hürriyyət”ə müraciət edən Bakı sakini Əliyev Yusif Lətif oğlu da Fərəməz Məmmədov və Qalib Məmmədovun qanunsuz əməllərindən bəhs edib. O deyir ki, Məmmədov Fərəməz Nurulla oğlu ilə keçmişdə dost olublar: “1986-cı ildə Zaqataladan Bakıya köçəndən sonra, onunla birgə iş görmüşük. Sonra, 1998-ci ildə mən özüm üçün Babək prospektində 70 min dollara 2 hektar yer almaq istəyirdim. Fərəməz dedi ki, oranı alma, mənim qardaşımın Tariyel adlı tanışı var, yaxşı yer satır, gedək oranı alaq. Bildirdi ki, həmin yer şəhərin mərkəzində “daş bazarı” kimi fəaliyyət göstərir. Getdik, o, bizi Tariyel müəllimlə tanış etdi, onunla danışıb razılaşdıq.

Məlumat üçün deyim ki, həmin yer onun icarəsində idi. O vaxt qərar vardı ki, kim hansı ərazini icarəyə götürübsə, oranı özəlləşdirə bilər. Tariyel müəllimin də həmin yeri özəlləşdirməyə maddi imkanı yox idi, ona görə şərikli işləməyə razılıq vermişdi.

Beləliklə, razılaşmaya əsasən, özəlləşdirmə olmalıydı, həmin yerin 30 faizi Tariyel müəllimə verilməli, qalan 70 faiz də Fərəməzlə mənim armada tən yarı (hərəyə 35 faiz) bölünməli idi.

Həmin günün səhərisi 70 min dollar mən, 60 min dollar da Fərəməz qoydu, yerin özəlləşdirilməsi üçün aparıb həmin pulu keçmiş nazir Barat Nuriyevin Mübariz adlı köməkçisinə verdik. 30 min manat da borcumuz qaldı. Sonra iş gördükcə həmin vəsaiti də hissə-hissə ödədik”.

20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür
Yusif Əliyev

Yusif Əliyev deyir ki, özəlləşmə prosesi yubansa da, bir müddət birgə işləyiblər: “Mən orda mağazalar, avtomobil təmiri sexləri tikdirdim. Onlar həmişə mənə deyirdilər ki, biz 5 qardaşıq, sən bizim altıncı qardaşımızsan. Sonra Fərəməz və qardaşı üzümə durdu ki, sən bura şərik deyilsən. Onlar Tariyel müəllimin də, mənim də haqqımı dandılar. Mən yatsam yuxuma da girməzdi ki, onlar belə şey edə bilərlər. Deyəndə ki, sən bu yerə ortaq deyilsən, cavab verdim ki, deyəsən siz çaşmısınız…

Həmin vaxt onların barəsində cinayət işi açılmışdı, külli miqdarda dövlət əmlakını talan etmək ittihamı ilə axtarışda idilər. Bu zaman Fərəməz kağız üzərində həyat yoldaşından ayrıldı ki, sabah bir şey olsa əmlaklarına həbs qoyulmasın. Bütün əmlakları da kağız üzərində ayrıldığı arvadının adına keçirdi(Bütün bunlarla bağlı ötən yazımızda məlumat vermişik – müəl.).

Mən bunlara qarşı mübarizə aparandan sonra Fərəməz ortalığa çıxmadı, aranı qardaşı qatırdı. Onun həmin vaxt da çox böyük maddi imkanı vardı”.

Şikayətçi deyir ki, bu hadisələrdən sonra, 2000-ci ildə ortaqlığı bitirmək qərarına gəlib: “Fərəməzə dedim ki, ayıb olsun sənə, mən gedirəm, payıma düşəni verin. O dedi ki, yox, sən gedə bilməzsən, biz qardaşıq. Dedim yox, siz qardaşlığı keçdiniz, qardaş belə hərəkət etməz.

Bundan sonra Qalib gəlib dedi ki, bizim sənə borcumuz yoxdur, amma 70 min dollar verdiyin üçün, hörmət edib sənə 70 min manat qaytararıq. Bunun da 50 min manatını veririk, qalan 20 mini də sənin “yaxşı oğlan” kimi təqdim etdiyin şəxs bizə 20 min manat “atdığına” görə, onunla əvəzləyirik.

Hansı ki, həmin adamla 5 il işləmişdilər. 5 ildən sonra deyir ki, o, bizə 20 min manat atıb, həmin 20 mini də mənə verəcəkləri puldan çıxdılar. O pulu da Qalibin bacanağı gətirib verdi ki, götür, sən onsuz da onlara heç nə edə bilməyəcəksən”.

Y.Əliyev deyir ki, həmin vaxt sənədə imza atıb 50 min manat götürsə də, hazırda həmin yerin 35 faizinə iddialıdır. Onun sözlərinə görə, 1998-ci ildəm həmin yerin özəlləşdirilməsini gözləsələr də, cəmi 6 ay öncədən “daş bazarı”nı özəlləşdirməyə başlayıblar: “Amma indiyədək həmin yer istifadə olunub, müəyyən şəxslərə icarəyə verilib. Hazırda da bu ərazidə tikinti materialları satılır. Bir hissəsi isə dayanacaq kimi istifadə olunur. Amma bu müddət ərzində gəlirdən mənə bir qəpik də pul verməyiblər”.

Şikayətçinin sözlərinə görə, həmin ərazi təxminən 4 hektardır və indiki bazar qiyməti ilə 20 milyon manata yaxın pul edir və bu vəsaitin 35 faizi onun haqqıdır: “Onları məhkəməyə vermədim. Bilirdim ki, bütün hallarda qərar onların xeyrinə çıxarılacaq. Onların geniş imkanları var, məhkəmədən də güclüdürlər”.

(Ardı var)

P.S. Növbəti məqalələrimizdə Fərəməz Məmmədov və qardaşı Qalib Məmmədovun dövlət əmlakını necə talamaları, hansı məmurlar tərəfindən himayə olunmaları, eləcə də öz himayədarları hesabına daha hansı şəxslərin külli miqdarda pulunu və əmlakını ələ keçirmələri haqda geniş yazacağıq.

P.P.S. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Bu gün, 10:19
Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:17
Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
"Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:09
"Dalaşırdım, döyürdüm, döyülürdüm.." - VİDEO
Bu gün, 10:07
Paşinyan əgər istəsə... - AKTUAL
Bu gün, 09:56
Bu halda Əmək Məcəlləsi pozulur - Ekspert danışır...
Bu gün, 09:54
“Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” - deputat
Bu gün, 09:52
`Findex` lə sifariş etməzdən öncə düşünün... - ÇAĞIRIŞ
Bu gün, 09:47
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - NƏ ETMƏLİ?
Bu gün, 09:40
Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq - Başqa cür ola da bilməz...
Bu gün, 09:39
Yarımçıq saziş sülh gətirməyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:38
Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ - GİLEY
Bu gün, 09:35
Talıbovun TİLSİMİ... - Kreslosu niyə boş qalıb?
Bu gün, 09:22
Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost - Moskvadan göndərilən din xadimi Bakıda nə ilə məşğuldur?
Bu gün, 09:20
Dillər Universitetində GİZLİ MÜDAFİƏ - BU NƏDİ BELƏ?!
Bu gün, 09:17
Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur - NƏ BAŞ VERİR?
Bu gün, 09:13
Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... - İNCƏLƏMƏ
Bu gün, 09:10
Nikol Bakının önündə geri çəkildiyini elan etdi - GƏLİŞMƏ
Bu gün, 09:08
Makron dünyanı Azərbaycana qarşı qaldırır - Emanuelin məkrli planı
Bu gün, 08:52
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Bu gün, 04:45
3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Qarabağda 7 kəndə su çəkilir - 15 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 00:02
Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ - LÜTFƏN... NƏZƏRƏ ALIN...
26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26-09-2024, 14:16
COP29-a qədər sülh sazişi imzalanacaq? – Qabil Hüseynlinin ŞƏRHİ
26-09-2024, 14:12
Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib
26-09-2024, 14:09
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
26-09-2024, 14:08
Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... - HƏQİQƏTƏN DƏ...
26-09-2024, 14:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
26-09-2024, 12:00
Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi – SABAH MƏHKƏMƏ OLACAQ
26-09-2024, 11:49
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ
26-09-2024, 11:40
Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - Başçının NƏZƏRİNƏ...
26-09-2024, 11:36
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
26-09-2024, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru