DİM-in dövlət qulluğuna KADR SEÇMƏKLİYİ... - İŞ MƏHKƏMƏYƏ QƏDƏR GEDİR...
Tarix: 25-07-2023, 09:24 | Çap et
DİA.AZ: - "Biz dövlət qulluğuna hazırlıqla kurslar keçirik, tələbələrimiz imtahanlarda iştirak edir amma bəzi hallarda suallar səhv olsa da, Dövlət İmtahan Mərkəzi cavabları öz bildikləri kimi qeyd edirlər. Nəticədə namizədlərin hüquqları pozulur, biz bu imtahan nəticələri ilə bağlı məhkəməyə müraciət etdik və məhkəmədə iddiamız təmin olundu..." Bu barədə DİA.AZ-a edilən müraciətdə bildirilir.
Daha sonra müraciət müəllifləri yazır: "Dövlət qulluğuna qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə aparılır. imtahanların və sualların keyfiyyəti imtahan iştirakçıları arasında narazılıq yaradır. Belə ki, imtahanda verilən test tapşırıqlarının əhəmiyyətli hissəsi söz oyunu üzərində qurulur. Bu isə namizədi qanunvericiliyin mahiyyətini öyrənməyə, normativ hüquqi aktların konkret hüquqi münasibətlərdə tətbiqini başa düşməyə yox, səthi olaraq əzbərləməyə kökləyir ki, bu da DİM-in özünün namizədlərdən gözlədiyi səriştəlilik prinsipinə ziddir. Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna imtahan keçirən bir qurum olsa da təəssüflər olsun ki, bəzi ekspertlər, müəyyən fənlər üzrə mütəxəssislər DİM-in adına xələl gətirirlər”. Artıq neçənci dəfədir ki, keçirilən test imtahanlarında yanlış testlər qoyulur və ya testlərdə yanlış cavablar götürülür. Misal olaraq DİM-in 17 fevral tarixində BA vəzifə qrupları üzrə keçirilən imtahanında təqdim olunan test tapşırıqlarını qeyd etmək olar. Həmin testləri hazırlayan şəxslər nəinki sualların yanlış olduğunu etiraf etmək istəməmirdilər, hətta doğru hesab etdikləri cavabları belə əsaslandıra bilməmişlər. Xüsusən də Qanunvericiliklə bağlı suallarda daha çox səhv və yanlışlıqlar, habelə qeyri-müəyyənliklər müşahidə edilir. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 017-ci il 10 mart tarixli 86 nömrəli Qərarının 2.6.5. bəndinə əsasən test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Lakin imtahanlarda təqdim olunmuş test tapşırıqları bir çox hallarda göstərilən tələblərdən heç birinə cavab vermir. Belə ki, həmin testlər ya mənasız və heç bir hüquqi, habelə məntiqi əsası olmayan söz oyunları üzərində qurulur ya da testin şərtlərində və cavab variantlarında qanunun mahiyyətini tamamilə təhrif edən, özündə bir-birini təkzib edə bilən anlaşılmaz cümlələrdən istifadə edilir ki, onlar da heç Azərbaycan dilin qrammatikasına uyğun deyil. Açıq testlərlə bağlı əlavə olaraq digər bir problem doğru cavab variantlarının birini söz oyunu əsasında, digərini məntiqi yanaşma əsasında üçüncüsünü isə “səriştəlilik” prinsipi əsasında götürmələridir. Həmin testləri oxuyan imtahan iştirakçılarının bəzilərində bu testləri nəinki hüquqdan anlayışı olmayan, həm də dövlət dilimizi doğru-dürüst bilməyən “ekspertlər” tərəfindən tərtib olunduğunu hesab edirlər. Elə təəsürat yaranır ki, Dövlət İmtahan Mərkəzi minlərlə dövlət qulluğçusunun gələcəyi üçün əhəmiyyət kəsb edən imtahanı, imtahan suallarını təhlilini aparmır, test tapşırıqlarının tərtibi üçün vahid standart və yanaşmalar müəyyən etmir, eyni zamanda testlərin izahında vahid mövqe nümayiş etdirmir, hər bir test üzrə ən müxtəlif mövqedən (əksər hallarda isə qanunvericiliyə zidd) yanaşır. Və buradan isə haqlı bir sual yaranır ki, namizədlər testləri işləyərkən hansı testə DİM-in hansı mövqeyindən yanaşsın? Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar prosesində ekspertlərin səhlənkarlığı ucbatından vaxtaşırı bu kimi hallara rast gəlinir, dövlət qulluğuna qəbul üzrə proqramdan kifayət qədər xəbəri olmayan şəxslər sual hazırlayaraq namizədlərin vaxtını almamalıdır. Namizədlər imtahan nəticələri və doğru olmayan testlərdən şikayət etdikdə Dövlət İmtahan Mərkəzi həmin testləri araşdırmayaraq və heç bir əsaslandırma təqdim etməyərək sadəcə şablon olaraq suallarda səhv olmadığını bildirirlər. 2023-cü ilin 12 fevral tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən imtahan suallarından bir neçəsi ilə bağlı Bakı İnzibati Məhkəməsi qərar çıxararaq (əlavə olunur) həmin testlərin DİM tərəfindən yanlış tərtib edildiyi və onların namizədlərin xeyirinə hesablanaraq, ballarına əlavə olunması ilə bağlı qərar qəbul edib. Hesab edirik ki, həmin suallar ulduzla göstərilməli və dövlət qulluqçularının xeyrinə həll olunaraq onlara əlavə bal gətirməlidir".
Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Dünən, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Dünən, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Dünən, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Dünən, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Dünən, 10:10 |
|
|
|
|