Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi... - İTTİHAM VAR!
Tarix: 6-06-2023, 08:09 | Çap et
Qəribə zəmanəyə gəlib çıxdıq. Belə ki, məmur milyonlarla rüşvət alır, dövlət vəsaitini mənimsəyir, həbs olunur… 2-3 ay sonra rəsmi məlumat yayılır ki, məmur neçə milyon ödədi və…məmur azadlğa çıxır. Və yaxud kimsə adam öldürür, sonra Psixatriya xəstəxanasından “dəlilik kağızı” alır və azadlığa çıxır. Və daha nələr, nələr… Bir deyən yoxdur ki, məmur milyonları haradan tapıb ödədi..? Məgər rüşvətxor və koppupsioner məmur pulu ÖDƏYƏNDƏN sonra azadlığa çıxmalıdır..? Bu dünyanın harasında görünüb..? Yaxud cinayətkar “dəlilik kağızı” almaqla azadlığa çıxa bilirsə, onda bütün canilər “dəlilik kağızı” alar dəə… Sözün qısası, Azərbaycanda məhkəmə-hüquq sistemi FƏLAKƏTLİ vəziyyətdədir. Bunu biz demirik. Bunu Milli Məclisin tribunasından deputatlar deyir. Biz illər uzunu görmüşük ki, məmurun cinayət əməli ortaya çıxan kimi ( hətta şübhə olsa belə) məmur avtomatik vəzifəsindən uzaqlaşdırılır və sonra istintaq aparılır. Çünki məmur vəzifəsində qalarsa, öz vəzifə səlahiyyətlərindən istifadə edərək cinayətin izlərini itirə bilər, sənədləri məhv edə bilər, tabeçiliyindəki işçiləri nəyəsə məcbur edə bilər və s. və i. Biz hələ obyektiv və ədalətli istintaqa mane olacaq digər halları demirik. Başa düşdünüzmü, cənablar ? Bir neçə il əvvəl Neftçala məhkəməsində şahidi olduğumuz bir hadisəni yada salmaq istəyirik. Deməli, iki cavan oğlan içkili vəziyyətdə qonşunun iki quzusunu oğurlayıb kəsib satıb, yoxsa yeyib içiblər. Həmin gənclərin valideyinləri 2 quzu əvəzinə zərərçəkənə 5 quzu versə də, həmin iki gənc həbs olundu. Belə də olmalıdır. Məgər oğurladığını geri qaytarmaq adamı cəzadan xilas edir..? Həm də söhbət 2 quzudan deyil ee, 3 MİLYONDAN GEDİR. Bəli, Sumqayıt Tibbi Mərkəzin direktoru Səkinə Sadıqova 3 milyon dövlət vəsaitini mənimsəyib. Bunu da biz demirik. Bunu Hesablama Palatası araşdırıb tapıb və işi Baş Prokurorluğa göndərib. Kimin şübhəsi varsa, buyursun, Baş Prokurorluğun yaydığı rəsmi məlumatla tanış olsun: “Sumqayıt Tibb Mərkəzin”də baş verən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb. Bu barədə bir neçə gün öncə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yaymışdır. Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Dövlət Tibb Müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə, 14 ilədək cəza), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Gördünüzmü, Səkinə Sadıqova barəsində Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi qaldırılıb. Amma Səkinə Sadıqova heç nə olmamamış kimi yenə də vəzifə başındadır. Təkcə vəzifə başında deyil ee...tabeçiliyində olan 18 tibb müəssisəsinin rəhbərlərinə deyir ki, pulları gətirin ödəyək, yoxsa, siz də mənimlə bərabər həbsxanaya gedəcəksiniz. Bəli, biz yuxarıda əbəs yerə yazmadıq ki, barəsində cinayət işi başlanmış məmur vəzifəsində qala bilməz. Çünki o yeni cinayət əməllərinə yol verməyə, daha ağır cinayətlər törətməyə başlayacaq, tabeçiliyindəkiləri də cinayətə bulaşdıracaq və s. Amma bütün bunlar nə hüquq-mühafizə orqanlarının, nə də Səkinənin vecinə də deyil. Şahidlərin dediyinə görə, Səkinə yenə kabinetində oturub ora-bura qışqıraraq zəng edir ki, 3 milyonu mən tək yeməmişəm, bu məsələdə Səhiyyə Nazirliyinin, TƏBİB-in də əməyi az olmayıb. Bəli, 3 milyonun arxasında çox şəxslər var. Təəssüf ki, Azərbaycanda bu boyda cinayət əməli lazımi səviyyədə araşdırılmır. Görəsən, şəhər rəhbərliyi, şəhər prokurorluğu, digər hüquq-mühafizə orqanları niyə bi məsələdə susmağa üstünlük verirlər?.. Biz hələ Səkinə Sadıqovanın digər cinayət əməllərini demirik ee. Onun “Təcili Yardımda” işə düzəlmək üçün sürücülərdən 10 min almasını, qurumun qarajındakı maşınlar üçün dövlət tərəfindən ayrılan ehtiyat hissələrini, benzini satdırmasını demirik ee... Biz Səkinə Sadıqovanın tenderlərdən qazandığı yüz minləri demirik... Biz hələ Səkinə Sadıqovanın ən təzə cinayətlərini demirik ee... Bəli, Səkinə Sadaıqova dövlətin quruma ayırdığı 100 kompüterin içini sökdürərək qiymətli metal kimi satıb. İndi özünüz təsəvvür edin ki, bu adamın arxasında dayanan adam nə boyda imkan və səlahiyyət sahibidirsə, Səkinəyə DAYAN, DUR deyən yoxdur. Səkinənin ARXASI lap səhiyyə naziri Teymur Musayev, TƏBİB rəhbəri Vüqar Qurbanov, onun müavini Araz Nəsirov da ola bilər. Bəli, biz bu məsələni düzgün tapmışıq. Səkinə Sadıqovanın müdafiəçisi Təbib rəhbəri Vüqar Qurbanovun muavini Araz Nəsirovdur. Bildiyimizə görə cinayət məcəlləsinin 3 maddəsi ilə məsuliyyətə cəlb olunacaq Səkinə Sadıqovanın müdafiəçisi Araz Nəsirovdur. Məgər bu imkan verir ki, cinayət əməlləri ört-basdır edilsin..? Cinayətkar cəzasız qalsın..? Unutmusunuz ki, Ulu Öndər deyirdi: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Deməli, Səkinə Sadıqovanı müdafiə edənlərin məqsədi Azərbaycan dövlətini sarsıtmaqdır. Bu qədər sadə və bəsit. Biz yazının girişində “dəlilik kağızı” məsələsini əbəs yerə yazmadıq. Bəli, vaxtilə Səkinə Sadıqova barəsində mətbuatda yazılmışdı ki, o, Maştağada xəstəxanada müalicə alıb. Bir də gördünüz ki, arxasında dayananlar Səkinəni xilas etmək üçün ona da “dəlilik kağızı” düzəltdilər. Bütün baş verənlərlə bərabər ümid edirik ki, yaxın zamanda Səkinə Sadıqova vəzifəsindən uzaqlaşdırılacaq və həbs olunacaq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|