Bölücü kürdlər Bakıda aktivləşir: “Ronahi” və “Dənge Kürd” yenidən qayıtmaq üzərədir
Tarix: 30-01-2014, 09:35 |
Çap et
DİA.AZ: - Azərbaycanda hələ sovet dövründən fəaliyyət göstərməkdə olan «Ronahi» Kürd Mədəniyyət Mərkəzində rəhbər dəyişikliyi ola bilər. Bu barədə DİA.AZ-a quruma yaxın şəxslər məlumat veriblər.
Bildirək ki, keəmiş SSRİ Mədəniyyət Nazirliyinin daxili qərarı ilə hələ 1983-cü ildə Azərbaycan ərazisində ilk dəfə olaraq Naxçıvanda yaradılan «Ronahi» Kürd Mədəniyyət Mərkəzi əslində adına uyğun olmayaraq daha çox separatçı fəaliyyəti ilə tanınıb. Xatırladaq ki, bir neçə il əvvəl də qurumun rəhbərinin dəyişəcəyi xəbəri yayılsa da, öz təsdiqini tapmadı.
Lakin hazırda mərkəzə Kamil Həsənov rəhbərlik edir. Məlumatlı mənbə bildirir ki, son zamanlar ciddi şəkildə xəstəlik keçirən və kifayət qədər yaşlaşan Kamil Həsənov «Ronahi»ni son illərdə faktiki olaraq fəaliyyətsiz buraxıb. Və bu da maraqlı dairələri heç də qane etmir.
Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, yaxın günlərdə “Ronahi”nin taleyinə aydınlıq gətiriləcək: “Ya Kamil Həsənov qurumu kiməsə verməlidir, ya da aktivləşməlidir. O, indi xeyli yaşlaşdığından birinci versiya aktualdır”.
Mənbə iddia edir ki, Bu qurumda marağı olan hakimiyyətiçi kürd qruplaşması hətta Kürd Mədəniyyət Mərkəzinin mətbu orqanı olan “Dənge Kürd” qəzetinin də nəşrini bərpa etməyi planlaşdırır...
Nə məqsədlə? Bunu təxmin etmək o qədər də çətin deyil...