Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı fərmanı niyə icra olunmur? - ETİRAZ
Tarix: 4-10-2021, 10:38 | Çap et
Bu günlərdə Milli Məclis şəhid ailələrinə növbəti “diqqət və qayğı “ göstərərək, hər bir şəhid ailəsi üzvünə Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ fərmanının 1-ci hissəsi ilə müəyyən edilən aylıq 12 manatlıq müavinətin verilməsindən imtina edilməsini qərara alıb. Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (və eləcə də ƏƏSMN başbilənləri ) şəhid ailələrinə bu “diqqət və qayğını” onlara ayrılan Prezident təqaüdünün bir il öncə 300 manatdan 500 manata qaldırılması ilə izah edib. Belə çıxır, “sosial” hökumət “bığdan kəsib saqqala yapışdırır”? Onu da vurğulayaq ki, prezidentin 31.12.2020-ci il tarixli 1223 saylı fərmanı ilə sözügedən 26.12.2001 tarixli 613 saylı fərmanının 1-ci hissəsinin beşinci abzasından “şəhid ailələrinin hər birinə” sözləri çıxarılıb. Amma bu ilin ilk günlərində prezidentin 05.01.2021 tarixli 1244 saylı fərmanı ilə 20 il qabaqkı fərmanın 1-ci hissəsinin 3-cü abzasında dəyişiklik edilərək “həlak olmuş döyüşçülərin dul arvadlarına –“90 min manat” ifadəsi 18 manat (aylıq müavinət) ilə əvəz olunub. Bu o deməkdir, şəhid ailələrinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq 12 manatlıq müavinət ləğv olunub, təkcə şəhidin dul qalmış həyat yoldaşına 18 manatlıq müavinət saxlanılıb. Əlbəttə, şəhid “həlak olmuş döyüşçü” sayılırsa.
Bu ilin ilk günlərində 05 yanvar 2021 tarixli 1244 saylı fərmanla 20 il qabaqkı 26 dekabr 2001 tarixli 613 saylı fərmanın 1-ci hissəsinin birinci abzasında dəyişiklik edilərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanlara, 20 Yanvar əlillərinə, Böyük Vətən (bu ifadənin özü düzgün seçilməyib -M. B ) müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, Çernobil qəzası nəticəsində əlil olmuş hərbi qulluqçulara -26 manat aylıq müavinət ayrılması doğrulanıb. Başqa sözlə, indiyədək nəzərdə tutulan 130 min manat denominasiya edilərək 26 manat göstərilib. Gerçəkdə sözügedən fərman denominasiyadan sonrakı 15 il ərzində Qarabağ müharibəsi əlillərinə , şəhid ailələrinə tətbiq edilsəydi , ilə ortalıq 1,5 milyon manat hesabı ilə hərəyə 20 milyon manatdan artıq pul ödənilməli idi. (Nə bilmək olar, bəlkə də elə sosial hökumət qazi və şəhid ailələrinin adına milyardları belə silib yeyib? !) Nə yazıq, heç indi də cüzi müavinət ödənilmir. Absurd teatrına baxın, prezident fərmanı ilə aylıq 26 manat müharibə əlillərinə müavinət ayırır, baş nazir müavinətin verilməsi qaydasına qərar verir, maliyyə naziri pulu köçürür (mü?), amma qazi ailələrinə çatmır. ƏƏSMN tabeliyindəki DSMF-in məsul şəxsləri illərdir “Sosial müavinətlər haqqında” qanunun 7.0.6 maddəsinin Qarabağ əlillərinə bu 26 manatlıq müavinətin verilməsinə yol vermədiyini bildirir. Bu boyda ƏƏSMN, DSMF anlamır ki, Qarabağ əlillərinə ayrılan 26 manatlıq aylıq müavinət sosial müavinət deyil! Bu , kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətdir və HƏM ƏMƏK PENSİYASIÇISI QARABAĞ ƏLİLİNƏ, HƏM də SOSİAL PENSİYAÇI, yəni SOSİAL MÜAVİNƏT ALAN QARABAĞ ƏLİLİNƏ VERİLMƏLİDİR. Yeri gəlmişkən, fərmanda SOSİAL PENSİYAÇILARA 7 MANATLIQ aylıq MÜAVİNƏTİN ayrılmasının qərara alınması , bir daha, “Sosial müavinətlər haqqında” qanunun 7.0.6 maddəsinin fərmana əsassız tətbiq edilməsini ortaya qoyur. Sözügedən 26 manatlıq müavinət Qarabağ əlilləri üçün nəzərdə tutulmayıbsa, niyə prezidentin 05.01.2021 tarixli 1244 saylı fərmanı ilə üstündən xətt çəkilməyib? Necə olur, “Böyük Vətən” müharibəsi əlillərinə, iştirakçılarına 26 və 25 manatlıq kommunal və digər xidmətlər haqqı verilir, Qarabağ Vətən müharibəsi əlillərinə, iştirakçılarına isə yox? Sosial məmurlar, deputatlar bunu Qarabağ əlillərinə, şəhid ailələrinə ayrılan təqaüdün 60 faiz həddində artırılması ilə, Qarabağ veteranlarına 2 ildir 80 manatlıq Prezident təqaüdü ayrılması ilə izah edir. Axı , “Böyük Vətən” müharibəsi əlilləri və iştirakçılarına da (Qarabağ veteranlarından 5 dəfə çox!) 400-500 manatlıq təqaüd ayrılıb! Niyə Qarabağ Vətən şəhid ailələrinin müavinəti Prezident təqaüdü adına kəsilir, amma “Böyük”lərə toxunulmur? Hələ onu da vurğulayaq ki, “Əmək pensiyaları haqqında” qanunun
19 -cu maddəsi də Qarabağ qazilərinə, gözdən əlillərə “qayğı” amacı ilə ləğv edilsə də, “Böyük Vətən” müharibəsi əlilləri və iştirakçıları bu “qayğı”dan qıraqda saxlanılaraq 19-cu maddə ilə pensiyalarına əlavə olunan 154, 120 və 99 manatlıq vəsaiti almaqda davam edirlər. Biz kəsinliklə “Böyük Vətən” müharibəsi veteranlarına verilən vəsaitin verilməsindən imtina edilməsini istəmirik, amma Qarabağ Vətən müharibəsi iştirakçılarına qarşı ögeyliyi də qəbul etmirik . Bu boyda sosial diskriminasiya olmaz axı!
Şəhid və qazi ailələrinə Prezident təqaüdünü onların digər müavinətlərinin kəsilməsi hesabına artırmaq sosial yönümlü hökumətə başucalığı gətirməz. Milli Məclis Qarabağ savaşı qazilərinin , şəhid ailələrinin kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştləri əvəzinə verilən (daha doğrusu, verilməyən, yeyilən) cüzi 26 manatlıq müavinətin normal həddə çatdırılmasını fikirləşsə, daha sosial məntiqli olar . “Əlinin papağını Vəlinin başına qoymaqla” , “ bığdan kəsib saqqala və ya əksinə yapışdırmaqla” qazi və şəhid ailələrinin sosial problemləri çözülməz.
Məğrur Bədəlsoy
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|