Rövşən Əkbərov, Nəcməddin Sadıkov...Zakir Həsənov onlarla necə işləyib? - İLGİNC GƏLİŞMƏ
Tarix: 29-03-2021, 09:43 | Çap et
Emilio Mola indi necə də Azərbaycanın Nəcməddin Sadıkovunun şedevr prototipinə oxşayır. Ən azı hakimiyyətin öz deputatlarının və ekspertlərinin mülahizələri, o cümlədən ayrı-ayrı jurnalistlərin, qazilərin səsləndirdiyi ağılasığmaz fikirlər belə təəssüratlar, analogiyalar yaradır. E.Mola bir ispan generalıdır. Elə “5-ci kolon” ifadəsi də onun adı ilə bağlıdır. Təsəvvür edin, 1936-cı ildir. General Madridə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə tabeliyində olan 4 ordu kolonundan əlavə şəhərin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək “beşinci kolon”a sahib olduğunu elan edir. Və həmin “5-ci kolon” insanlar arasında panika yayır, sabotaj törədir, diversiya və şpionluqla məşğul olur. Nəhayət, tarix göstərir ki, Mola bu qüvvələrin gücünü şişirdirmiş. Azərbaycan da bu baxımdan İspaniyanın kral Franko dövrünə qismən bənzəyir. Amma “5-ci kolon” şişirdilməyib. Anaxeber.info bütün parametləri ilə Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun general Molaya oxşadığını təhlil edir. Ordu içində ordu, gizli şəbəkə, vurulan ağır zərərlər, “Tərtər işi”ndən tutmuş general Rail Rzayev məsələsinə qədər proseslər N.Sadıkov adı ilə bağlanır. Elə Franko dönəmi də yuxarı-aşağı belə olub. İndi əllərini belinə qoyaraq təkəbbürlə dayanan və Dubay kefi yaşayan keçmiş Qərargah rəisinin bu “əzələ nümayişi” dövlətə meydan oxumaqdır, xalqı özündən yad bilməkdir, xəbis adam xislətidir. Martın 28-də isə onun hava limanında daha bir fotosu yayıldı ki, Dubay istirahətindən qayıdıb, əsl Novruz tətili yaşayıb. Bunu iki cür şərh etmək olar; ya Sadıkova yaxın qüvvələr məqsədli şəkildə onun görüntülərini yaymaqla barəsində səslənən xəyanət ittihamlarına görə qarşı tərəfə acıq verirlər, yəni, baxın, sizi saymıram, öz kefimdəyəm, ya da keçmiş qərargah rəisi üçün “əcəl zəngi” çalınır və onun həbsinə gedən yolda dosyesi hazırlanır, növbəti Rövşən Əkbərov hadisəsi gözlənilir. Eyni zamanda iqtidara yaxın deputat Fazil Mustafanın belə onu tənqid etməsi, “30 il Müdafiə Nazirliyində dincəlib, Dubayda istirahəti təəccüblü deyil” söyləməsi Sadıkovun hakimiyyət tərəfindən çoxdan qələminin qırıldığını isbat edir. Lakin Ordu daxilində gedən latent proseslərdə sual doğuran mühüm bir nüans ondan ibarətdir ki, N.Sadıkov, R.Əkbərov kimi Azərbaycana xidmət etmədikləri deyilən bu qüvvələrlə bəs müdafiə naziri Zakir Həsənov necə işləyib? Bundan sonra onun nazir vəzifəsində qalması nə dərəcədə düzgün və ədalətli olar?! Z.Həsənov bu şəxslərin əməllərindən agah olmayıbmı? Axı prezident özü işarə vurmuşdu ki, əməliyyata Ağdam istiqamətindən başlamaq istənilirdi, razı olmadıq, çünki daha çox itki veriləcəkdi və bu eyhamlı sözləri ilə hansı xain güclərin Ordumuzun müzəffər qələbəsinə əngəl yaratmaq istədiyini diqqətə çatdırmışdı. Məgər müdafiə nazirinin bu planlardan xəbəri olmayıb? Ona görə də orduda islahatlar gedirsə, ilk növbədə nazir postundan başlanması tövsiyə olunur. Çünki Z.Həsənov N.Sadıkov və R.Əkbərovla işləyib, prezidentə xoşagəlməz hallar barədə heç bir raport təqdim etməyib. Bu xoşagəlməz dediyimiz hallar isə əslində böyük bir cinayətdən, qandonduran işgəncələrdən, günahsız hərbçilərin “Tərtər işi” üzrə qurban olmasından ibarətdir.
Və bu işlərin başında Qarabağ qazisi Rey Kərimoğlu bildirir ki, Sadıkov və onun Müdafiə Nazirliyində vəzifə tutan bacısı oğlu Ramil Əsgərov dayanır. “Tərtər işi” ilə bağlı oxşar iddianı ekspert Ərəstun Orucu da dilə gətirib. Hətta general R.Rzayevin qətlində sabiq qərargah rəisinin əli olduğunu qeyd edib. Elə qazi Rey Kərimoğlu bu günlərdə MusavatTV-nin canlı efirində bildirmişdi ki, Sadıkovun orduda təsirləri heç də aradan tam qalxmayıb, yeni təyin olunan korpus komandiri Mübariz Rzayev də onun kadrlarından biridir, orduda yeyintilərin, xain şəbəkənin başında da keçmiş Baş Qərargah rəisi dayanır. Bütün bunlardan sonra müdafiə naziri Zakir Həsənovun vəzifədə necə və nə qədər müddət qalacağı maraq doğurur. Onsuz da 44 günlük müharibədə ofsayd vəziyyətinə salınmaqla, Həsənov-Sadıkov-Əkbərov triosuna Ali Baş Komandan tərəfindən artıq münasibət sərgilənib, yəni “davay do svidaniya...” Bu yaxınlarda Gələcək Azərbaycan Partiyası (GAP) sədri Ağasif Şakiroğlunun da müdafiə naziri istefaya səsləməsi, cəmiyyətdən gələn çağırışlar göstərir ki, Orduda tamamilə radikal islahatların vaxtı yetişib. Hətta deputat F.Mustafa qeyd etmişdi ki, “5-ci kolon” daha çox ordu sferasındadır və bu güclərin oradan daha çox təmizlənməsinə ehtiyac var. Bunu heç də jurnalist təxəyyülü, ya da müxalifət lideri söyləmir. ADP sədri Sərdar Cəlaloğlu isə Musavat.com-a video müsahibəsində qeyd edib ki, N.Sadıqov Rusiyanın maraqlarına xidmət edib. Onun fikrincə, Qarabağda proseslərin aktiv vaxtında Dubayda istirahəti onun xalqımıza yad biri olduğunu göstərir. S.Cəlaloğlu hesab edir ki, N.Sadıqov barəsində cinayət işi başlanmalıdır: “Nəcməddin Sadıqov orduya xəyanətkar qüvvələr yerləşdirib. Tərtər polkunda əsgərlər işgəncəyə məruz qalıb və bu işlərin arxasında onun bacısı oğlu dayanıb”. Bu ittihamlar araşdırma aparılmasını, nazirliyin münasibət bildirməsini diktə edir. Prezident bəyan etmişdi ki, biz Türkiyə ordusunun kiçik modelin yaradırıq, o zaman ordudakı rusbaşlardan, 5-ci kolondan tezliklə xilas olmalıyıq... Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|