İndi burdakı özbaşınalığa KİM CAVABDEHDİR? - İTTİHAM
Tarix: 16-03-2021, 09:15 | Çap et
Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılması barədə yayılan məlumatdan sonra dövrü mətbuatda bir çox xəstəxanaların baş həkimləri barədə də həmin tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulandı. Adları hallanan xəstəxanalardan biri də Qaradağ rayonunuda,Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası idi. Bu xəstəxanada baş verənlər barədə dövrü mətbuatada nələr yazılmışdı?
“Qaradağ rayonunun 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası var. Elçin Hüseynov baş həkimdi. Poliklinika şöbəsinin baş həkimi Sevda Hacıyevadı. Orada çox böyük bıabırçılıqdı, alver gedir. Dövlətin verdiyi dərmanları satırlar, qeydiyyatı olan-olmayan adamlara pulla arayış yazırlar. Bununla bağlı əlimdə faktlar var. Qaradağ rayonunda qeydiyyatda olduğumuz üçün oradan tez-tez istifadə edirik. Dövlətin verdiyi dərmanları Elçin Hüseynov camaata satır. Mən bir çox məsələləri açmayacam. Hər halda, dövlət özü araşdıracaq”.
Aktualinfo.org 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında baş verən,lakin açıqlanmayan məsələlər ətrafında araşdırma aparıb. Əldə edilən məlumatlara görə xəstəxanın baş həkimi Elçin Hüseynov rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun təqdimatı,yaxud da istəyi ilə buraya üç il olar təyin edilib. Bəzi versiyalara görə icra başçısının qohumu,amma dəqiq məlumatlara görə yerlisi olan Elçin Hüseynov qısa bir vaxtda xeyli dəyişib. Məlumatlara görə bu onun həm xarakterində,həm də maddi durumunda özünü biruzə verib.Belə ki, Elçin Hüseynov günün istənilən vaxtı işə gələndə sanki bir nazir kimi qarşılanır,avtomobilinin qapısını mühafizəçilər qaçaraq açır, portfelini kabininə qadər daşıyırlar. Bunun baş həkimə nə dərəcədə yaraşan bir hal olması barədə heç nə deyə bilmərik. Amma deyilənlərə görə bu yekəxanalıq Elçin Hüseynovda baş həkim vəzifəsinə keçəndən bir müddət sonra yaranıb.
Bəs xəstəxanada olan və açıqlanmayan faktlar nələrdən ibardir? Əldə etdiyimiz məlumatlara görə əhaliyə göstərilməli olan pulsuz xidmətlər 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında demək olar ki, formal xarakter daşıyır.Xəstəxanaya hər il yüz min manatdan çox dərman və sarğı ləvazimatların verildiyi halda bu səhiyyə ocağındakı həkim otaqlarında bir dənə belə dərman pereparatına rast gələ bilməzsən. Baş həkim Elçin Hüseynovun gündəlik qazancı xəstəxanada olunan əməliyyatlardandı.Əvvəlki baş həkim məlumatlara görə həkimlərin keçirdiyi hər cərrahiyyə əməliyyatından 50 manat alırmış. Amma Elçin Hüseynov bu qaydanı pozaraq yarının-yarıya prinsipi ilə işləməyi üstün tutub. Burada UZİ və RENTGEN aparatlarından yığılan pullar başqa formada hesablanır. Xəstəxanaya gələn və müayinədən keçmək istəyən istənilən vətəndaşın ÜZİ aparatına düşməsi üçün 15, RENTGEN aparatı üçün 15 manat pul ödəməsi mütləqdir. Həkimlər isə bir qayda olaraq ehtiyac oldu-olmadı xəstələri ora yönləndirilər. Bu baş həkimin birbaşa tapşırığı ilə həyata keçirilir.Məlumatlara görə baş həkim xəstələr üçün ayrılmış ərzaq məhsullarından da heç də az gəlir əldə etmir. Belə ki,xəstəxanada çarpayı sayına yemək hazırlanır. Amma gün ərzində burada müalicə olunan xəstə sayı ilə çarpayı sayına ayrılan yeməklər arasında çox böyük fərq var.
Əldə etdiyimiz məlumatlara görə xəstəxananın poliklinika şöbəsinin müdiri Sevda Hacıyeva həkimlərin yanına gələn xəstələrin siyahısnı tutdurur. Bunun üçün xəstəxananın bir neçə tibb bacısı bu işlə məşğuldur. Poliklinika şöbəsinin müdiri hər ay həkimlərədən azı 300 manat “haqq” yığır. Ancaq xəstəxana və poliklinika şöbəsinin baş həkimlərinin əsas qazanc yerlərindən biri də vətəndaşlara saxta arayış verilməsidir.Belə ki, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinin baş həkimi Sevda Hacıyevanın istənilən vəətndaşa xəstəlik kağızı, bülletenlər verir. Qeyd edək ki, poliklinikadakı əsas gəlir yerlərinən biri yalançı “xəstəlik tarixçə”ləri ilə verilən saxta arayışlardır. Baş həkimin digər maxinasiya əməlləri isə əlilliyin müəyyən edilməsi üçün “forma -88” arayışının verilməsi zamanı həyata keçirilir. Belə ki,Poliklinika tərəfindən onlayn qaydada aidiyyatı üzrə göndərilməli olan “forma -88” pul verilməsə aylarla kompüterin yaddaşında qala bilər. Xəstəlik olsa da, olmasa da tələb olunan pulu verməsən gərəkli tibbi rəy almaq qeyri mümkündür. Baş həkimin o rəyləri olmadıqda isə adiyyatı dövlət strukturları vətəndaşa pensiya təyin etmir. Amma tələb olunan məbləğ verildikdən sonra xüsusi parollarla onlayn qaydada aidiyyatı üzrə göndərilir.Bütün bunların hamısı isə 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elçin Hüeynovun ciddi nəzarəti altında həyata keçirilir.
Bunlardan əlavə. Hamıya məlum olduğu kimi diabet xəstəliyindən əziyyət çəkənlər dövlət hesabına dərmanlarla təmin olunurlar. Yəni dərmanlar bu xəstələrə pulsuz paylanır. Bu Nazirlər Kabinetinin 13 may 2005-ci ildə qəbul etdiyi 87 saylı qərar ilə təsdiqlənib. Qanuna əsasən, dövlət hər bir diabetli xəstəni dərmanla tam təmin etməlidir. Qanunda da şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatlarının təyin olunarkən, terapevtik dozanın 30 günlük müalicə kursunu nəzərə almalı olduğu da qeyd olunur.
Diabet xəstələri hər gün qanda şəkəri aparatla ölçür. Bu onlar üçün həyati vacibdir. Bu aparat üçün lazım olan testlər – striplər, qanda şəkərin miqdarını müəyyən edən test çubuğu hər ay verilməli olduğu halda 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklikasında üç aydan bir verilir. Xəstə isə məcbur olub test qutusunu aptekdən baha qiymətə alır. Xatırladaq ki, nazirlik tərəfindən xəstələrə paylanılan aparatlara uyğun testlər olmadıqda,aparat qanda şəkəri düzgün ölçmür ki,bundan da xəstələr əziyyət çəkirlər.
Sonda məlumat üçün bildirmək istərdik ki,Qaradağ rayon ərazisində 7 xəstəxana və 7 poliklinaka var. Bu xəstənalarda vəziyyət 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasındakı kimi açınacaqlı deyil. Bunun isə bir səbəbi var. 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Elçin Hüseynova özbaşınalıq etməyə,istədiyini həyata keçirməyə şərait yaradılıb. Yoxsa o bu qədər arxayınçılıqla qanunsuzluqlara yol verə bilməzdi. Bu şəraiti kim, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”- TƏBİB rəhbərliyi yaradıb, yoxsa Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov? Birinci cavab veriləsi sual da məhz budur? Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
|