Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                 

Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM
Tarix: 23-12-2020, 09:03 | Çap et
Zərdabı xımır-xımır XIRID EDİR...
Zərdabda Mərdan Camalovun xeyir-duası ilə yol təmirini və şəhərin abadlaşdırılmasını heç bir texnikası və işçisi olmayan şirkət həyata keçirəcək…
Heç kimə sirr deyil ki, məmurlar dövlət büdcəsini müxtəlif tenderlər vasitəsi ilə “soyub soğan qabığına çevrirlər”. Son bir neçə ildə isə Azərbaycan mətbuatında tender biabırçılıqları haqqında elə məlumatlar dərc olunur ki, orda söz doğrudan bitir və deməyə heç nə qalmır. Xüsusən satınalma haqqında qanun elə açıq şəkildə tapdanılır ki… Buna baxmayaraq “tender mafiyası” öz işini görür və heç kim onlara “gözün üstə qaşın var” demir, ya da deyə bilmir. Tender elan olunandan sonra yaranan MMC-lərin qalib elan olunması praktikası isə son günlərə qədər davam edib.

İşin maraqlı tərəflərindən biri də odur ki, yüz minlərlə manatlıq, hətta milyonluq tenderləri “ udan” “10 manatlıq” MMC-lər heç bir maddi və texniki bazası, ofisi, təsisçidən başqa işçisi və təcrübəsi “olmayan” şirkətlərdir və bu şirkətlərin hüquqi unvanı isə ev ünvanları göstərilir. Bəs bu qondarma şirkətlər milyonluq tenderləri necə qazanır? Bunu kim təşkil edir?

Ən əsası milyonlarla dövlət vəsaitini öz hesabına keçirən bu qondarma MMC-lər hər il dövlətdən nə qədər vergi yayındırırlar? İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti bu sualın cavabını bilirmi?

Bir daha qeyd edək ki, Azərbaycanda son illər icra hakimiyyətlərinin əsas qazanc mənbələri olan Dövlət satınalmalarında şübhəli tenderlərin artması barədə mətbuatda davamlı olaraq çoxsaylı məlumatlar dərc edilsə də, hələ də bu sahədə ciddi problemlər qalmaqda davam edir və əlaqədar qurumlar, xüsusən Maliyyə Nazirliyi və Vergi Xidməti bütün yazılanları görməməzlikdən və duymamazlıqdan gəlir.

Ayrı-ayrı dövlət qurumlarının keçirdiyi tenderlərdə eyni şirkətlərin davamlı olaraq qalib gəlməsi bu sahədə şəffaflıq məsələsini ciddi şəkildə aktuallaşdırır. PİA.-ın araştırmasına görə demək olar ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında yer alan tenderlərin 80-90%-i şübhəli tenderlərdir. Belə şübhəli tenderlərdən biri də biri də Zərdab rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Belə ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytına görə 2020-ci ildə Zərdab şəhərinin abadlaşdırılması və yolların təmiri üçün keçirilən tenderin qalibi “İnşaat Servis-2” MMC olub. Zərdab rayon İcra Hakimiyyəti ilə hər iki tenderin qalibi olan şirkətlə üst-üstə 1 milyon 169 min 975 manat müqavilə bağlanılıb. (Şəhərin abadlaşdırılması üçün 549 min 998 manat, yolların təmiri üçün 619 min 975 manat).

Bizim üçün maraqlı olan Zərdabda bu iki böyük tenderi udan, yol çəkən və inşaat işləri ilə məşğul olan şirkətin mərkəzi ofisinin harda yerləşməsi və kimə məxsus olması idi. Araşdırmamız zamanı məlum oldu ki, 1 milyon 169 min 975 manatlıq tenderin qalibi olan “İnşaat Servis-2” MMC-nin ümumiyyətlə ofisi yoxdur. MMC-nin kimə məxsusluğunu araşdırarkən isə qarşımıza çox tanış bir ad çıxdı. Vüqar Aslanov… Bu həmin Vüqar Aslanovdur ki, “Veteks-2017” MMC şirkəti ilə uzun illər boyu Beyləqanda və Zərdabda böyük məbləğlərdə müxtəlif tenderləri udub. Beyləqanda və Zərdabda gördüyü işlərin bəziləri isə artıq dağlıb.

Görünür ki, “Veteks-2017 MMC” mətbuatın dilində çox hallandığı üçün Vüqar Aslanov bu dəfə “İnşaat Servis-2” MMC-ni dövriyyəyə salıb. Bəs Zərdab yollarını təmir edəcək şirkət bu işi görmək üçün hansı texnika və mütəxəssis bazasına sahibdir? Əgər sizə desək ki, “İnşaat Servis-2” MMC-nin yol çəkmək, ya da təmir etmək üçün heç bir texnikası və işçisi yoxdur, onda nə deyərsiniz? Bu ağlasızmazdır, gülməlidir və tükürpədicidir…

Görəsən Zərdab rayon icra hakimiyyəti 619 min 975 manatlıq yol təmiri layihəsini “İnşaat Servis-2” MMC-yə verərkən bu şirkətlə heç maraqlanmayıb? Maraqlanıbsa, onda “İnşaat Servis-2” MMC ilə müqaviləni necə bağlayıb və o yollar necə təmir olunacaq? Bəlkə bu müqavilə Mərdan Camalovla Vüqar Aslanov arasında şəxsi müqavilədir?
Bizə məlum olduğuna görə Vüqar Aslanov müxtəlif rayonlarda abadlıq işlərini kənardan briqada cəlb etməklə və qanunsuz insan çalışdırmaqla həyata keçirir.

Məlumata görə keçmişdə də Zərdabda yoların təmiri, abadlaşdırma işlərinin qalibi və binaların təmiri işi ilə Vüqar Aslanova mənsub olan “Veteks-2017” MMC şirkəti məşğul olub. Bu şirkət eyni vaxtda, həm də Beyləqan rayonunda yolların təmiri, tikinti işləri və sair tenderlərin qalibi olub.

Bəs heç bir işçisi və texnikası olmayan Vüqar Aslanov bu işləri necə görüb? Bu sualın cavabını onunla əməkdaşlıq edən icra hakimiyyətləri bilir. Bizdə olan məlumata görə icra hakimiyyətləri müxtəlif dövlət və qeyri-dövlət qurumlarını bu işlərə cəlb edirlər. Ya da tenderi udan şirkət subpodratçılarla çalışır.

Xatırladaq ki, “Veteks-2017” MMC son dəfə ölkə mətbautının gündəminə Beyləqan rayonunda Mənzil istismar Sahəsinin binalarının bərbad təmir qalmaqalı ilə gəlib. Aldığımız məlumata görə isə “İnşaat Servis-2” MMC şirkətinin Zərdabda həyata keçirdiyi işlər həddindən artıq yarıtmaz vəziyyətdədir…
//pia.az//

Zərdabı xımır-xımır XIRID EDİR...
Zərdabı xımır-xımır XIRID EDİR...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru