Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? - ARAŞDIRMA
Tarix: 27-06-2020, 09:43 | Çap et
“Heç vaxt bədbinliyə qapılmamışam, ağlamamağa, pozitiv olmağa çalışmışam. Əlimdən nə gəlirsə, onu edib qızımı sağaldacam”, - Bakı sakini Aynur Əliyeva belə deyir.
Qızı Ləman (ad şərtidir) 10 ilə yaxındır leykoz xəstəliyindən əziyyət çəkir. A.Əliyevanın qızının müalicəsini doqquz ildir ki, Türkiyədə aparılır. Onları qonşu ölkəyə aparan səbəb Bakıdakı müalicənin effekt verməməsi olub. Hətta dörd ay ərzində Ləmana düzgün diaqnozun qoyulmasında problemlər yaşanıb. A.Əliyeva deyir ki, 2010-cu ildə Ləmanın 2 yaşı olanda vəziyyəti ağırlaşıb və dörd ay ərzində yanlış diaqnozla müalicə alıb: “İlk günlərdə qarın nahiyyəsində ağrılar başladı. Bakıdakı 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasında 10 gün yatsa da, heç bir diaqnoz qoya bilmədilər. Üstəlik də xəstəliyinə ziyan verən müalicə etdilər”.
Daha sonra qan xəstələyindən şübhələnərək Hematologiya və Transfuziologiya İnstitutunda 3 dəfə sinə sümüyündən punksiya olunsa da, hər dəfə neqativ cavabla leykoz xəstəliyi təsdiqlənməyib.
A.Əliyeva söyləyir ki, müəyyən tanışların məsləhətiylə övladını Moskvaya aparıb və qızının “L-2” leykoz xəstəsi olması ilə bağlı diaqnoz orada qoyulub: “Moskvada xəstəxanada 8 aylıq müalicəsi üçün 80 min dollar ödəniş olacağını dedilər. Həmin vaxt o pulu tapa bilmədim və Bakıya gəldim. Məcbur olub Bakıda müalicəyə başladıq”.
Bakıda isə müalicə uzun çəkməyib. Ləman komaya düşüb və həkim vəziyyətin ümidsiz olduğunu deyərək müalicədən imtina edib.
A.Əliyevanın qızının həyatını təsadüfi bir zəng xilas edib. Ananın müalicə üçün müraciət etdiyi Türkiyə xəstəxanalarından birindən ona Ləmanı müalicə edə biləcəklərini deyiblər:
“Burada xeyriyyəçiliklə məşğul olan insanlar və təşkilatlar var. Onlarla əlaqə saxladım və bir günün içində 10 min dollar təşkil edib bizi Türkiyəyə göndərdilər. İndiyə kimi də o insanlar bizə maddi və mənəvi dəstək olurlar”.
Azərbaycanda səhiyyənin pulsuz olmasına baxmayaraq, Ləmanın Bakıdakı qısa müddətli müalicə və müayinəsinə kifayət qədər pul xərclənib. Bu xərcin bir qismi xeyriyyəçi insanlar, bir qismi qohum-ərqrabanın köməyi ilə qarşılanıb.
A.Əliyeva qızının Türkiyədəki müalicəsinin hər kursu 2-6 min dollara başa gəlir və indiyədək 100-150 min dollardan çox pul xərclənib və bu xərc davam edir. Onun dövlət tərəfindən gördüyü yardım isə aylıq müavinətdir. Əvvələr 55 manat, 2019-cu ildən isə 150 manata qədər artırılan müavinət.
“Azərbaycanda əvvələr leykoz xəstəliyinə tutulmuş uşaqların sağalması 40 faiz idisə, son illər bu rəqəm 60 faizə yüksəlib”
“2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nda 2017-ci il üçün 2500-dən artıq leykoz xəstəsinin qeydiyyata düşdüyü göstərilir. 2018-2019-cu illərin statistikası açıqlanmadığından bu xəstəliyin dinamikasını izləmək mümkün deyil.
Tədbirlər proqramının qəbul olunmasından sonra xəstəliyin müayinə və müalicəsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Qanın bədxassəli xəstəlikləri ilə mübarizəsinə 2017-ci ildə 6 milyon, 2018-2019-cu illərdə isə 6,6 milyon manat vəsait ayrılıb. Beləliklə, dövlət tərəfindən hər leykozlu xəstəyə 2400-2600 manat arası vəsait xərclənir.
Lakin bu gün də Azərbaycanda sosial mediada, küçələrdə, hətta uşaq bağçaları və məktəblərdə belə leykoz xəstəliyindən əziyyət çəkənlərə yardım etmək üçün ianə elanlarına rast gəlmək olur. Ailələrin böyük əksəriyyətinin maddi baxımdan bu xəstəliyin xərcini ödəməyə gücləri çatmır. Eyni zamanda xərcin qarşılığında keyfiyyətli müalicəyə inam və etibar yoxdur. Bu səbəbdən leykoz xəstələrinin bir hissəsi ya Türkiyəyə, ya Almaniyaya, ya İrana, ya da Belorusiyaya gedir. Bütün ailələrin də xaricdə müalicə və müayinəyə imkanı çatmır. Bank hesablarına yığılan ianələr onların Azərbaycandakı müalicələrinin pulunu ödəməyə ancaq yetir.
Tədbirlər Proqramında isə maddi-texniki bazanın gücləndirilməsi və dərman peraparatları ilə təminat məsələləri nəzərdə tutulub. Proqramin qəbulundan sonra leykoz xəstəliyinin müalicə və müayinəsinin tam pulsuz həyata keçirilməsi üçün hökumət öz üzərinə öhdəlik götürüb.
Bu öhdəliyə nə dərəcədə əməl olunur?
Jurnalist qrupu bir pasiyent kimi Hematologiya və Transfuziologiya İnstitutuna baş çəkib. Leykozla bağlı diaqnoz qoyulması üçün qanın ümumi analizinə 15 manat ödənməli, analizin cavabı şübhəli çıxarsa, punksiya aparılmalıdır. Bu, kiçik əməliyyat sayıldığından həkimə görə ödəniş də dəyişir. Sinə sümüyünün iliyindən nümunə götürülməsi üçün edilən kiçik əməliyyatının məbləği 200 manatdan başlayır. Diaqnoz qoyulduqdan sonra xəstə İnstitutda qeydiyyata düşür və bundan sonra yalnız mövsümi müayinələri ödənişsiz elətdirə bilir.
Leykimiya İctima Birliyin sədri Mehriban Bağırova deyir, leykozlu xəstələrin sayı ildən ilə artır. Onun sözlərinə görə, ölkə üzrə 2500 leykoz xəstəsinin 500-600-nü uşaqlar təşkil edir:
“İnkişaf etmiş ölkələrdə leykoz xəstəliyinin dərəcəsindən asılı olaraq uşaqlar arasında sağalma ehtimalı 85-90 faizdir. Azərbaycanda isə əvvələr leykoz xəstəliyinə tutulmuş uşaqların sağalması 40 faiz idisə, son 5-6 ildə görülən işlər nəticəsində bu rəqəm 60 faizə yüksəlib. Əvvələr genetik analizlər edilmirdi, dərmanlar tapılmırdı, şərait zəif idi. 2015-2016-ci ildən bəri bütün genetik analizlər Azərbaycanda olunur”.
“2016-ci ildə qəbul olunan Tədbirlər Proqramından sonra bütün kimya dərmanları pulsuz verilir. Doğrudur, müəyyən problemlər qalıb. Dərman qurtarır və təchizat dayandırılır. Bizim təşkilatın nəzdində könüllülər var. Onlar hər bir ailə ilə maraqlanır. Hansı ailənin uşağı müalicə etməyə imkanı yoxdursa, onları siyahıya alırıq və mütəmadi olaraq dərmanla təchiz edirik”,- M.Bağırova qeyd edir.
İctimai Birliyin sədrinin sözlərinə görə, xəstəliyin yenidən qayıdışı baş verdikdə daha güclü müalicəyə ehtiyac olur ki, bu yöndə də institutun imkanları çox da geniş deyil. Hətta bəzi analizləri də xarici ölkələrə göndərməli olurlar. Xarici ölkələrdə isə müalicə baha başa gəldiyindən hər kəsin imkanı çatmır. Ekspert düşünür ki, Azərbaycanda müasir tipli hematoloji mərkəz olmalıdır.
Müalicənin hər kursu 1300-1500 manata başa gəlir
55 yaşlı leykozdan əziyyət çəkən Xəyyam Çələbi Yevlaxın Xaldan kənd sakinidir. Qarabağ müharibəsi əlilidir və ayağını itirib. Üç ilə yaxındır leykozun orta ağır formasıdan əziyyət çəkir. Orada və ya ona sərhəd olan Mingəçevir şəhərində hər hansı bir mərkəzin olmaması səbəbindən X.Çələbi hər 3 aydan bir analizlər, müalicə və dərmanları üçün Bakıya gəlməli olur və bu, onun üçün böyük çətinlik yaradır.
“Ümumi 11 kurs müalicə keçmişəm. Onun 4 kursunu Hematologiya və Transfuziologiya İnstitutunda olmuşam. Hər kurs 20-23 gün çəkir və xəstəxanada yatıram”, - X.Çələbi deyir.
Onun sözlərinə görə, müalicə pulsuz olsa da, dərmanları özü alır: “Hər 3 aydan bir kurs müalicə mənə 1300 manata başa gəlir. 2 il ərzində 30 min manatdan çox pul xərcləmişəm. Qırmızı qan hüceyrələrini 550 manata alıram. İndiyədək 4 dəfə həmin qan hüceyrəsindən almalı olmuşam. İnstitutda yalnız kimya terapiya pulsuz olunur, dərmanları özüm alıram. Mənim bu xərcləri ödəməyə imkanım yoxdur, xaricdə yaşayan soydaşlarımız maliyyə dəstəyi göstərir. Təkcə biri 800 manat olan 14 ədəd “Atra” dərmanını Rusiya, Almaniya və İngiltərədə olan iş adamlarının maliyyə dəstəyi ilə ala bilmişəm”.
Bu yolda medianın rolu çox böyük olub. Media vasitəsilə xəstəliyinə yardım istənilib.
Dövlət Proqramı çərçivəsində xəstələrin dərmanlara olan ehtiyacının çox cüzi hissəsi qarşılanır. Lazım olan dərmanlar yalnız paytaxtda çox az sayda aptekdə tapılır, özü də qonşu Türkiyə və Rusiya ilə müqayisədə daha baha satılır. “153 Qaynar Xətt”də leykozlu xəstələr üçün vacib olan dərmanların bir qisminin “Darçın” apteklər şəbəkəsinin bir filialında olduğunu söylədi. Bundan başqa “Buta”,“Vita” və “Zeytun” apteklərinin də çox az sayda filialında dərmanların bir qismini tapmaq mümkündür. Həmin aptekdə dərmanların satıldığı qiymətlərlə Rusiyada mövcud olan qiymətlərin müqayisəsi fərqi göstərir:
“Vinkristin”(1 mq-lıq) Azərbaycanda 27 manata (hazırda satışda yoxdur), Rusiyada (Moskva) 125 -240 rubl (4-5 manat)
200 mq Augmentin Azərbaycanda 7.20 manata, Rusiyada 101 rubldan (2.10 AZN) başlayır.
“Metotreksat-ebeve” (20 mq/ml) qablaşdırmanın ölçüsündən, istehsal yerindən asılı olaraq, 18 manatdan 450 manata qədər dəyişir. Məsələn, 1 ml şprislik və 1 ədəd qablaşdırması olan preparat Bakıda 45 manatdırsa, Rusiyada (Moskva) 1348 rubl və ya 28 manatdır.
Xeyriyyəçilər deyir ki, bahalı dərmanları çox az sayda ailələr öz hesablarına ala bilirlər. Onlar ianələr hesabına alınaraq ailələrə paylanır. Qanın bədxassəli xəstəliyi ilə bağlı lazım olan dərmanların bir qisminin Tarif Şurasının qiymətləri tənzimlənən dərmanların siyahısında görmək olmur. Dərmanların topdan və pərakəndə satışı ilə məşğul olan şirkətlər öz “istəklərinə” uyğun qiymət müəyyənləşdirirlər. Bu preparatların ölkəyə idxalında isə iki şirkət “ Zeytun Pharmaceuticals MMC” və təsisçisi millət vəkili Cavanşir Feyziyev olan “Avromed” MMC-nin məsuldur. Bu şirkətlər eyni zamanda müxtəlif apteklərə sahibdir və pərakəndə satışla da məşğuldur.
Büdcədən bir leykozlu xəstəyə ayrılan 2500 manat kimin şirkətlərinə verilir?
Səhiyyə Nazirliyinin tender məlumatlarına görə Tədbirlər Proqramının icrası üçün aşağıdakı şirkətlər dövlət satınalmalarının qalibi olub:
“Zeytun Pharmaceuticals” MMC (vöen: 1701688171) dövlət satınalmalarında iştirak edən ən böyük şirkətlərdəndir. Nizamnamə kapitalı 600 manat olan MMC 2014-ci ilin oktyabrında yaradılıb.
Dövlət Proqramları çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin təmini ilə məşğuldur və 3 ildə bu istiqamətdə 12,2 milyon manatlıq tenderin qalibi olub:
2017-ci ildə 3,6 milyon,
2018-ci ildə 4,4 milyon,
2019-cu ildə 4,2 milyin manat .
Büdcədən bu istiqamətdə ayrılan vəsaitin 67 faizdən çoxu bir şirkətə verilib.
Səhiyyə nazirinin oğlundan nazirliyin Dərman Analitik Ekspertiza Mərkəzinin keçmiş direktorunadək
Dövlət satınalmalarında “Zeytun Pharmaceuticals”ın adını Səhiyyə Nazirlyinin İnnovasiya və Təchizat Mərkəzi, eyni zamanda Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin iri həcmli tenderlərində də görmək olur.
Büdcədə səhiyyə sahəsində nəzərdə tutulan digər proqramlar üzrə dərman və tibb ləvazimatların tədarükü üçün ən böyük tenderlər də məhz bu şirkətə həvalə edilir. Hətta koronovirus infeksiyasının aşkar edilməsində istifadə olunan spesifik diaqnostik testlərin alınmasını da bu şirkət həyata keçirir.
Araşdırma zamanı məlum olur ki, MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğlu “Rəvan” futbol klubunun keçmiş vitse-prezidenti olub.
“Zeytun Pharmaceuticals” MMC-nin hazırki hüquqi ünvanı ( Bakı, Nizami r. Oqtay Vəliyev, ev 21C) ləğv olunmuş "Farm Qafur" MMC-nin (vöen: 9900030821) hüquqi ünvanında göstərilir.
“Farm-Qafur” 2010-2012-ci illər ərzində Səhiyyə Nazirliyinin dövlət satınalmalarında 57 milyon 190 min 289 manatlıq tenderləri udub. Müəssisə 18 iyun 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 3 min manat olub. Şirkət 2011-ci ilə qədər SOCAR-ın balansında olmuş Mərkəzi Neftçilər Xəstəxanasının 16,5 və 60 kv.m obyektini icarəyə götürüb. Nazirlət Kabinetinin 2011-ci il sərəncamı əsasında Mərkəzi Neftçilər Xəstəxanası ilə birlikdə Səhiyyə Nazirliyinin balansına verilib.
"Farm Qafur" MMC-nin qanuni təmsilçisi Tağıyev Zamir Elşad oğlu olub. Z.Tağıyev iqtisad elmləri üzrə fəlsəfə doktorudur, bundan başqa, o, daha 4 müəssisənin qanuni təmsilçisidir. Həmin şirkətlərdən biri "Azmedkom" MMC-nin (VÖEN 1401377331) təsisçisi səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Kazım Şirəliyev olub. 1986-cı il təvəllüdlü K.Şirəliyev 22 yaşında olarkən bu müəssisə - iyunun 25-i 2008-ci ildə - yaradılıb. “Azmedkom”un hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm ev 9, mənzil 3, direktoru isə Hüseynova Kamilə Ənvər qızı olub. Nizamnamə kapitalı 2 000 manat olan “Azmedkom”la eyni ünvan, sadəcə fərqli mənzildə - Süleyman Rüstəm ev 9, mənzil 1-də “Meqamed” MMC (vöen: 1401380661) təsis edilib. Nizamnamə kapitalı 3000 manat olan müəssisənin qanuni təmsilçisi Tağıyev Zamir Elşad oğlu olub.
“Meqamed”in daha bir səhmdarı da “Hicom” MMC olub. Müəssisələrin sonrakı taleyi ləğvolunma ilə nəticələnib.
Z.Tağıyevin qanuni təmsilçisi olduğu növbəti müəssisə “Aztexnomed” MMC (vöen: 140153387) əczaçılıq mallarının topdansatışını həyata keçirib. Müəssisənin nizamnamə kapitalı 2000 manat, hüquqi ünvanı isə yenə Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9, mənzil 2. Müəssisənin təsisçisi isə “Meqamed” MMC, direktoru Səfərov Bəhruz Mədət oğlu olub.
Ümumiyyətlə, Süleyman Rüstəm, ev 9-dakı mənzillər ayrı-ayrı müəssisələrin hüquqi ünvanları olub. “Aztexnomed”in qeydiyyatdan keçdiyi ev 9, mənzil 2-də 21 müəssisə qeydiyyatdan keçib. Həmin ünvanların bağlandığı müəssisələrin bəziləri bunlardır:
“Snergy Constraction” (vöen: 1401824781), “Litva Tİcarət Evi” (vöen: 1401516751), “Olimpik” MMC (vöen: 1401495001), “Harvest of Nature” (vöen: 1401462081), “AS Kompani” MMC (vöen: 1401604301), “AzAgroExport” Şirkəti (vöen: 1401796821) və sair. Bu müəssisələrin bəzisi törəmə, bəzisinin təsisçiləri dəyişib, bəziləri isə fəaliyyətini dayandırıb. Bəzi MMC-lərin isə fəaliyyəti davam edir, ancaq qanuni təmsilçiləri dəyişib.
“Azmedkom”la eyni ünvanda qeydiyyatdan keçən daha 2 müəssisə var:
“Vizzion Azərbaycan” (vöen:1401471941) “Biznes Audit” (vöen: 1401433311). “Vizzion Azərbaycan”la bağlı məlumat tapılmasa da, “Biznes Audit” MMC-nin Auditorlar Palatasının üzvü olduğu görünür. Müəssisənin qanuni təmsilçisi Əliyev Məhərrəm Fayaz oğlunun həm də direktor vəzifəsini icra edir. Müəssisənin təsisçisi Kamilov Əşrəf Kamil oğlu, direktoru isə Şirinov Natiq Telman oğlu olub. “Biznes Audit” MMC oktyabrın 8-i 2008-ci ildə yaradılıb.
Şirinov Natiq Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisidir. O, 2015-ci il fevralın 9-da “Dövlət qulluğunda fərqlənməyə görə” medalına, bu təltifdən 5 il 2 gün sonra isə (11.02.2020) ölkə başçısı tərəfindən “Tərəqqi” medalına layiq görülüb.
Əşrəf Kamilov “Ata Bank”ın səhmdarlarından biridir. Yeri gəlmişkən, “Biznes Audit” MMC-nin elektron saytının domen ünvanı da “Ata Texnologiya” MMC-yə bağlanır.
“Zeytun Pharmaceuticals” ın məhz Səhiyyə Nazirliyinin şəxsi təşəbbüsü ilə yarandığını daha bir fakt da təsdiqləyir. Belə ki, müəssisənin keçmiş hüquqi ünvanı (Səbail rayonu, Niyazi küçəsi ev 5, mənzil 15) Səhiyyə Nazirliyinin “Dərmanların Analtik Ekspertizasi Mərkəzi” MMC-nin keçmiş direktoru Əbülfəz Abdullazadənin qeydiyyatda olduğu mənzildir. Müəssisə yaradılanda Ə.Abdullazadə “Dərmanların Analtik Ekspertizasi Mərkəzi”nin direktoru vəzifəsində işləyib. Dərman preparatlarının lisenziyası ilə məşğul olan bir qurumun rəhbərinin ünvanında dərman şirkəti qeydiyyatdan keçib.
Müəssisəni Ə.Abdullazadəyə təkcə keçmiş hüquqi ünvanda təsis olunması bağlamır. “Zeytun Pharmaceuticals”ın keçmiş direktoru İbadov Əliş Bayram oğlu olub. Ə.İbadovla Ə.Abdullazadənin bacısı Zərinə Abdullazadə Böyük Britaniyada (BB) qeydiyyatdan keçən tibb müəssisələrindən birində ortaqdır.
“Sollers Healthcare Products LP” (vöen: 1503222131) müəssisəsinin Bakı nümayəndəliyi 12 oktyabr 2016-cı ildə yaradılıb. Mətbuatda da bu xəbər dərc olunub.
Müəssisənin işi göz xəstəlikləri zamanı istifadə olunan dərman preparatlarının, tibbi cihazların və tibbi ləvazimatların satışıdır. Bu haqda “Sollers Healthcare Products LP”nin rəsmi elektron səhifəsində də qeyd olunub. Eyni zamanda şirkətin elektron səhifəsinin domen ünvanı da Əliş İbadovun adına rəsmiləşdirilib. Bakıda qeydiyyatdan keçən müəssisənin hüquqi təmsilçisi Abdullazadə Zərinə Abdulla qızıdır. BB-də yaradılan “Sollers” LLP 16 fevral 2012-ci ildə təsis olunub.
Yeri gəlmişkən, Z.Abdullazadənin adı ölkədə daha bir müəssisədə keçir - “Alcon Pharmaseuticals LTD” Şirkətinin Azərbaycandakı nümayəndəliyində (vöen: 1501230911). Nizamnamə kapitalı göstərilməyən müəssisənin hüquqi ünvanı Nərimanov rayonu, Bala Dadaşov küçəsi, ev 31, mənzil 12-dir.
“Alcon Pharmaseuticals LTD” mayın 15-i 2008-ci ildə təsis olunub. 26 iyul 2017-ci ildə müəssisəylə bağlı reyestrdə son çıxarış verilib və elə qanuni təmsilçisi də dəyişib. O, Oleksandr Puşkar adlı şəxsdir. “Alcon Pharmaseuticals LTD” Novartis şirkətlər qrupuna daxildir. Azərbaycanda müəssisənin direktoru Ege Bay adlı Türkiyə vətəndaşıdır. O, hazırda Türkiyədə müəssisənin baş direktorudur.
Əbülfəz Abdullazadənin də BB-də və Türkiyədə ailə şirkətləri var. Belə ki, aprel 2010-cu ildə yaranan oğlu Abdulla və qızı Selinin adlarının ilk hecasının birləşməsi olan “Absel Emlak İnşaat ve Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin təsisçilərindən biridi. Şirkətin ilkin kapitalı 500 000 lirə olsa da, hazırda kapitalı 8 milyon türk lirəsidir. Şirkətin səhmlərinin 7 milyon 750 min türk lirəsi civarında olan payı Əbülfəz Abdullazadəyə məxsusdur. Sərmayənin 250 000 türk lirəsi civarında olan hissəsi Şükrü Türkmən adlı Türkiyə vətəndaşına məxsusdur.
“Absel Emlak İnşaat ve Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin işi əsasən inşaatla - hər cür hündürmərtəbəli binaların tikilməsi - müxtəlif ərazilərin alınıb satılması, tenderlərdə iştirak etmək, eləcə də turizm və səyahətlərin təşkili və s. işlərlə məşğul olmaqdır. Şirkətin törəmə müəssisələrindən biri də BB-də qeydiyyatdan keçib - “Absel Limited”. Şirkət fevralın 2-i 2017-ci ildə qeydiyyatdan keçib. Müəssisənin nizamnamə kapitalı 1000 pound, hissədarları isə Əbülfəz Abdullazadə, Nigar Yusifova (həyat yoldaşı), Selin Abdullazadə (qızı) və Abdulla Abdullazadədir (oğlu).
2017-ci ildə yenə BB-də nəzarətçisi N.Yusifova olan daha bir müəssisə - “Sana Heritage Limited” - təsis olunub. N.Yusifovanın bir çox ortağı olsa da, hazırda şirkətdə sonuncu ortağı yenə də Türkiyə vətəndaşı Servet Barkın Mescioğludur.
16 iyun 2014-cü ildə ölkə başçısı Əbülfəz Abdullazadəni səhiyyə işçisi olaraq “Tərəqqi” medalı ilə təltif edib.
Abdullazadələr ictimai həyatda da çox fəaldırlar. Belə ki, Ə.Abdullazadənin atası Abdulla Abdullazadənin təşkilatı (nəvə ilə babanın adı eynidi - red.) Milli QHT Forumunun üzvüdür. Təşkilatın adı Akademik Həsən Əliyev adına Ekoloji İnnovasiya Mərkəzidir. Mərkəzin adınsonradan dəyişərək Azərbaycan Respublikası “Eko İm” Ekologiya İnnovasiya Mərkəzinə çevrilib. Mərkəzin hazırda qanuni təmsilçisi Abdullazadə Gularə Nikolayevnadır (Ə.Abdullazadənin anası - red.). Nizamnamə kapitalı 10 manat olan müəssisənin hüquqi ünvanı Səbail rayonu, Niyazi küçəsi, ev 5-dir.
“Zeytun Pharmaceuticals” sosial mediadakı səhifələrində ölkə üzrə mindən çox “Zeytun” aptekə malik olduqlarını göstərir. Respublika üzrə mövcud olan klinikalar və sağlamlıq mərkəzlərinin 90%-dən çox hissəsinə xidmət göstərdiklərini qeyd edir.
Ölkəyə dərman idxal edən “Zeytun Pharmaceuticals” MMC, eyni zamanda bazarda pərakəndə satışda ən böyük oyunçu, inhisarçı şirkətdir. Bakı metrosunda mövcud olan aptek şəbəkələrinin inhisarı bu şirkətə məxsusdur. Əvvələr dərman idxal edən əsas şirkət “Avromed” MMC idisə, indi “Zeytun Pharmaceuticals” bu bazarın lideridir.
Yuxarıdakı tender siyahısında adı olan“Es Medikal” MMC isə (VÖEN 1503909301) 2018-ci ilin yanvarın 19-da yaradılıb. Həmin ilin aprelin 9-da Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin satınalmalara dair müsabiqəsində 5 ayrı-ayrı lot üzrə 9 milyon manatlıq tenderin qalibi olub. Şirkətlə indiyədək səhiyyə müəssisələrini tibbi avadanlıqlar və aparatlarla təchiz etmək üçün təqribən 16 milyon manatlıq müqavilə bağlanıb.
Bu MMC-nin hüquqi ünvanında (Nərimanov rayonu, Məsud Əlizadə, ev 120, m. 1) "Gen X Processors Mauritius limited " şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyatdadır. “Paradise” sənədlərində (Paradise Paper) bu şirkət 2007-ci ildə Maltada qeydiyatdan keçən bir ofşor şirkət olduğu göstərilir.
Tender qalibləri olan “Es Medikal” MMC ilə “Ekspa” MMC-nin qanuni təmsilçiləri eyni şəxsdir – Tekne Murat. “Ekspa” 2017-ci il yanvarın 17-si də yaradılıb. Təsis olunduqları ildə Səhiyyə Naziriyinin 6 lot üzrə 5,8 milyon manatlıq tenderinin qalibi olub.
“Şəffaflığın artırılmasına ehtiyac var”
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda dövlət satınalmalarında qalib gələn şirkətlərin məmurlara bağlanması adi hal alıb: “Məmurlar öz vəzifələrindən sui-istifadə edərək tenderlərin uduşunu təmin edirlər. Çox vaxt tenderlər formal xarakter daşıyır. Müsabiqələrdə bir neçə şirkət iştirak etsə belə bəzi hallarda eyni insanlara, eyni maraq qrupuna aid olduğu üzə çıxır. Burada şəffaflığın artırılmasına ehtiyac var”.
İqtisadçının fikrincə, yeni yaradılan şirkətlərin bir neçə aydan sonra tenderi udması qanunvericiliyin tələblərinin pozulmasıdır.
Hazırda Azərbaycanda leykozun ən ağır forması olan M-leykoz (mieoloblast leykemiya) xəstələrinə sümük iliyinin nəqli yalnız ödənişli əsaslarla həyata keçirilir. Bu əməliyyat Talassemiya Mərkəzində 18 yaşadək olan uşaqlar üçün edilir. Səhiyyə Nazirliyindən bildirildi ki, leykoz xəstələrinin müalicəsi Hematologiya və Transfuziologiya İnstitutunda (HTİ) pulsuz, Talassemiya Mərkəzində isə qismən pulludur. Burada əsas problemlərdən biri isə donorların çətin tapılmasıdır. Azərbaycanın Beynəlxalq Donor Bankına çıxış imkanları məhduddur.
“Fokus” Təhqiqatçı Jurnalistlər Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Dünən, 16:21 |
|
|
|
|