Bu dəfə hansı icra başçıları "vurulacaq"? - GƏLİŞMƏ
Tarix: 1-02-2019, 10:02 | Çap et
Bəzi icra hakimiyyəti başçılarının fəaliyyətindən əhali tez-tez narazılıq edir.
Əksər hallarda el arasında “balaca padşah”lar adlandırılan bu görəv sahibləri qanunlara məhəl qoymur, əhalinin sosial-iqtisadi problemlərinə laqeyd yanaşır, yalnız özləri və yaxın ətraflarının mənafeyi üçün çalışırlar. Dəfələrlə bu cür məmurlara ən yüksək səviyyədə xəbərdarlıq olunsa da, onlar nəticə çıxarmırlar.Bölgələrdə, paytaxtın bəzi rayonlarında “yaşıl soyqırım” adi hala çevrilib, qanunsuz tikililər günü-gündən çoxalır.Kiçik və orta sahibkarlıqla məşğul olanların incidilməsi, vətəndaşların get-gələ salınması, şikayətlərin təmin olunmaması, bürokratik əngəllər də bu qəbildəndir.
Sadalanan faktlara görə, müxtəlif zamanlarda bir neçə icra hakimiyyəti başçısı tutduğu vəzifədən azad olunub.Ancaq görünən odur ki, bu tədbirlər digərlərinin “dərs çıxarması” üçün yetərli olmayıb. Bugünlərdə isə Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yerli icra orqanlarına ciddi xəbərdarlıq edib.
“Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər.Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar.Unutmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq, lap aşağı səviyyəli məmura qədər, hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”,-deyə ölkə başçısı çıxışında vurğulayıb.
Prezident əlavə edib ki, yerli icra orqanları diqqətli olmalı, yaranan problemləri həll etməlidirlər: “Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.
İcra orqanlarının rəhbərləri Prezidentin bu xəbərdarlığından ciddi nəticə çıxarmalıdır.Nəzərə alsaq ki, hazırda ciddi kadr və struktur islahatları həyata keçirir, ölkə başçısının xəbərdarlığından nəticə çıxarmayan qurum rəhbərlərinin da bu prosesdən pay alması real görünür.Bir sıra qurumların ləğvi və paralel qurumların birləşdirilməsi xeyli vaxtdır ki, gündəmdədir.Hökumətin çevik idarəetmə sisteminə keçidi həm də işinin öhdəsindən gələ bilməyən bürokratların kreslosunu laxladır.Məlumdur ki, yeni, çevik idarəetmə sisteminin effektli olması üçün kadr dəyişikliyi, bu postlara bacarıqlı kadrların təyin olunması vacibdir.Artıq ölkədə bu təcrübənin əsası qoyulub.2018-ci ilin aprelində keçirilən Prezident seçkilərindən sonra hökumətin yeni tərkibində ciddi dəyişikliklər edilib. Dəyişiklik olunan sahələrin bir çoxunda dinamika hiss olunur. Kadr və struktur islahatlarının davamlı olacağı isə bir neçə gün öncə ölkənin birinci şəxsi tərəfindən bir daha bəyan olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev cari ilin 11 yanvar tarixində Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair çıxışında da bu məsələyə diqqət çəkib.“Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur.Ancaq mən həmişə, necə deyərlər, narazı oluram.Çünki mən istəyirəm ki, daha yaxşı olsun.İstəyirəm ki, bu pozuntular olmasın.Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin.Ona görə kadr islahatı da bu məqsədi daşıyır.İndi struktur islahatı gözlənilir.Çünki indi idarəetmədə struktur köhnəlib.Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı.Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün.
Amma bizdə idarəetmə sistemi şişir.Buna son qoyulmalıdır.Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır.Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”,-deyə Prezident İlham Əliyev bildirib.Beləliklə, ölkə başçısı hər iki toplantıdakı çıxışında eyni məsələni vurğulayıb və ciddi islahatların keçiriləcəyini bəyan edib.Artıq bu istiqamətdə islahatlar başlayıb və biri nazirlik (Müdafiə Sənayesi Nazirliyi) olmaqla, 10-dan çox qurum ləğv edilib və ya birləşdirilib.Bu, həm də bir sıra məmurların yerdəyişməsi və yaxud da istefaya göndərilməsi prosesinin davamlı olacağını söyləməyə əsas verir.Prezidentin yerli icra hakimiyyəti rəhbərlərinə etdiyi ciddi xəbərdarlığı da nəzərə alsaq, yaxın günlərdə, xüsusilə əhalinin narazı olduğu icra başçılarının yenisi ilə əvəzlənməsinin şahidi olmağımız gözlənilir. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|