Yəhudi əsilli 66 yaşlı qadını Azərbaycandan imtina etməyə nə vadar edir? - GİLEY
Tarix: 12-01-2019, 11:05 | Çap et
“Hürriyyət”in redaksiysına məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya ilə bağlı növbəti şikayət məktubu daxil olub. Bakı sakini Abbasova Solmaz Həsən qızı tərəfindən daxil olan həmin məktubu olduğu kimi sizə təqdim edirik:
(Əvvəli bu linkdə: http://www.dia-az.life/9/199667-haqqi-tapdanan-baki-sakini-charesiz-durumda.html)
“Düzünü deyim ki, çox yorulmuşam, amma geri çəkilmək fikrim yoxdur, sona qədər mübarizə aparmağa qərarlıyam”
Artıq qeyd etdiyim kimi, məhkəmə yolu ilə mənzilimi qaytardım, amma 10 aydan sonra Apellyasiya Məhkəməsinin hakimi Lətif Nəbiyev rüşvət alıb, evin bizə aid olmadığına dair qərar verdi, bizi qeydiyyatdan çıxarıb mənzilimizi əlimizdən aldı. Halbuki, əlimdə oğlumun 1-ci qrup anlaqsız ruhi xəstə olduğunu təsdiq edən 1997-ci ilin məhkəmə qərarı var, qanunla onun evi satlıla bilməzdi, bu mənzili onun atası öz halal pulu ilə almışdı, hətta mən onu satmış olsam belə, mənzil oğluma qaytarılmalı idi. Onu da deyim ki, həmin dövrdə, oğlumun qəyyumu mən yox, dövlət idi, yəni Sabunçu rayonunun İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Şöbəsi idi. Həmin şöbə oğlumun hüquqlarının müdafiəsinə qalxdı və yeni açılmış hal kimi işi məhkəməyə verdi, amma yenə evimizi qaytarmadılar, çünki arada maddi maraq var idi.
Apellyasiya Məhkəməsinin hakimi Lətif Nəbiyev, Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev Cabir Hüseynovdan rüşvət alaraq onun xeyrinə qərar verirdilər.
O zaman rüşvətxorlarla əlbir olan Bakı Apellyasiya Məhkəməsinin hazırkı sədri İman Nağıyevin qəbuluna dəfələrlə yazılsam da, məni qəbul etmir, şikayət məktublarımı cavabsız qoyur. Onun müavinləri tərəfindən mənə ünvanlanan məktublarsa yalançı vədlərlə doludur, nəticə isə yoxdur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin qəbuluna da düşə bilmirəm. Adını çəkdiyim yüksək vəzifəli məmurlara böhtan atmadığımı sənədlərlə sübut edə bilərəm. Belə ki, bu günədək çıxarılan bütün məhkəmə qərarlarında İman Nağıyevin də, Ramiz Rzayevin də adları və imzaları var.
Onu da deyim ki, Ramiz Rzayev bu vaxtadək qəbul olunmuş saxta qərarların ləğvinə də imkan vermir. Çünki artıq qeyd etdiyim kimi, Cabir Hüseynovdan böyük məbləğdə rüşvət alıb. Bütün bu işlərə 800 min xərci çıxan, borclara girən Cabir Hüseynovun 27 yaşlı oğlu Natiqin ürəyi dayandı, ailə tamamilə müflisləşib, hazırda evsiz-eşiksiz küçələrdə qalıb.
12-ci ildir öz halal mənzilimi ala bilmirəm, il yarımdır atamdan qalan mirasa sahib çıxmaq üçün məhkəmələrdə qalmışam. Düzünü deyim ki, çox yorulmuşam, amma geri çəkilmək fikrim yoxdur. Sona qədər mübarizə aparmağa qərarlıyam.
Uzun müddət oğlumun rəsmi qəyyumu olmağıma əngəl törədirdilər ki, iş uzansın. Məcbur olub kürəkənim Həzi Aslanovdan oğlumun qəyyumu olmağı xahiş etdim. Qəyyum olandan sonra kürəkənim çox təhdidlərə məruz qaldı, o üzdən məhkəmələrə getməkdən imtina etdi, sonra isə işi ilə əlaqədar ölkəni tərk edib Avropaya köçdü. Bu üzdən xeyli vaxt itirdik. Nəhayət, 2011-ci ildə oğlumun rəsmi qəyyumu təyin edildim.
Özüm təqaüdçüyəm, 175 manat pensiya alıram, oğluma isə xəstəliyinə görə ayda 155 manat verilir. Bu pulun 250 manatı kirayə haqqına, 50 manatı isə kommunal xidmətlərə xərclənir. Oğlumun iynə-dərmanına, yeməyə pul qalmır. İsraildə yaşayan doğmalarım bizə maddi cəhətdən kömək etməsə, acımızdan ölərik.
Bizim arxamızdan çox işlər çevrilmişdi. Cabir Hüseynova qarşı cinayət işi açıldı, 8 dəfə istintaqa başlanıldı, amma vaxt müddəti ötdüyü üçün işi bağladılar.
Bu 12 ildə Məhkəmə Hüquq Şurasına, Prezident Aparatına, Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Korrupsiya ilə Mübarizə idarəsinə, Baş Prokurorluğa saysız-hesabsız şikayət məktubları ünvanlamışam və demək olar ki, bütün nazirlərin qəbulunda olmuşam, amma şikayətlərimə baxılmır, bu günədək korrupsioner hakimlər cəzasını almayıb, mənsə xəstə övladımla qapılarda qalmışam.
Hazırda iş yeni açılmış hal kimi Ali Məhkəməyə, hakim İlqar Xələfova verilib. Amma gedişatdan belə görünür ki, bu dəfə də evimi qaytarmaq fikirləri yoxdur.
Ölkə prezidenti İlham Əliyevə müraciət edirəm.
“Hakimlərə toxunulmazlıq statusu verildiyindən heç bir qurum onlarla bağlı tədbir görmür. Rüşvətxorluq və korrupsiya baş alıb gedir”
Cənab Prezident, ümidim tək sizədir. Xahiş edirəm, bu haqsızlığa son qoyasınız. Mən bu ölkənin vətəndaşıyam, xəstə övladım var. Bir ana və bir vətəndaş kimi Sizdən hüquqlarımın qorunmasını istəyirəm.
İllərdir halallıqla qazandığımız mal-mülkümüzü özümüzə qaytara bilmirik. Saxta qərarların qurbanı olmuşuq. Hakimlərə toxunulmazlıq statusu verildiyindən heç bir qurum onlarla bağlı tədbir görmür. Rüşvətxorluq və korrupsiya baş alıb gedir.
“İsraildə yaşayan doğmalarım məni ölkəni tərk etməyə çağırırlar. Burdan qaçqın kimi Israilə pənah aparmağımı təkidlə təklif edirlər”
Bir dəfə Prezident Aparatına dəvət olundum, dərdimi dinlədilər, sənədləri nəzərdən keçirdilər, amma heç bir tədbir görmədilər.
İsraildə yaşayan doğmalarım bu haqsızlıqdan çox narahatdılar. Məni ölkəni tərk etməyə çağırırlar. Burdan qaçqın kimi İsrailə pənah aparmağımı təkidlə təklif edirlər.
Mən vətənimi sevirəm, burdan getmək istəmirəm. Amma düşdüyüm vəziyyətə artıq dözə bilmirəm, xəstə övladımın taleyindən narahatam. Əgər səsimə səs verməsəniz, məcbur qalıb ölkəni tərk edəcəyəm və başıma gələn müsibətlər haqda İsrail mediyasına məlumat verəcəyəm.
Sizdən xahiş edirəm, mənimlə görüşün. Bütün sənədləri Sizə təqdim edim və haqlı olduğumu sübut edim.
İllərdir əziyyət çəkirəm, evim ola-ola, qapılarda qalmışam, müharibə veteranı olan atamın, xəstə balamın haqqına giriblər.
Bu cinayətlər cəzasız qalmamalıdır, günahkarlar haqlı cəzasını almalıdırlar. Müraciətimi cavabsız qoymayacağınıza, bütün bu haqsızlıqlara son qoyacağınıza inanıram”. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|