Səhiyyə Nazirliyinin "ÇİN SƏDDİ"... - İTTİHAM
Tarix: 8-01-2019, 12:20 | Çap et
Uzun illərdir ki, “müalicəsi tapılmayan xəstəlikdən” əziyyət çəkən Azərbaycan səhiyyəsinin düşdüyü bərbad durumdan çox yazılar yazılıb, tənqidi fikirlər səsləndirilib. Çifayda, indiyə qədər milyardların sərf edildiyi bu sistemi metastaz kimi daxildən məhv edən problemlər olduğu kimi qalmaqdadır. Ölkə səhiyyəsinin yarıtmazlığından, bahalılığından içi nazir qarışıq (Almaniyada aldığı müalicəni nəzərə alsaq) baş götürüb qonşu ölkələrə gedən xəstələrin statistikası ildən-ilə artan xətlə davam edir. Bu illər ərzində nə edilsə də tibb personalının gözü xəstələrin cibindən, xəstələrin gözü qonşu ölkələrin xəstəxanalarından yığılmadı.
Artıq elə bir vəziyyət yaranıb ki, Səhiyyə Nazirliyi haqqında tənqidi fikirlər səsləndirmək də mənasız görünür. Bu yerdə adamın yadına “dəyirman bildiyini edir, çax-çax baş ağrıdır” məsəli düşür. Çünki, nə qədər yazsaq, tənqid etsək, tutarlı arqumentlər gətirsək belə indiyə qədər kimsənin tükü belə tərpənməyib.
Rubrika.az saytı bildirir ki, bütün bunların əsas səbəblərindən biri səsləndirilən fikirlərin ünvanına çatmasına sədd çəkən şəxslərdir. Onlar deyilən tənqidlərin, səsləndirilən arqumentlərin nazirə çatmaması üçün sərf etdikləri çabanın mində birini səhiyyənin inkişafı üçün etsəydilər, indi Azərbaycan səhiyyəsi tamam fərqli biçimdə olardı. Səhiyyə nazirinin müavini Nigar Əliyeva, nazirliyin aparat rəhbəri Zəkiyyə xanım, Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov hər vasitə ilə sanki ictimai fikirlə, media ilə nazir arasında "Çin səddi" rolunu oynayırlar. Dəfələrlə tərəfimizdən nazirliyin fəaliyyəti ilə bağlı tutarlı dəlillərlə yazılmış araşdırmalar, digər həmkarlarımızın bu mövzuda yazıları heç bir effekt verməyib. O cümlədən, tək 2018-ci ildə nazirin qəbulu ilə bağlı öz imzamla 20-yə qədər müraciət ünvanlasaq da "quyunun başında duran yeddi başlı əjdahadan" o tərəfə keçə bilməmişdi. Belə ki, bir daha cənab nazirin diqqətinə çatdırıram ki, on ilə yaxındır ki, verdiyi göstəriş hələ də icra olunmayıb. Təəssüf hissi ilə bildiririk ki,bəzi "işbazların" əməllərinin ucbatından nazir sözünün də kəsəri qalmayıb. Səbəbi isə dediyimiz kimi işini-gücünü atıb tənqidi fikirlərlə nazir arasında sədd çəkən mənsəb sahibləridir. Səhiyyə nazirliyi artıq illərdir ki, həkimlərin işə qəbulu prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlı məlumatlar yayır. Səhiyyə nazirliyinin rəsmi məlumatına inansaq, Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. İlk baxışdan olduqca demokratik, şəffaf bir mənzərə adamın gözləri önündə canlanır. Amma səhiyyəmizdə elə bir iş olarmı ki, onun amması olmasın... Rubrika.Az saytı bildirir ki, ucqarlarda bu proses müəyyən qədər müəyyənləşdirilmiş qaydalara uyğun aparılsa da Bakının nüfuzlu xəstəxanalarında mənzərə tamamilə başqa cürə olur. Belə ki, paytaxtın tibb ocaqlarına işə qəbul müəyyən maraqlar çərçivəsində baş tutur. Xəstəxanalarda boş yerlər vakant verilmir, Tibb Universitetinin məzunları isə rezidentura adı altında həmin yerlərə göndərilir (bu zaman qeyd etdiyimiz “xüsusi maraqlar” işə düşür). Yalnız nadir hallarda gözdən pərdə asmaq üçün vakant yerlər elan olunur ki, bu da ümumi sayda bəlkə də heç 1 faiz təşkil etmir. İşə qəbulla bağlı dəfələrlə tənqidi yazılar hazırlasaq, nazirliyə müraciət etsək də heç bir tutarlı cavab ala bilməmişik. Yalnız nazirliyin kadrlar şöbəsinin rəhbəri Kəmalə xanım acı etirafı ilə mövcud vəziyyətə aydınlıq gətirmişdi: “Bütün bunlar məndən yuxarı səviyyədə həll olunan məsələlərdir, biz yalnız sənədlərə qol çəkirik" və yaxud Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun telefon əlaqəsi ilə bildirdiyi kimi "Yazıçılar Poliklinikasına qanunsuz həkimlər götürülürsə bu barədə biz də heç nə edə bilmiriksə yalnız məhkəmə qərar verə bilər” deməsi səhiyyəmizin hansı durumda olmasından xəbər verir. Göründüyü kimi, nazirlikdəki mövcud vəziyyət orada hansısa şikayətə reaksiya veriləcəyinə, problemin həll ediləcəyinə ümid yeri qoymur. Heç inanmırıq ki, bu yazımız da “Çin səddini” aşıb lazımi instansiyaya çatsın. Biz Heydər Əliyev Fonduna, hörmətli Mehriban xanıma, Fondun icraçı direktoru Anar Ələkbərova müraciət edərək yaranmış acınacaqlı duruma təcili müdaxilə etmələrini xahiş edirik.Xüsusilə Anar müəllimin dövlətçiliyimizə sadiqliyini və eyni zamanda kimliyindən asılı olmayaraq Fonda olan müraciətlərə həssas yanaşmasını nəzərə alaraq ədalət prizmasından baxacağına inanırıq. Artıq kimsədə nazirlik səviyyəsində hansısa müsbət dəyişikliyin olacağına inam qalmayıb. Azərbaycan səhiyyəsinin bu günü və gələcəyi üçün böyük təhlükə olan mövcud vəziyyətə təcili müdaxilə olunmalı, günahkarlar cəzalandırılmalıdır. Bu “xəstəlik” sağalmazsa fəsadları daha təhlükəli ola bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|