Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

Zaqatalada vətəndaşın başına belə oyun açdılar... - GİLEY
Tarix: 13-12-2018, 09:27 | Çap et
Zaqatalada vətəndaşın başına belə oyun açdılar...
Zaqatala rayon, Əliabad qəsəbə sakini, 10.06.1953-cü il təvəllüdlü Muradova Muxsa Əhməd qızı redaksiyamıza müraciət edərək, üzləşdiyi dələduzluqla bağlı mövqeyini rəsmi qurumlara çatdırmağı xahiş edib. 65 yaşlı ağbirçək qadının başına gələnlər dələduzluq olayları ilə bağlı əsərlərin motivi ola bilər. Muxsa Muradovanın faciəsi isə uzun illər DİN-nin Zaqatala rayon polis şöbəsində polis əməkdaşı işləmiş həyat yoldaşının 2002-ci ildə vəfat etməsi ilə başlayır.

Hazırda beş azyaşlı uşağın bütün tələbatlarını ödəmək Muxsa Muradovanın üzərinə düşür. Dul qadının çətinliklərini artıran məqamlardan biri də övladının birinin ruhi xəstə olmasıdır. Ailədə işləyən şəxsin və ruhi xəstə olan övladının müalicəsinin ailənin büdcəsinə uyğun olmaması yaşlı qadını əmlaklarını satmaq məcburiyyətində qoyur. Buna görə də o, Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0.04 hektar (4 sot) torpaq sahəsini satmaq qərarına gəlir.

Bu məqsədlə 2008-ci ildə əvvəlcədən tanıdığı, torpaq alqı-satqısı ilə məşğul olan Nizami adlı şəxsin ofisinə gedərək, torpağın satılmasında ona yardımçı olmasını xahiş edir. Bu zaman Nizaminin ofisində Muxsa Muradovanın əvvələr tanımadığı bir şəxs də olub. Torpağın satışı ilə bağlı məlumatı Nizamiyə verdikdən sonra yaşlı qadın onun ofisini tərk edir. Bu zaman həmin tanımadığı şəxsin ardınca gəldiyini görür. Həmin şəxs Muxsa Muradovaya yaxınlaşaraq özünün də əslən Əliabad kəndindən olduğunu, torpaq alqı-satqısı ilə məşğul olduğunu və ona yardım edə biləcəyini deyir. Adının İsa olduğunu bildirən həmin şəxs torpaqla bağlı məlumatları qeyd etmək üçün qadını öz ofisinə dəvət edir. Bütün məlumatları qeyd edən İsa tezliklə yaxşı alıcı tapacağını vəd edərək əlaqə saxlamaq üçün telefon nömrəsini də qeyd edir. Həmin söhbət zamanı Abdullayev İsa Əli oğlu 4 sot torpağın 20 min dollara (16 min manat) satıla biləcəyini vurğulayır və vasitəçi kimi 2 min manat haqq alacağını bildirir. Bu razılaşmadan bir müddət sonra İsa zəng edərək müştəri tapdığını bildirir. Həmin müştəri isə Zaqatala rayon, Tala kənd sakini Mirvari Əli qızı Məmmədova olur. Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunun dövlət notariusu Gözəl Isgəndər qızı İsgəndərovanın iştirakı ilə tərtib edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsində satıcı olaraq Muradova Muxsa Əhməd qızının şəxsi məlumatları əks olunsa da, müqavilədəki imza Abdullayev soyadlı şəxsə məxsusdur. Bu məqama aydınlıq gətirən Muxsa Muradova bildirir ki, İsa Abdullayev onu alqı-satqı əməliyyatını aparmaq üçün vəkalətnamə verməyə razı salıb. Notariat kontorunda bağlanan müqaviləni də həmin vəkalətnaməyə görə İsa Abdullayev imzalayıb.

Muxsa Muradovanın sözlərinə görə, alıcı Mirvari Məmmədova ona bildirib ki, torpağın pulunun yarısını nəğd olaraq, yarısını isə bir neçə aydan sonra verəcək. Razılaşdıqdan sonra 10 min dollar (8 min manat) verir. Əli Abdullayev dərhal öz haqqını, 2 mini tələb edir, alır və bildirir ki, Mirvari Məmmədova alqı-satqı əməliyyatını rəsmiləşdirmək üçün gəldikdə, onu dəvət edəcəyini bildirir.

Yaşlı qadın çox gözləsə də, heç bir xəbər olmur. Bundan bir müddət sonra məlumat alır ki, torpaq alqı-satqısı ilə bağlı sənədləşdirmələr həyata keçirilib. Bundan sonra İsa Abdullayevin yanına gedərək pulunu tələb edir. İsa Abdullayev isə oğlunu Zaqatala Rayon Polis idarəsinə işə düzəltdiyini bildirir və buna görə pulu vermək imkanında olmadığını, ancaq yaxın zamanlarda verəcəyini söyləyir. Bir müddət sonra həmin 10 min dolların 2 min dollarını ödəyir. Bundan sonra isə aylar keçir, ancaq İsadan pulunu ala bilmir. Vəziyyətin belə olduğunu görəndən sonra Muxsa Muradova rayon polis şöbəsinə gedərək, həyat yoldaşının iş yoldaşlarından kömək istəyir. Polis işçilərinin müdaxiləsindn sonra İsa onlara bildirir ki, pulu yoxdur, ancaq borcunun əvəzində torpaq verə bilər.

13 may 2010-cu il tarixli Etibarnamə ilə Ələkbərov Fəxri Fərruxoğlu Muradova Muxsa Əhməd qızına Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0.76 hektar torpaq sahəsindən 0.03 hektar torpaq verdiyini bildirir. İsa Abdullayev Musxa Muradovaya Fəxri Ələkbərovu xalasıoğlu kimi təqdim edir. Bir müddət sonra Muxsa Muradova ona verildiyi iddia olunan ərazidə tikinti işlərinin getdiyini görür və yenidən İsa Abdullayevin yanına gəlir. İsa Abdullayev isə yenə də bəhanələr taparaq, ona pulunu qaytarmaqdan yayınır.

Bir müddət sonra isə məlum olur ki, İsa Abdullayev Zaqatala rayon məhkəməsində ona qarşı 8010 min manatlıq iddia qaldırıb. Sual oluna bilər ki, bu iddianın bir əsası varmı?

13 may 2010-cu ildə İsa Abdullayevin xalası oğlu Fəxri Ələkbərov Muxsa Muradovaya Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunun dövlət notariusu Gözəl Isgəndər qızı İsgəndərovanın iştirakı ilə Etibarnamə verərək 0.03 hektar torpağı üzərində səlahiyyət vermək hüququ verərkən, ondan bir sənəd alıblar ki, Muxsa Muradova onlardan 7 min dollar alıb. Yerdə qalan 3 min dolarının 2 min dollarını Muxsa Muradovanın torpağının satılmasından sonra İsa Abdullayevin götürdüyü 2 min dolları 03 noyabr 2009-cu ildə geri qaytarmış, üstündən təxminən 9 il keçdikdən sonra həmin pulu borc kimi tələb etmişdir. Zaqatala rayonunda zələzlə olanda İsa Abdullayev Muxsa Muradovanın yanına Rəşad adlı bir şəxsi gətirir və onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edir. Bildirir ki, 3 min dollar ver, sənin üçün ev tikilsin və bununla da əvə-əvəz olaq. İsa Abdullayevdən pulunu almaqda çətinlik çəkən qadın onun bu təklifi ilə razılaşır. Bir müddət sonra isə həmin Rəşad adlı şəxs min dolları qaytarır və bildirir ki, ev tikilməsi məsələsi düzəlmir. Üç min dolların 2 min dolları isə İsadadır. Muxsa Muradovanın təkidlərindən sonra İsa Abdullayev həmin 2 min dolları verəcəyini bildirir və bir neçə ay ərzində 200 manat, 150 manat olmaqla pul verir. Bu zaman isə ondan bu pulların əvəzində qəbz alır. İndi isə bütün sənədləri ortaya qoyaraq Muxsa Muradovadan 8010 manat pul tələb edib.

Zaqatala rayon məhkəməsi məsələyə mülki dava kimi yanaşaraq İsa Abdullayevin iddiasını təmin edib. Halbuki ortalıqda çox ciddi dələduzluq faktı mövcuddur. Ən azından bununla bağlı iddia var. Ona görə də 65 yaşlı qadının üzləşdiyi müdhiş dələduzluq olayı cinayət xarakterli əməl kimi aidiyyatı orqanlar tərəfindən araşdırılmalıdır. Əgər, bu olayda adı keçən Zaqatala rayon, Tala kənd sakini Mirvari Əli qızı Məmmdova, Zaqatala şəhər, Azərbaycan prospekti, ev 12-də yaşayan Ələkbərov Fəxri Fərrux oğlu, Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunun dövlət notariusu Gözəl Isgəndər qızı İsgəndərova və Zaqatala şəhər, Füzuli küçəsi,ev 4-də yaşayan Abdullayev İsa Əli oğlu araşdırmaya cəlb olunsa, Muxsa Əhməd qızının iddialarının həqiqət olub-olmadığı üzə çıxar. Həqiqəti üzə çıxarmaq günahkarın cəzasını, günahsızın haqqını vermək isə hüquq-mühafizə orqanlarının əsas vəzifəsidir.

Məsələ ilə bağlı əli hər yerdən üzülmüş, son ümid yeri bildiyi prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Respublikanın Baş prokuroru Zakir Qaralov və Daxili İşlər naziri cənab Ramil Usubova müraciət ünvanlayıb.

Muxsa Əhməd qızı inanır ki, onun bu müraciətləri öz nəticəsini verecək.
\\hurriyyet.org\\

Zaqatalada vətəndaşın başına belə oyun açdılar...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru