"Binə"ni sahibəsi İTTİHAM HƏDƏFİNDƏ - Sahibkar narazılıq edir
Tarix: 11-10-2017, 08:38 | Çap et
Son illər Azərbaycanda dələduzluq, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Vaxtaşırı mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Acınacaqlı haldır ki, insanları yalan vədlərə aldadıb, pullarını əllərindən alanların, dələduzluqla məşğul olanların əksəriyyəti vəzifəli şəxslər, iri biznes strukturlarının rəhbərləri və onların yaxınları, qohumlarıdır. Heç şübhəsiz bu cür halların kütləviləşməsinin başlıca səbəbi dələduzluqla məşğul olanların sərt şəkildə cəzalandırılmaması, hüquq-mühafizə orqanları ilə sövdələşmə nəticəsində bir çox hallarda onların cinayət məsuliyyətinə cəlb edilməməsidir.
Məhz bunun nəticəsidir ki, bu gün ölkədə müxtəlif nüfuzlu şəxslərin vədlərinə inanaraq pulları əllərindən alınan, dələduzların qurbanına çevrilmiş minlərlə insan haqqının bərpa edilməsi üçün hara müraciət etmək lazım olduğu sualına cavab axtarır. Bir çoxu da səslərini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başında duran şəxslərə çatdırmaq üçün mətbuata üz tutur.
Elə Bakı şəhəri, T.Abbasov küçəsi ev 2 ünvanıda yaşayan Əliyeb Şahin Əli oğlunu da belələrindən biri hesab etmək olar. “AzPolitika.info” saytına müraciət edən Şahin Əliyev iri biznes strukturlarından birinə rəhbərlik edən şəxsin yalan vədlərinin, bir növ dələduzluğun qurbanına çevrildiyini iddia edir. Daha dəqiqi, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova tərəfindən adadıldığını bildirir.
“Kəbirə Məmmədovanın dövlətə və dövlət qurumlarına meydan oxuyur”
Bu haqda danışmazdan öncə qeyd edək ki, bundan əvvəl də Kəbirə Məmmədovaya qarşı oxşar səpgili ittihamlar irəli sürülüb. Məsələn, bir müddət əvvəl “Report” xəbər yaymışdı ki, Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək, K.Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları pulunu ələ keçirdiyini bildirmişdi.
Ondan əvvəl isə iş adamı Ravil Həsənov “Binə” Ticarət Mərkəzinin rəhbərinə qarşı dələduzluq iddiası ilə çıxış etmişdi. Ravil Həsənov mətbuat vasitəsi ilə ölkə Prezidentinə də müraciət ünvanlamışdı. Şikayətçinin bildirdiyinə görə, hələ 2006-cı ildə “Binə” Ticarət Mərkəzi tikildiyi zaman o, Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat verib. Lakin aradan uzun illər keçməsinə baxmayaraq, Kəbirə Məmmədova iş adamının nə pulunu, nə də dükanını verir: «Mən 2006-cı ildə şahidlərin yanında Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat vermişəm. Aradan 9 il keçməsinə baxmayaraq, dükanlarımı ala bilmədim. Uzun mübahisələrdən sonra Kəbirə Məmmədova mənim pulumun yarısını – 70 min manatımı qaytarıb. İndi isə, Kəbirə Məmmədova mənim yerdə qalan pulumu, yəni 65 min manatımı qaytarmaqdan imtina edir. Deyir yer verim, gedin dükanı özünüz tikin. Halbuki, mən 135 min manatı “Binə” Ticarət Mərkəzinin mərkəzində dükan almaq üçün vermişdim. Buna görə də, pulumu geri istəyirəm. Amma Kəbirə Məmmədova mənə deyir ki, sənə veriləcək pulum yoxdur. Get dərdini kimə deyirsən, de. Hətta məni hədələməkdən belə çəkinmir. Sözün düzü, mən başa düşə bilmirəm, biz hüquqi dövlətdə yaşayırıq, ya başqa bir sistemdə. Mən deyəndə ki, cənab Prezidentə, hüquq-mühafizə orqanlarına şikayət edəcəm, deyir ki, get kimə deyirsən de. Bu artıq Kəbirə Məmmədovanın dövlətə və dövlət qurumlarına meydan oxumasıdır».
Ravil Həsənov onu da bildirib ki, Kəbirə Məmmədovanın bu şəkildə aldatdığı başqa sahibkarlar da var və onlar birlikdə Kəbirə Məmmədovadan məhkəməyə şikayət edəcəklər.
Kəbirə Məmmədova iş adamından 32 min dollar alsa da, dükanını təhvil verməyib Elə Şahin Əliyev də Kəbirə Məmmədovanın bu şəkildə aldatdığı sahibkarlardan biri olduğunu bildirir. Onun sözlərinə görə, 2007-ci ildə – hələ Lökbatanda “Binə” Ticarət Mərkəzinin tikintisi gedən zaman Kəbirə Məmmədova ilə görüşərək dükan almaq istədiyini bildirib. O zaman tikilməkdə olan Ticarət Mərkəzində ümuni sahəsi 40 kv.m. olan anbar üçün yer ayrılmasına dair onunla müqavilə imzalanıb. Dükanın hər kvadrat metri 600 manatdan satılıb. Bundan əlavə təmir, qapı üçün və digər xərclər də hesablanaraq, Şahin Əliyevdən 32 min dollar pul alınıb. Ancaq müqavilədə Şahin Əliyevə veriləcək dükanın Ticarət Mərkəzinin hansı hissəsində, daha dəqiqi, neçənci sırasında olduğu dəqiqləşdirilməyib.
“Binə” Ticarət Mərkəzi 2009–cu ildə istifadəyə verildikdən sonra dükanını təhvil almaq üçün gedən Şahin Əliyevə bildirilib ki, ona 21-ci sırada yer verilib.
Həmin sıra da hələlik hazır deyil. İlk illərdən 5-6 sırası fəaliyyət göstərən Binə Ticarət Mərkəzində uzun illər keçsə də, yeni sıraların tikintisi həyata keçirilməyib. Şahin Əliyevin narazılığından, bu gedişlə 21-ci sıranın hələ 100 ilə hazır olmayacağını deməsindən sonra, ona 11-ci sırada yer veriləcəyi bildirilib. Təbii ki, yenə də kağız üzərində. Məsələ ondadır ki, “Binə” Ticarət Mərkəzində indiyədək cəmi 9 sıra tikilərək istifdəyə verilib. Son illər alver zəiflədiyindən, son sıralarda ümumiyyətə dükanlar bağlı qaldığından yeni sıraların tikintisi də aparılmır. Bu da Şahin Əliyev və onun kimi neçə sahibkarın “Binə” Ticarət Mərkəzində nə vaxtsa yer ala biləcəyini sual atında qoyur.
“Əvvəlcə bizə satılmış olan dükanlar sonraan başqalarına da satılıb” Qeyd edək ki, Şahin Əliyev belə bir vəziyyyətin “Binə” Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən daha çox pul qazanmaq üçün qəsdən yaradıldığı qənaətindədir: “Kəbirə Məmmədova “Binə” Ticarət Mərkəzini mənim kimi iş adamlarından əvvəlcədən pul yığıraq tikdi. Ticarət Mərkəzi istifadəyə verildikdən sonra ordan dükan almaq istəyənlər artdı.
Kəbirə Məmmədova da əslində bizə verilməli olan dükanları həmin adamlara satmaq üçün hiylə işlətdi. Sıraları əvvəlcədən nəzərdə tutulduğu kimi 1,2 ,3 və sair şəkildə deyil, 1a, 1b, 1c, 1d, 2a, 2b, 2c və sair kimi işarələməyə başladı. Beləliklə, əvvəlcədən 1-ci, 2-ci, 3-cü və sair sıralarda yer alanlar müvafiq olaraq 1a, 2a, 3a və sair sıralara yerləşdirildi. 1b, 1c, 1d, 2b, 2c və sair sıralarda yerləşənlər isə əllələrində pul yeni dükan almaq üçün sonradan gələn şəxslərə satıldı. Yəni, sıralar əvvvəlcədən nəzərdə tutulduğu şəkildə nömrələnsəydi, bizim dükanlar çoxdan təhvil verilmişdi. Ancaq belə edilmədi. Bu isə o deməkdir ki, bizə verilməli olan dükanlar, sıraların işarəsi dəyişdirilməklə, başqalarına satılıb. Yəni, faktiki olaraq əvvəlcə bizə satılmış olan dükanlar sonraan başqalarına da satılıb. Bu isə dələduzluqdur”.
“Adam tap icarəyə verək, ayda sənə də 200-300 manat verərik” Şahin Əliyevin sözlərinə görə, müqavilənin şərtlərinə əməl etmədikləri üçün “Binə” Ticarət Mərkəzinin rəhbərliyindən pulunun geri qaytarılmasını tələb edib. Bununla bağlı Kəbirə Məmmədovanın müavini Dilşad Əmirova ilə görüşüb. O isə pulu qaytara bilməyəcəklərini söyləyib: “Dedi ki, boş dükanlar var. Adam tap icarəyə verək, ayda sənə də 200-300 manat verərik. Ya da istəyirsən get məhkəməyə ver.
Mən isə faktiki olaraq dələduzluqla üzləşdiyim üçün cinayət işinin qaldırılması tələbilə hüquq-mühafizə orqanlarına müraciət edəcəyimi bildirdim. O da “nə istəyirsə et” dedi”. Şahin Əliyev də qarşılaşdığı dələduzluq faktı ilə bağlı vəkili vasitəsilə Resbublika Prokurorluğuna müraciət edib. Resbublika Prokurorluğundan iş baxılmaq üçün Qaradağ Rayon Prokurorluğuna göndərilib. Ordan da pulun vaxtilə Binə qəsəbəsində verildiyi nəzərə alınaraq, cinayət işinin açılması üçün Xəzər rayon Polis İdarəsinə göndərilib.
Şahin Əliyevin sözlərinə görə, təxminən 3 ay əvvəl onu, eləcə də pul verdiyi vaxt yanında olan şəxsləri Xəzər rayon Polis İdarəsinə çağıraraq, izahatlarını alıblar: “Təxminən 1 ay ərzində dəfələrlə gedib-gəldik. Kəbirə Məmmədovanı izahat almaq üçün gətirə bilmədilər. Hər dəfə bir bəhanə ilə izahat verməyə gəlməkdən yayınırdı. Axırda da mənə bildirdilər ki, deyir gəlsin ayda 100-150 dollar verim. Mən də təbii ki, imtina etdim. Bildirdim ki, necə 32 000 dolları bir dəfəyə məndən alıb, elə də qaytarsın. Bundan sonra bir müddət xəbər çıxmadı. Ancaq bir neçə gün əvvəl hüquqi numayəndəmin ünvanına məktub göndəriblər ki, cinayət tərkibi olmadığı üçün işə xitam veriblər”.
İş adamı nazir Ramil Usubovdan kömək istəyir! Bu qərardan narazı qalan Şahin Əliyev də “AzPolitika.info” saytı vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət edərək, işi şəxsi nəzarətinə götürməyi xahiş edir: “Hörmətli nazirimiz Ramil Usubovdan bu işi nəzarətə götürməsini xahiş edirəm. Kəbirə Məmmədova qulluq mövreyindən istifadə edərək, məni aldadıb. 10 il əvvəl dükan vermək adı ilə məndən 32 000 dollar pul alsa da, bu günə qədər müqavilənin şərtinə əməl etməyib. Etmək də fikrində deyil. Bu dələduzluq, etibardan sui-istifadə etmək deyilmi? Bu halda niyə Kəbirə Məmmədova ilə bağlı cinayət işi açılmır? Mənim kimi neçə sahibkarın pulunu mənimsədiyi halda niyə hüquq-mühafizə orqanları onunla bağlı tədbir görməkdən yayınır? Ölkə Prezidentimiz də sahibkarlara qarşı haqsızlıqlara yol verməməyi, onları qorumağı tapşırıb. İş adamlarını incidənlərə qarşı ən sərt tədbirlər görüləcəyini bildirib. Ancaq Xəzər rayon Polis İdarəsi Kəbirə Məmmədovanın əməllərinə hüquqi qiymət vermək istəmir. Məgər Kəbirə Məmmədova toxunulmazdır? Mən inanıram ki, hörmətli nazir Ramil Usubov bu məsələni nəzarətə götürəcək və lazımı tədbirlər görüləcək”.
Qeyd edək ki, məsələ ilə bağlı Kəbirə Məmmədovanın mövqeyini öyrənməyə cəhd etsək də, cəhdimiz uğursuz oldu. Ancaq istənilən vaxt onun, eləcə də yazıda adları çəkilən digər şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.
Məsələni diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
|