"Azərişıq" ASC-də ötür-ötür oyunu - ŞİKAYƏT VAR
Tarix: 19-12-2016, 09:04 | Çap et
“Gündəm Xəbər”in elektron poçtuna və redaksiyasına ünvanlanan şikayət məktublarında, daha çox sadə sakinlərin üz-üzə qaldıqları problemlərin varlığından bəhs olunur. Belə ki, redaksiyamıza şikayət ərizəsi təqdim edən Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi, məh29/45 bina-68, mən-137 ünvanında yaşayan Səfərov Zafət İnşalla oğlu, yazmış olduğu ərizəsində “Azərişıq” ASC-də baş alıb gedən ötür-ötür oyunlarından, qol qoyulan qanunsuzluqlardan bəhs edir. Belə ki, o, yazmış olduğu ərizəsində vurğulayır ki, “bizim elektrik enerjisindən istifadəyə görə, bu ilin oktyabr ayı üçün 27 manat 39 qəpik borcumuzun olması haqda qəbz verilmişdi. Mən həmin qəbz əsasında yazılmış borcu tam ödədim. Noyabr ayı üçün isə, əraziyə nəzarət edən nəzarətçilər 10 manat 5 qəpik borcumuzun olması haqda qəbz versələr də, qəbzdə qalıq borcumuzun 22 manat 37 qəpik olması da qeyd olunmuşdu. 22 manat 37 qəpik borcun necə əmələ gəlməsi ilə bağlı, Xətai raynonu Elektrik Enerjisi və Satışı İdarəsinin müştəri xidmətində olsam da, məni rəis müavini Sahib müəllimin yanına göndərdilər. O isə, Fuad adlı şəxsin yanına göndərdi. İdarənin bir neçə səlahiyyətlisinin yanında olsam da və nə qədər təkid etsəm də, bir kimsə borcun necə əmələ gəlməsi haqda mənə hər hansı açıqlama vermədi. Yalnız məsləhət gördülər ki, “yaxşı olar ki, baş idarənin şikayət və etirazlar komissiyasına müraciət edəsən” deyə, mənə yol göstərdilər. Belə olan halda “Azərişıq” ASC-nin 199 qaynar xəttinə zəng etməyə məcbur oldum. Düzdür, zəng etdim, amma qarşı tərəf də mənə dolgun cavab vermədi. Dəstəyi götürən xanım yalnız onu bildirdi ki, “qiymətlərin qaldırılması ilə bağlı “Azərenerji”nin daxili qərarı var, yəqin ki, həmin borc ona görə yazılıb” dedi. Çox maraqlı və təəccüb doğuran cavab oldu. Axı, noyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə, qiymət artımı ilə bağl Tarif Şurasının hər hansı qərarı yoxdur desəm də, dəstəyi qaldıran xanım mənə cavab verməkdən imtina etdi. Həmin gündən sonra “Gündəm Xəbər”in 14-15 dekabr 2016-cı il tarixli sayının 3-cü səhifəsində dərc olunan “İşıq pulu niyə 11 qəpikdən hesablanır?” başlıqlı açıqlamanı oxuyub, baş idarənin mətbuat xidmətinin rəhbəri Tanırverdi Mustafayevlə görüşmək qərarına gəldim. Təəssüflər olsun ki, onunla görüşmək istəyim də baş tutmadı. Həmin gün mətbuat xidməti rəhbərinin nahar fasiləsindən gəldiyini və iş yerinə getdiyini görsəm də, ona katibəlik edən xanım isə, Tanırverdi Mustafayevin işdə olmadığını bildirdi. Hətta, onu da vurğuladı ki, “mən sizi qəbul edib, probleminizlə maraqlana bilərəm” desə də, mən onun təklifindən imtina etdim. O halda bildim ki, “Azərişıq” ASC-də nələr baş verir, vəzifə sahibləri müştərilərdən özlərini necə gizlədirlər. Amma, ekran qarşısında, keçirilən tədbirlərdə şəffaflıqdan, haqq-ədalətdən ağızdolusu danışırlar. Baxmayaraq ki, qurum səlahiyyətlisi verdiyi müsahibələrində bildirir ki, “hansı abonentin problemi varsa mənə, yaxud da yerli şöbələrə də müraciət edə bilər” desə də, onun danışdıqları ilə atdığı addımlar tamam fərqlidir. Hələ bu azmış kimi baş idarənin giriş hissəsində dayanan mühafizəçilərin, problemini həll etməyə çalışan abonentləri necə sorğu-suala tutmaları da, tamam fərqli ab-havanın varlığından xəbər verir. Onu da vurğulayım ki, mən üç ildir ki, yeni tikili binada yaşayıram və yaşadığım müddət ərzində, elektrik sayğacımın hara yerləşdirilməsini dəqiqləşdirə bilmirəm. Bu da adı çəkilən qurumda çalışanların oyun qaydalarıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
|