"And olsun müqəddəs Qurana ki, yazdıqlarımız hamısı həqiqətdir" - Nazir Ucara dəvət olundu
Tarix: 8-03-2016, 10:27 | Çap et
Redaksiyamızın elektron ünvanına daxil olmuş şikayət ərizəsində Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmışdır. On nəfər vətəndaş tərəfindən imzalanmış bu ərizədə Ucar ƏSMM-nin direktoru vəzifəsini müvəqqəti icra edən Oruc Piriyev və mərkəzin əməkdaşı Hicran Məmmədovaya qarşı ciddi iradlar irəli sürülür. Ərizədə deyilir: “Biz, Ucar rayon sakinlərinin yoxsulluq həddindən də aşağı səviyyədə yaşamalarına səbəb olan Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Oruc Piriyevlə, mərkəzin əməkdaşı Hicran Məmmədovanın korrupsiya fəaliyyətini bizim iştirakımızla, hərtərəfli və obyektiv araşdırılmasını xahiş edirik. Bu korrupsionerlər bizim kimi yoxsulların haqqını yeyib, kapital toplamaqla məşğuldular ki, nəticədə də bizim ailələrimiz səfalət içərisində yaşamağa məhkum olurlar. Bu şikayətə imza edənlərin hamısı bir neçə ay öncə sosial yardım almaq üçün Ucar rayon ƏSMM-nə qanunu qaydada sənədlər təqdim etmişdik. Bizim qarşımızda Oruc Piriyevlə, Hicran Məmmədova şərt qoydular ki, ya əvvəlcə 800 manat verməlisiniz, ya da 6 ay sosial yardım kartı bizdə qalacaq. Biz buna razı olmadıq deyə, gələn ay sənədləriniz göndəriləcək – deyərək, bizi aldadıb, dünən (02.03.2016) isə, bizi çağırıb sənədlərimizi özümüzə qaytardılar ki, artıq kompyuter sistemi ilə sənəd qəbulu başlayıb. Guya buna görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədləri qəbul etmədi. Əslində isə, yuxarıda göstərdiyimiz kimi, bu korrupsiyaya qurşanmış Oruc-Hicran cütlüyünün şərtləri ilə razılaşmadıq deyə, bizim sənədləri uzun müddət saxlayıb, sonda özümüzə qaytardılar. Bu açıq-aşkar cinayət faktıdır ki, yoxlanılmasına zərurət var. Şəxsən çox sayda adamlar tanıyırıq ki, onlara qanunla ünvanlı sosial yardım düşməsə də, Oruc-Hicran cütlüyü rüşvət alıb, onlara yuxarı məbləğdə yardım təyin etdiriblər. Əgər bizim iştirakımızla Ucar rayonunda bu istiqamətdə araşdırma aparılarsa, həmin siyahını təqdim edəcəyik. Həmin saxta “yoxsulların” bahalı avtomobilləri, mal-qoyun sürüləri, torpaq sahələri və bir çox imkanları var ki, buna rayon sakinləri təəcüblənirlər. Bu cinayəti törədən Oruc-Hicran cütlüyü əməlli-başlı kapitalistə çevriliblər. Oruc Piriyev Ucarın Qulabənd kəndində yaşayır. Ancaq indi, rayonun mərkəzindən 50.000 manata ev almaq istəyir ki, buna görə bir-neçə evə baxsa da, xoşuna gələni olmamışdır. Bu adamda hətta əqli çatışmazlıq var deyə, anormal hərəkətlər də edir. Sizə təqdim etdiyimiz şəkildə o, Heydər Əliyev Mərkəzindəki iclas zalında tribunanın üstündə oturub, şəkil çəkdirib və bu şəkili utanmadan sosial səhifəsində paylaşmıışdır. Hansı ki, tirbuna hörmətlə yanaşılası bir yerdir. Gününü sərxoşluqla keçirən Oruc Piriyevə orta məktəb vaxtı sinifdə uşaqlar “dəli Oruc” deyiblər. O, yaşadığı Qulabənd və qonşu Alpı kəndində saxta arayışlarla çox sayda adamlara qanunsuz olaraq ünvanlı sosial yardım təyin etmişdir ki, siyahını yoxlamaya təqdim edəcəyik. Həmin arayışı kənd soveti sədri (icra nümayəndəsi – red. ) ilə əlbir olub alıblar ki, ailə tərkibini düzgün qeyd etməyiblər və komissiya zamanı göz yumublar. Belə oxşar saxtakarlıqlara Hicran Məmmədovanın da nəzarət etdiyi sahələrdəçoz yol verilib. Hicran Məmmədova çirkin yolla əldə etdiyi belə qazanc hesabına bahalı avtomobillərə, möhtəşəm villalara sahib olmuşdur. Bizi isə, qanuni, halal haqqımızdan məhrum edib, ailəmizi, azyaşlı körpə uşaqlarımızı aclığa məhkum ediblər. Xahiş edirik, ünvanlı sosial yardım alanların siyahısı olan internet səhifəsində Ucar rayon siyahısına baxın. Orada himayəsində iki azyaşlı uşağı olan Qarabörk kənd sakini Musayev Mirsafa Niyazı oğluna 10 manat 89 qəpik sosial yardım təyin edilmişdir. Hicran Məmədova ona 170 manat sosial yardım təyin edilməsi üçün 6 ayın pulunu istəmişdi, razı olmadığı üçün ona belə bir məbləğ yazılmışdır. Ancaq Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin işçisi Gülxarə xanımın bacısı oğlu İbrahimov Əfqan Xudayar oğluna 299 manat yardım təyin edilmişdir. Hansı ki, Əfqan İbrahimovun 18 yaşdan yuxarı iki övladı və böyük bir torpaq sahəsi var ki, onu qeydə aldırmayıblar. Ucar rayonu Rəstəcə kənd sakini Həsənova Əfsanə Fizuli qızının sənədləri 1 ildir Ucar rayon Sosial Müdafiə Mərkəzində olsa da, hələ də gözləyir. Sadəcə olaraq Oruc-Hicran cütlüyünə istədikləri rüşvəti verməyə imkanı yoxdur. Hüseynov Teymur Qnyaz oğlunun da 8 aydır sənədləri orada yatır. O, maddi imkansızlığa görə xəstə uşağını müalicə etdirə bilmədiyi üçün, azyaşlı uşaq dünyasını dəyişdi. Yenə də rüşvət verə bilmədiyi üçün Qazyan kənd sakini Sadıqova Gözəl Tərlan qızı 1 ildir sənədlərini versə də hələ gözləyir. Yoxsul Ucar sakinlərinə qənim kəsilimiş Oruc Piriyev və Hicran Hüseynova sosial yardım təyin edilməsi üçün çəkinmədən rüşvət istəyirlər və bu qanunsuzluqlarına belə don geyindirirlər ki, “qoyulan haqqı nazirliyə verməsək yardım təyin edilmir”.
Biz, yoxsulluq həddindən də aşağı həddə yaşayan Ucar rayon sakinləri, Prezident cənab İlham Əliyevdən bu korrupsioner cinayətkar cütlük barədə tədbir görməsini xahiş edirik. Cənab Prezident, bu cinayətkarların fəaliyyəti yoxlanılıb, məsuliyyətə cəlb edilməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümov, mümkün olarsa, şəxsən özü gəlib bu qeyd etdiyimiz faktları bizim iştirakımızla yerində yoxlasın və bütün obyektiv həqiqətləri gözü ilə görsün. İnanırıq ki, korrupsiyaya qurşanmış Oruc-Hicran cütlüyünün bu qanunsuz əməllərindən nazir cənab Səlim Müslümovun məlumatı yoxdur. Bu cinayətkar cütlük öz maraqlarına görə naziri də, hətta Prezidenti də aldadarlar. Cənab nazir, biz, bu müraciətə imza edən, yoxsulluq həddində yaşayan Ucar rayon sakinləri yolunuzu gözləyirik. Xahiş edirik, müraciətimizi nəzərə alasınız. And olsun o bir olan Allaha, müqəddəs Qurana ki, şikayətimizdə yazdıqlarımız hamısı həqiqətdir.
Biz Sizə inanırıq, Sizdən kömək gözləyirik.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|