Əsas Səhifə > Üst manşet, Güney Press > AZNEFT üçün insan həyatı BİR HEÇDİR...
AZNEFT üçün insan həyatı BİR HEÇDİR...21-11-2024, 08:29 |
" "Azneft" İstehsalat Birliyinin dəniz obyeklərində calışan işciləri növbə dəyişməsini gəmi və helokoptelərlə həyata keçirir. Apardığımız müşahidələr və işçilərdən daxil olan şikayətlər sübut edir ki, helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və diğər hissələrində problemlər yaranır..." "DİA-AZ" xəbər verir ki, bu barədə növbəti dəfə neft çalışanlarının iş şəraitinin acınacaqlı olması ilə bağlı həyəcan təbili çalan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı açıqlamasında qeyd edib. M.Qəhrəmanlı daha sonra qaldırdığı problemi detallı izah edib: "Uçuşlar bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. 28 MAY NQCİ-sin DDÖ-ləri helokopter vasitəsi ilə Neft Daşları NQCİ si SDÖ-lərini kiçik gəmi vasitələri ilə 1887 və 2585 saylı SDÖ-ləri isə helokopter vasitəsi ilə Abşeron NQCİ və Nəriman Nərimanov adına NQCİ SDÖ-lərini kiçik gəmi vasitələri ilə həyata keçirir. Qasırğalı havada köhnə gəmilər platformalardakı gəmi yanalma meydançalarına yanaşa bilmirlər. Qeyd olunan problemlər isə işçilərin təhlükəsiz nəqliyyatla təmin olunması üçün problem yaradır və onların həyatı üçün təhlükəlidir. Nəzərə almaq lazımdır ki, DDÖ- və SDÖ-də gəmi yan alma meydançaları su səthindən 3m hündürlükdədir . .Bundan əlavə qeyd olunan gəmi yanalma meydançalarıı gəmiləri yan alıb dayanması üçündür sərnişinlər üçün nəzərdə tutulmayıb 2. Problemin həlli üçün 1.FROG-9 Addendum qurğusunun alınması üçün vəsait xərclənsə də ,tədbiqi effekt vermədi .Belə ki: 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini çalışan Daşqın İskəndərov Baş mühəndis vəzifəsinə təyin olunduqda Azneft İB Dəniz obyeklərində calışan işcilərin növbə dəyişərkən böyük cətinliklərlə qarşılaşdıqını ölüm və xəsarət hadisələrinin baş verə biləcəyini əsas gətirərək SOCAR rəhbərliyi qarşısında Azneft İB Dəniz obyeklərində calışan işcilərin növbə dəyişməsini Gəmi ilə həyata kecirilməsi ücün FROG-9 Addendum qurğusunu tətbiq etməyi məsləhət görmüşdü. 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin olunduqdan sonra FROG-9 Addendum qurğusunu Azneft İB Dəniz obyeklərində quraşdırmışdır təssüflər olsunki bu günkü günə qədər istifadə olunmamış və effekt verməmişdir . 2.1.Ampelman qurğusu 2022-ci ildə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunduqdan sonra Azneft İB Dəniz obyeklərində calışan işcilər növbə dəyişərkən böyük cətinliklərlə qarşılaşdıqını, ölüm və xəsarət hadisələrinin ola biləcəyinin qarşısını alınması ücün müavinləri vitse-prezidentiləri Hüseynov Babək və Musayev Fuad və SOCAR-ın nümayəndə heyəti bir necə dəfə BP-nin Dəniz Neft platformasına səfər etmiş və Platforma şəraitində təhlükəsiz növbə dəyişmə prosesi ilə tanış olmuşdur. Bundan sonra SOCAR rəhbərliyi Azneft İB nin nəzdində olan DDÖ-lər və SDÖ-lərdə olmuş və təhlilər apararaq belə qərara gəlinmişdir ki 2011-ci ildə alınmış və quraşdırılmış FROG-9 Addendum qurğusu standarta və təhlukəsizlik baxımından cavab vermədiyi ücün Ampelman qurğusu Azneft İB nin nəzdində olan DDÖ-lər və SDÖ-lərdə tədbiq edilsin. FROG-9 Addendum qurğusunun istifadəsinin qadağan edilməsinə səbəb kimi 28 MAY NQCİ-sin DDÖ-lərdəki qaldırıcı kranların 80% nin sovet istehsalı olması , digər NQCİ-də isə FROG-9 Addendum qurğusu ücün qaldırıcı mexanizimin olmaması qeyd olunmuşdur. Xüsusi hidravlik keçid trapı (ampelmann) ilə təchiz edilmiş sərnişin gəmiləri, əsasən dəniz neft-qaz obyektlərində heyətin təhlükəsiz və səmərəli transferi məqsədi ilə istifadə olunur. Ampelmann qurğusu ilə təchiz edilmiş gəmilərin neft platformaları üçün bir sıra üstünlükləri var: 3.Təhlükəsizlik və Etibarlılıq Hərəkətə görə tənzimlənən bu keçidlər, hətta sərt dəniz şəraitində belə heyətin və yüklərin gəmilərdən dəniz platformalarına təhlükəsiz və etibarlı daşınmasını təmin edir. 4.Səmərəlilik Bu sistemlər əlverişsiz hava şəraitinin səbəb olduğu fasilələri azaldaraq davamlı əməliyyatlara imkan verir. Bu, məhsuldarlığın artmasına və vaxtın daha səmərəli idarə edilməsinə səbəb olur. 5.Effektivlik Ampelmann sistemlərindən istifadə helikopter kimi alternativlərdən daha qənaətcil ola bilər. 6..Sual və müəmma??? Artıq 1 ilə yaxındırki Azneft İB Dəniz obyeklərində calışan işcilərin rahat təhlükəsiz növbə dəyişməsi ücün quraşdırılmış Ampelman qurğusundan istifadə olunmur.Bu qurğular quraşdırılanda nəzərdə tutulmuşdu ki Azneft İB Dəniz obyeklərində xususəndə 28 MAY NQCİ-si növbəni Müslüm Maqamayev və Rəşid Behbidov adına sərnişin gəmi vasitəsi ilə dəyişəcəkdir. Daxil olan məlumatlarda isə SOCAR rəhbərliyi və Azneft İB-nin rəhbərliyi Müslüm Maqamayev və Rəşid Behbidov adına sərnişin gəmi vasitəsi ilə növbənin dəyişməni baha başa gəlməsi əsas gətirir Gətirilən səbəb isə sual doğurur: Hansı daha bahalıdır , insan həyatı, yoxsa qeyd olunan gəmilərə çəkiləcək xərc?.." Geri qayıt |