Əsas Səhifə > Üst manşet, Güney Press > Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq?

Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq?


Bu gün, 08:17
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq?
"“Bəxtiyar” filmində məşhur bir epizod var. Neft mədənlərinin mədəniyyət klubuna yoxlama gəlir. Klubun direktoru onların qarşısında öz “məharətini nümayiş etdirmək” üçün bir kontrabas ustası tutur. Çalğıçı işini icra edəndən sonra ona boyun olunan pulu ala bilməyəndə qışqırmağa başlayır: “Pulumu verin”..." "DİA-AZ" xəbər verir ki, bu replika ilə özünün "Facebook" səhifəsində tanınmış araşdırmaçı-jurnalist Heydər Oğuz çıxış edib.

Jurnalist daha sonra fikrinə belə aydınlıq gətirib: "Bu gün Naxçıvan MR Nazirlər Kabineti də bu vəziyyətdədir. Ötən illərdə hansısa şirnikləşdirici yollarla tender qazananlar Bakının apardığı yoxlamalar nəticəsində tenderləri ləğv olununca Baş nazir Ceyhun Cəlilova eyni ismarışı göndərirlər: “Pulumu verin”...

Sonuncu belə sifarişi bir müddət əvvəl Ceyhun Cəlilovla iş görən və nəticədə vergi cinayətlərinə görə göz altına alınan iş adamlarından biri göndərib. Özü də içəridən. İddialara görə, iş adamı Baş nazirdən ona verdiyi 200 min manatın geri qaytarılmasını tələb edir..."

Geri qayıt