Əsas Səhifə > Üst manşet, Güney Press > Bərdədə QOÇULUQ EDƏN KİMDİR?

Bərdədə QOÇULUQ EDƏN KİMDİR?


Bu gün, 09:08
Bərdədə QOÇULUQ EDƏN KİMDİR?
Bərdə rayon sakini Fehruz Babazadə bildirir ki, Bərdədə özbaşnalıq hökm sürür. "DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, Bərdə bazarı Taryel Ağayev adlı bir nəfərin monapoliyasındadır...

Bazara gedib heyvanlarını sata bildin ya yox... fərqi yoxdur pul tələb edirlər. Babazadənin iddiasına görə, belə hadisə onun da başına gəlib.

Belə ki, onun sözlərinə görə, 4 baş heyvanını satmaq məqsədi ilə bazara aparıb, heyvanlar satılmasa da ondan 24 manat pul tələb ediblər. Şikayətçi deyir ödədiyi pulun qəbzini istəyəndə isə Taryel Ağayevin adamları onu döyüb, təhqir edib və ölümlə hədələyib.

Babazadə deyir ki, Bərdədə şikayətini bildirən hər kəs Taryel Ağayevin adamları tərəfindən döyülür.

Vətəndaş aidiyyatı qrumlara müraciət edərək Taryel Ağayevin özbaşnalığı barədə ölçü götürmələrini xahiş edir.

Geri qayıt