Əsas Səhifə > Üst manşet, Güney Press > Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ...
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ...Bu gün, 09:09 |
" "AzParking MMC xidməti və onun beyinsiz sistemi məni bu gün cərimə edib". "DİA-AZ" xəbər verir ki, dünən bu paylaşımla tanınmış jurnalist Məhəmməd Türkmən çıxış edib. O daha sonra bildirib: "Ayın 13-ü maşını saxlamışam binamızın qabağında olan parkinqdə. Xarab olduğu üçün sürmədim və parkinqi açdım. 24 saat sonra parkinqi avtomatik söndürüblər. Bu səhər gördüm dayanıb, təkrar açdım. Amma tezdən gəlib maşını çəkiblər, cərimə ediblər. Aktiv sessiya zamanı 24 saat sonra yenilənməlidir bildirişi var? Yoxdur. Dayandırmaq və dayandırmamaq seçimi var? Yoxdur. Onda niyə 24 saat olan kimi sönür və siz də tez gəlib cərimə edirsiniz? Tutaq ki, mən parkinqi aktiv edib səfərə getmişəm. Siz 24 saat sonra məni hər gün 20 manat cərimə edəcəksiniz? Başınız var sizin? Çiyin üzərində nə gəzdirirsiniz?" "DİA-AZ" qeyd edir ki, sosial şəbəkədə bu məsələyə fərqli münasibət olsa da, istifadəçilərdən Tural Əsgərov İnzibati Xətalar Məcəlləsindən sitat gətirərək, əslində günahın bu şəkildə qanuniləşdirilməsinə olduğuna işarə edib. O qeyd edib: "Qanuna etiraz varsa, onu yalnız milli məclis müzakirə edib, səsə qoyub düzəliş edə bilər. Hazırkı qanunla cərimə tamamilə qanunidir. Hətta qanuna əsasən duracağa aparılmalı idi..." Geri qayıt |