Əsas Səhifə > Cəmiyyət > ƏRƏB ƏSİLLİ BİZNESMEN BAKIDA 150 MİN DOLLAR ZİYANA UĞRADI

ƏRƏB ƏSİLLİ BİZNESMEN BAKIDA 150 MİN DOLLAR ZİYANA UĞRADI


2-11-2011, 12:15
ƏRƏB ƏSİLLİ BİZNESMEN BAKIDA 150 MİN DOLLAR ZİYANA UĞRADI

FADİ ASLİ AZƏRBAYCANDAN İMTİNA ETDİ

Məşhur biznesmen, Gürcüstan Beynəlxalq Ticarət Palatasının (İCC) sədri Fadi Asli Azərbaycan bazarına bir daha qayıtmaq niyyətində olmadığını deyib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Fadi Asli Azərbaycanla bütün danışıqların dayandırıldığını deyib. O bildirib ki, artıq Azərbaycanda bizneslə məşğul olmaq niyyəti yoxdur. Fadi Aslinin sözlərinə görə, o, hazırkı mərhələdə bütün diqqətini Türkiyə və İraq bazarlarına cəmləyib.

Qeyd edək ki, biznesmen Gürcüstandan Azərbaycana banan və toyuq məhsulları ixrac edirdi. Aslinin sözlərinə görə, Azərbaycanda gürcü kompaniyası ilə problemlər yarandı, halbuki azərbaycanlı biznesmenlər üçün gürcü bazarlarına çıxmaq üçün belə bir problemlər yaranmırdı. Azərbaycan bazarının bağlanması səbəbindən ərəb əsilli biznesmen 150 min dollar zərərə uğradığını bildirib.


Geri qayıt