Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏT GÜLƏR ƏHMƏDOVANIN QƏLƏMİNİ QIRIR?

HAKİMİYYƏT GÜLƏR ƏHMƏDOVANIN QƏLƏMİNİ QIRIR?


26-09-2012, 12:38
HAKİMİYYƏT GÜLƏR ƏHMƏDOVANIN QƏLƏMİNİ QIRIR?

İQTİDAR DÜŞƏRGƏSİNDƏ QƏRARSIZLIQDIR

DİA.AZ: - Məlum olduğu kimi, deputat Gülər Əhmədova ilə lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin arasında cərəyan edən rüşvət bazarlığının əks olunduğu videogörüntülərin yayılması az qala bütün ölkə gündəmini dəyişib. Bu gün bütün xəbər portalları və mətbuat orqanlarının əsas müzakirə mövzusu olan sözügedən məsələyə elə iqtidar içində də münasibətlər birmənalı deyil.

İlk baxışdan görünəni odur ki, hələlik qəti qərar verilməyib. Və elə buna görə də jurnalistlərin suallarının cavabında YAP-çı deputatlar «xəbərim yoxdur» kimi bəhanələr gətirərək susmaqdan başqa çıxış yolu görmürlər. Hətta özgə vaxtı bütün sahələr üzərə dil-dil ötən YAP-çı deputat Aydın Mirzəzadə belə «bu barədə danışa bilmərəm» deyərək yaxasını kənara çəkib. Ən sərt reaksiyanı isə digər YAP-çı deputat Siyavuş Novruzov bildirib: «Öz problemləridir, özləri də həll etsinlər»…

Bəli, bu artıq iqtidar daxilində bəlli bir atmosferdən xəbər verməkdədir. Bununla bağlı DİA.AZ-a açıqlama verən iqtidar içindəki mənbə iddia edir ki, artıq Gülər Əhmədovanın qələmi «yuxarılar» tərəfindən qırılıb: «O, çox çətin vəziyyətdədir. Ona bu məsələni zamanında yatırt demişdilər, amma görünür ki, bacarmadı. Ortada pul məsələsi olduğundan xanım deputatın durumunun daha da ağırlaşa biləcəyi istisna olunmur. Çünki əks halda Elşad Abdullayevin ittihamlarına Ramiz Mehdiyev cavab verməli olacaq. Çünki ABU rektoru iddia edir ki, Gülər Əhmədova ondan 2 milyon dolları məhz Prezident Administrasiyasının rəhbərinə çatdırmaq adı altında alıb».

Onu da bildirək ki, bu videogörüntülər yayılmazdan öncə respublika prokurorluğunun olayla bağlı açıqlama yayılacağı deyilsə də, heç bir yenilik olmadı. İndii isə Elşad Abdullayev danışır və ittiham edir…

Geri qayıt