Əsas Səhifə > Partiya > SİYAVUŞ NOVRUZOV YAXASINI KƏNARA ÇƏKDİ

SİYAVUŞ NOVRUZOV YAXASINI KƏNARA ÇƏKDİ


26-09-2012, 12:20
SİYAVUŞ NOVRUZOV YAXASINI KƏNARA ÇƏKDİ

“ÖZ PROBLEMLƏRİDİR”

«Gülər Əhmədova ilə bağlı yayılan video haqqında heç nə deyə bilmərəm. Öz problemləridir, özləri də aydınlaşdırsınlar».

«Simsar.az» xəbər verir ki, bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Gülər Əhmədova ilə Elşad Abdullayevin videosuna münasibət bildirərkən deyib. S.Novruzov əlavə edib ki, baş verənlərə iki vətəndaş arasında baş verən münasibətlər kimi yanaşır: «Gülər Əhmədova və Elşad Abdullayev dövlət başçısı və ya yüksək vəzifəli şəxslər deyillər ki, mən onların hərəkətlərinə münasibət bildirim. Özləri bilərlər, gedib problemlərini özləri araşdırsınlar».

YAP siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Simsar.az-a açıqlamasında videoya baxmadığı üçün heç bir münasibət bildiriə bilməyəcəyini deyib.

YAP icra katibinin digər müavini Mübariz Qurbanlı isə sualımızı eşidən kimi telefonu qapatdı.

Geri qayıt