Əsas Səhifə > Partiya > YAP-ÇI DEPUTATLAR GÜLƏR ƏHMƏDOVA BARƏDƏ NƏ DÜŞÜNÜR?

YAP-ÇI DEPUTATLAR GÜLƏR ƏHMƏDOVA BARƏDƏ NƏ DÜŞÜNÜR?


26-09-2012, 12:17
YAP-ÇI DEPUTATLAR GÜLƏR ƏHMƏDOVA BARƏDƏ NƏ DÜŞÜNÜR?

KİMSƏNİN XƏBƏRİ YOX İMİŞ

Azərbaycan Beynəlxalq Unuversitetinin keçmiş rektoru Elşad Abdullayevin Milli Məclisin üzvü Gülər Əhmədova ilə bağlı yaydığı gizli videoçəkiliş ölkə gündəminə öz damğasını vurdu. Sabiq rektor bir müddət öncə deputat haqda qaldırdığı 2 milyon dollarlıq rüşvət iddiasını sübut etmək üçün G.Əhmədova ilə görüşündən xəlvəti lentə aldığı kadrları ilə siyasi müstəvidə çaxnaşma yaradıb.
Deputat isə iddia edir ki, sözügedən video mantajdır.

Modern.az-ın əməkdaşı Gülər Əhmədovanın da üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı funksionerlərinin məsələ ilə bağlı münasibət öyrənmək istəyib.

YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov deputat həmkarı haqda yayılan videomaterialdan xəbərsiz olduğunu vurğulayıb.

“Mən dünən axşam Belarusdan səfərdən gəlmişəm. Belə bir videodan xəbərim yoxdur. Sözün açığı belə məlumatdan xəbərsizəm. Bu baxımdan məlumatım olmayan məsələ haqda danışmaq məncə, düzgün olmazdı”, - deyə E.İbrahimov bildirib.

Hakim partiyanın daha bir aparıcı siması, deputat Mübariz Qurbanlı da Gülər Əhmədova ilə bağlı gizli kadrdan xəbərsiz olduğunu bəyan edib.

Qeyd edək ki, hazırda Fransada mühacirətdə olan keçmiş rektor E.Abdullayev dünən axşam saatlarında deputat Gülər Əhmədova haqda qaldırdığı rüşvət iddiasına dair gizli videoçəkiliş yayımlayıb.

Geri qayıt