Əsas Səhifə > Hadisə > ŞƏMKİRDƏ DƏHŞƏTLİ QƏTL

ŞƏMKİRDƏ DƏHŞƏTLİ QƏTL


26-09-2012, 10:25
ŞƏMKİRDƏ DƏHŞƏTLİ QƏTL

ƏR ARVADINI MAŞINLA ƏZƏRƏK ÖLDÜRDÜ

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Şiştəpə kənd sakini, 1978-ci il təvəllüdlü Niyaməddin Məmmədov həyat yoldaşı 1983-cü il təvəllüdlü Bəsti Məmmədovanı "Mazda" markalı avtomobili ilə kimsəsiz əraziyə aparıb. Orada həyat yoldaşını döyən N. Məmmədov sonra onun üstündən bir neçə dəfə avtomobillə keçərək onu qətlə yetirib. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. N. Məmmədov saxlanaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırma davam edir.

Geri qayıt