Əsas Səhifə > Cəmiyyət > KOBİA ŞTRASSERDƏN DANIŞDI

KOBİA ŞTRASSERDƏN DANIŞDI


2-11-2011, 11:56
KOBİA ŞTRASSERDƏN DANIŞDI

“ÜMİD EDİRƏM Kİ, O, TEZLİKLƏ AZƏRBAYCANA GƏLƏCƏK”

“Ümid edirəm ki, Kristof Ştrosser tezliklə Azərbaycana gələcək və Azərbaycanla Avropa Şurası arasında mövcud işin normal hissəsi sayılan məsələləri müzakirə edə biləcək”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib.

Onun sözlərinə görə, bu məsələ Avropa Şurası çərçivəsində müzakirə olunmalıdır: “Belə başa düşürəm ki, bu məsələ ilə bağlı müəyyən irəliləyişlər var. Əlbəttə ki, bu məsələ ikitərəfli səviyyədə həll olunmalıdır. Ümid edirəm ki, Kristof Ştrosser tezliklə Azərbaycana gələcək və Azərbaycanla Avropa Şurası arasında mövcud işin normal hissəsi sayılan məsələləri müzakirə edə biləcək”.

Xatırladaq ki, ATƏT-in siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrosser noyabrın 4-də Azərbaycana səfər etməyi planlaşdırırdı. Lakin viza ala bilməməsi səbəbilə onun səfəri təxirə salınıb.


Geri qayıt