Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEV İTTİHAM HƏDƏFİ OLDU

ELŞAD ABDULLAYEV İTTİHAM HƏDƏFİ OLDU


26-09-2012, 10:08
ELŞAD ABDULLAYEV İTTİHAM HƏDƏFİ OLDU

GİZLİ VİDEO ÇƏKİLİŞ YAYAN REKTORA QARŞI CİNAYƏT İŞİ AÇILIR

DİA.AZ: - Dünən bütün ölkədə böyük rezonansa nədən olan bir addımı ilə - deputat Gülər Əhmədova ilə gizli bazarlığının əks olunduğu videogörüntüləri yayması ilə diqqətə gələn lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev özü özünü cəncələ salıb. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələr xəbər verib.

Əldə etdiyimiz bilgilərə görə, ABU-nun sabiq rektoruna qarşı cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işinin qaldırılması yönündə və həmçinin onun beynəlxalq axtarışa verilməsi istiqamətində hərəkətə keçilib: «Elşad Abdullayevə qarşı bir neçə maddə ilə ittiham irəli sürüləcək. Onların arasında qanunsuz tələbə qəbulu, qanunsuz maliyyə əməliyyatları kimi ittihamlar da var».

Xatırladaq ki, bir neçə gün əvvəl ABU-da əxlaqsız davranışların yaşanılması, tələbə qızlara əxlaqsız təkliflərin edilməsi və digər bu kimi biabırçı halların yaşanması ilə bağlı faktları açıqlamışdıq. Mənbəmiz bildirir ki, bununla da bağlı Elşad Abdullayevlə yanaşı, daha bir neçə AB-nun sabiq müəlliminə qarşı ittihamlar irəli sürülə bilər ki, onların arasında hətta «zorlama» suçlaması da var.

ELŞAD ABDULLAYEV İTTİHAM HƏDƏFİ OLDU
ELŞAD ABDULLAYEV İTTİHAM HƏDƏFİ OLDU

Onu da qeyd edək ki, Elşad Abdullayev deputat Gülər Əhmədovanın ondan 2 milyon dollar rüşvət alaraq, onu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehliyevə çatdıracağını deyib və guya ki, bu yolla onun problemləri həll olunacaqmış. Və həmin «bazarlıq» söhbətlərinin əks olunduğu videomaterial artıq «youtube.com»-da (http://www.youtube.com/watch?v=V04el-Kr7Wc&feature=player_embedded) ünvanında yerləşdirilib.

Ekspertlər hesab edir ki, Elşad Abdullayevə qarşı cinayət işi açılması təşəbbüsləri və onun beynəlxalq axtarışa verilməsi niyyəti əslində bəzi hakimiyyətiçi qüvvələrin sabiq rektordan qisas alma cəhdlərindən başqa bir şey deyil.

Geri qayıt