Əsas Səhifə > Şou-biznes > TANINMIŞ MÜĞƏNNİ FƏNA YAXALANDI

TANINMIŞ MÜĞƏNNİ FƏNA YAXALANDI


2-11-2011, 11:29
TANINMIŞ MÜĞƏNNİ FƏNA YAXALANDI

ƏDALƏT KİMİ QAPI AĞZINDA QARŞILADI?

Müğənni dəvət olunduğu tədbirdə dostları ilə əylənirdi.

Əməkdar artist, müğənni Ədalət Şükürov hər zaman mahnıları, geyimi və ciddi görkəmi ilə diqqət çəkib. Milli.Az xəbər portalının məlumatına görə, tədbirlərin birində dostlarını ətrafına toplayan müğənni maraqlı görüntüləri ilə nəzərdən yayınmayıb. Fotoaparatımıza tuş gələn Ə.Şükürov əvvəl kişi dostları ilə tək şərab içib, siqaret çəkirdi. Daha sonra müğənni qapı ağzına digər dostu ilə çıxaraq səmimiyyətlə bir xanımı qarşıladı. Qadın da qarşılıq verərək, müğənni ilə qucaqlaşıb görüşdülər. Müğənni, qadına əyləşdiyi masada, öz yanında yer ayırdı. Tədbir boyu müğənni qadınla şirin-şirin söhbət edir və sakit görünən xanımın qulağına arabir nə isə deyirdi.

Görünür, müğənni intizarla gözlədiyi xanım üçün darıxdığından siqaret çəkməyə üstünlük verirdi.

Onu da bildirək ki, çəkiliş zamanı xanımın simasını açıq göstərmək istəsək də, klubun vəziyyətinə və şəraitə görə alınmayıb.

Qeyd edək ki, Ədalət Şükürov paytaxtın gecə klublarının birində iştirak etdiyi tədbir zamanı dostlarını ətrafına toplamışdı.


Geri qayıt