Əsas Səhifə > Şou-biznes > FAİQ AĞAYEV AKTYORLUQ EDƏCƏK

FAİQ AĞAYEV AKTYORLUQ EDƏCƏK


2-11-2011, 11:26
FAİQ AĞAYEV AKTYORLUQ EDƏCƏK

TAMAŞANIN REJİSSORU İSƏ MEYXANAÇIDIR

Xalq artisti Faiq Ağayev Bakı estrada teatrında meyxanaçı Vüqarın səhnəyə qoyacağı tamaşada rol alacaq.

Day.Az-ın verdiyi məlumata görə, teatrın bədii rəhbəri olan Vüqar "Of-on" adlı tamaşanın dekabrın sonlarına planlaşdırıldığını, onun Heydər Əliyev Sarayında baş tutacağını söyləyib.

"Tamaşada teatrımızın aktyorları ilə yanaşı, xalq artisti Faiq Ağayev də rol alacaq. Əməkdar artist Lalə Məmmədovaya da rol verilib. Mən isə tamaşanın ssenari müəllifi olmaqla yanaşı, həm də rejissoruyam", - deyə Vüqar bildirib.

Geri qayıt