Əsas Səhifə > Partiya > DİNDARLAR MİTİNQ QƏRARI VERDİ
DİNDARLAR MİTİNQ QƏRARI VERDİ25-09-2012, 13:16 |
BUNUNLA BAĞLI MERİYAYA MÜRACİƏT OLUNUB AİP mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumatda bildirlir ki, 24 sentyabr 2012-ci il tarixdə Azərbaycan İslam Partiyasının icra aparatında geniş toplantısı keçirilib. Partiya funksionerləri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edib, beynəlxalq aləmdə baş verən hadisələrə mövqe bildirib. Müzakirələrdə KİV-lərdə AİP-ə, onun ayrı-ayrı funksionerlərinə qarşı yazılanların heç bir əsası olmadığı bildirilib. Və həmin yazılar qərəzli fikirlər kimi dəyərləndirlib, bu təxribatların qurumun siyasi fəaliyyətinə heç bir mənfi təsir göstərə bilməyəcəyini açıqlanıb. AİP rəhbərliyi ölkənin ayrı-ayrı regionlarında, xüsusən Masallı və Astara rayonlarında günahsız insanların, hörmətli mömin şəxslərin təqib olunmasını, həbsləri hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanlarının özbaşınalığı kimi dəyərləndiriblər. Çıxış edənlər Astaranın Ərçivan kəndində baş verənləri hüquq-mühafizə orqanları əməkdaşlarının əhalini zorla təxribata cəlb etmək hallarına münasibət göstərmiş, onların hərəkətini burada ikinci Quba hadisələrini süni şəkildə təşkil etməklə, sonra da dinc sakinlər arasında kütləvi həbslər aparmağa cəhd kimi qiymətləndirmiş və hakimiyyəti belə ssenariləri hazırlayanların tezliklə aşkarlanaraq cəzalandırılmasını tələb ediblər. Toplantı iştirakçıları Qərb ölkələrində, xüsusən ABŞ və Fransada əziz Peyğəmbərimizə (s) qarşı təhqiredici hərəkətləri beynəlxalq sionizmin İslam dininə qarşı çirkin əməllərinin nəticəsi hesab edərək bütün dünyada olduğu kimi, müsəlman ölkəsi Azərbaycanda da bu vəhşiliyə, qeyri-insani, eyni zamanda anti-bəşəri əməllərə xalq kütlələrinin etirazını təbii hesab ediblər. İstər ABŞ-ın, istərsə də Fransanın Bakıdakı səfirlikləri qarşısında etirazları zəruri addımlar kimi alqışlayan İslamçılar, eyni zamanda, dinimizə sevgidən, digər dinlərə hörmət və ehtiramdan irəli gələrək insanların kilsə və sinaqoqlar qarşısında deyil, məhz Peyğəmbərin (s) təhqir olunduğu ölkə təmsilçilərinə etiraz səslərini çatdırarkən incidilib, saxlanmalarını ,həbs olunmalarını kəskin pisləyiblər. AİP funksionerləri bu məqsədlə etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etməyi qərara alıb. Geri qayıt |