Əsas Səhifə > Ölkə > İCRA BAŞÇILARININ “TƏMIZLƏMƏSİ”NƏ START VERİLİR
İCRA BAŞÇILARININ “TƏMIZLƏMƏSİ”NƏ START VERİLİR25-09-2012, 12:43 |
AZƏRBAYCANDA BÖYÜK RÜŞVƏT DALĞASI Azərbaycada böyük rüşvət dalğası başlayıb. Bu dalğanın başında birbaşa icra başçıları dayanır. Gunxeber.com-un məlumatına görə, icra başçıları ali təhsili olmayan icra hakimiyyətlərinin kənd və qəsəbələr üzrə icra nümayəndəliklərinin rəhbərlərini, onların müavinlərini və müsahibləri kütləvi şəkildə işdən çıxarır. Onlar bildirilər ki, bu barədə göstəriş Prezident Administrasiyasından gəlib və qəti şəkildə tapşırılıb ki, texnikum təhsili olan bütün icra nümayəndələri, onların müavinləri, mühasiblər işdən çıxarılmalı, onlar ali savadlı kadrlarla əvəz olunmalıdır. İcra başçıları bunu əsas tutaraq kütləvi şəkildə “təmizləmə” işinə start verib. Hər boşalan vəzifə üçün külli məbləğdə rüşvət alınaraq həmin vəzifələrə yeni şəxslər təyin olunur. Gunxeber.com-un məlumatına görə, bu məsələ əksər rayonlarda ciddi və kütləvi narazılığa səbəb olub. Qeyd edək ki, icra nümayəndələri, onların müavinləri və nümayəndəliklərin mühasibləri dövlət qulluqçuları hesab olunurlar. Bu isə o deməkdir ki, həmin vəzifələrdə çalışan və pensiyaya çıxan şəxslər gələcəkdə daha yüksək məbləğdə pensiya alacaqlar. Tətbiq olunan yeni qayda cidid narazılıq doğurduğundan icra başçıları bəzi yerlərdə texnikum təhsili olan şəxsləri sözügedən vəzifələrdən çıxararaq onların yerini ali təhsili olan övladlarına və digər yaxınlarına satmaq yolu ilə vəziyyəti yumşaltmaq istəyir. Artıq bir neçə rayonda belə hal baş verib və bu ciddi narazılıq doğurub. Məsələn, Ağdam rayon sakini Elnur Abdullayevin Gunxeber.com-a göndəriyi məktubda bildirilir ki, bir neçə gün bundan əvvəl Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov iclas keçirərək 9 ərazi-inzibati nümayəndəsini işdən çıxarıb. Səbəb kimi də bunu göstərib ki,onların ali təhsili yoxdu: “Amma iş bunula bitməyib. Elə həmin iclasda Nizami Sadıqov işdən çıxarılan nümayəndələrə deyib ki, gedin ali savadlı oğlunuz, qızınız varsa onları gətirin ki, mən də onları sizin yerinizə təyin edim. Buna görə icra başçısı onlardan 5 imn manat tələb edib. İş bunula da bitməyib. Nizami Sadıqov 39 icra nümayəndəliynin mühasibini də işdən çıxarıb. 30 müavindən isə yerlərində qalıb işləmək üçün 3000 manat tələb edib. İcra başçısının bu fövqəladə iclasında rayon prokuroru da iştirak edib. Vəzifəsi rayonda korrupsiyaya qarşı mübarizə aparmaq olan prokuroru Kamran Əhmədov isə başçıya dəstək verib. Yəni prokuror başçının korrupsioner hərəkətlərinin şəriki kimi çıxış edib. Qeyd edim ki, Ağdam rayon prokuroru Kamran Əhmədov millət vəkili, vitse spiker Bahar Muradovanın yaxın qohumudur”. Laçın rayonundan redaksiyamıza daxil olan şikayətdə isə bildirilir ki, bu rayonun icra başçısı eyni qayda ilə artıq 81 nəfəri işdən çıxarıb və rüşvətlə onların yerinə başqalarını təyin edib. Bu məsələ ilə bağlı digər bölgələrdən də şikayətlər gəlməkdədir. Bu şikayətlərdə o da bildirilir ki, icra başçıları yığılan rüşvətin Bakıya, Prezident Administrasiyasına göndərdiklərini deyir. Geri qayıt |