Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROV MƏHKƏMƏLƏRİ VECİNƏ ALMIR
KƏMALƏDDİN HEYDƏROV MƏHKƏMƏLƏRİ VECİNƏ ALMIR25-09-2012, 12:12 |
FHN-DƏN ABSURD REAKSİYA Bazar ertəsi Şirvan Apellyasiya Məhkəməsində 2010-cu ilin daşqınlarından əziyyət çəkmiş bir qrup vətəndaşın Fövqəladə Hallar Nazirliyinə qarşı iddiasına baxılıb. Şikayətlər əsasən pul kompensasiyalarının ödənilməməsi, evlərin bərpası və tikintisi ilə bağlı hökumətin sərəncamlarının yerinə yetirilməməsinə aiddir. Ötən dəfə (digər bir qrup şikayətçinin iddiası üzrə iş) olduğu kimi bu dəfə də FHN nümayəndələri məhkəməyə gəlməyiblər. Məhkəmə 15 gün ərzində FHN-in vətəndaşların şikayət iddiaları üzrə cavab təqdim etməsi barədə qərar çıxarıb. Yarımillik fasilədən sonra Şirvanda vətəndaşların iddiaları üzrə məhkəmə prosesləri bərpa olunub. Belə ki, yazın əvvəllərində iddiaçıların məhkəmədə iştirakının asanlaşdırılması məqsədilə məhkəmə iclaslarının Bakıdan Şirvana keçirilməsi barədə qərar qəbul olunub. Əslində hakimiyyət FHN-in yerləşdiyi yer üzrə -1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində məhkəmə proseslərinin keçirilməsini yubadıb. 2010-cu ilin payızından ümumilikdə FHN və hökumətə qarşı 130 iddia qaldırılıb. Lakin onlardan 10-u üzrə qərar qəbul olunub. İddiaların bir hissəsi təmin olunub, bəziləri olunmayıb. İki iddia üzrə şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkənlərin hüquqlarını “Kür” qərargahının koordinatoru Oqtay Gülalıyev və vəkil Fariz Namazlı müdafiə ediblər. 2010-cu ilin yazında 8 rayon daşqına məruz qalmışdı. 100 min ha ərazini, 20 mindən çox evi su basmışdı. Hökumət daşqının nəticələrinin aradan qaldırılması üçün 500 mln. manat ayırsa da, qarşıya qoyulan vəzifələr tam yerinə yetirilməyib. Daşqının nəticələrinin aradan qaldırılması korrupsiya, vəsaitlərin mənimsənilməsi, vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunub. Geri qayıt |