Əsas Səhifə > Gündəm, Manşet > PKK YANDAŞLARI BAKIDA KÜRDLƏRƏ HAQQ QOYUR

PKK YANDAŞLARI BAKIDA KÜRDLƏRƏ HAQQ QOYUR


25-09-2012, 10:43
PKK YANDAŞLARI BAKIDA KÜRDLƏRƏ HAQQ QOYUR

GƏLMƏ KÜRDLƏR AZƏRBAYCANDA CİDDİ ŞƏKİLDƏ TƏŞKİLATLANA BİLİBLƏR

DİA.AZ: - Bu gün qardaş Türkiyəni narahat edən ən əsas problemin PKK terror təşkilatı olması bir faktdır. Bildirək ki, davamlı olaraq bu terror təşkilatının Azərbaycanda da dayaqlarının olması, PKK-ya Azərbaycandan da bir sıra şəxsləri dəstək verməsi haqda informasiyalar yayılıb. Bu kimi informasiyaların sübutu kimi isə hələ də rəsmi Bakının minlərlə türkü canına qıymış kürd terrorçuların təşkilatını Azərbaycanın Milli Məclisi tərəfindən layiqli hüquqi qiymətin verilməməsi göstərilib. Yəni Azərbaycan hələ də PKK-nı terror təşkilatı kimi tanımaması ilə bu kimi xəbərlərin ayaq tutub yeriməsinə rəvac verməkdədir.

Əslində bu gün bəzi məmurların PKK-nı dəstəkləməsi faktdır. Fakt olanı həm də odur ki, məhz həmin çevrələrin sayəsində Azərbaycanın ayrı-ayrı bölgələrinə minə yaxın kürd ailəsi yerləşdirilib və məlum proses hələ də davam etməkdədir.

Bu istiqamətdən DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, artıq Azərbaycanda kifayət qədər oturuşmuş olan gəlmə kürdlər hətta özlərinə gizli təşkilat yaratmağa da müvəffəq olublar. Mənbəmizin söylədikləri: ««PKK-Baku» adlanan bu təşkilatın iddiaları çox böyükdür. Amma əsas işləri Bakıdakı kürd əsilli şəxsləri əlaqələndirən bir mərkəzə çevrilməkdən və onların sayəsində PKK-ya müxtəlif yardımlar, xüsusən də maliyyə yardımı təşkil etməkdən ibarətdir».

Mənbəmiz bildirir ki, PKK yandaşlarının Bakıdakı əsas dayaqları ali təhsil ocaqlarındadır: «Çünki onlar əvvəlindən də Azərbaycan universitetlərində böyük dayaqlara malik idilər. Elə bu gün türkiyəli tələbələrin birliyi də kürd əsilli tələbələrin nəzarəti altındadır və demək olar ki, PKK-nın maraqlarına xidmət edir».

Ən dəhşətlisi odur ki, bu gün Bakıda gizli şəkildə fəaliyyət göstərən bu təşkilat aşkar surətdə ayrı-ayrı obyektlərə haqq qoymağa da cəsarət nümayiş etdirir. Mənbəmizin söylədikləri: «Konkret olaraq Türkiyədən olan kürd iş adamlarının işlətdikləri dükan və restoranlar hər ay həmin təşkilata haqq verirlər. Əks halda onları ailələrini girov götürməklə və müxtəlif hədələrlə təhdid edirlər».

Mənbəmiz onu da bildirdi ki, təbii ki, özlərini Azərbaycanda bunca rahat hiss edən PKK yandaşlarına hakimiyyətiçi kürd qruplaşması da böyük dəstək verməkdədir.

Geri qayıt