Əsas Səhifə > Cəmiyyət > MAAŞLAR ARTIRILIR

MAAŞLAR ARTIRILIR


1-11-2011, 16:35
MAAŞLAR ARTIRILIR

SIRADA HANSI DÖVLƏT İDARƏSİDİR?

Bu ilin sonunadək Azərbaycanda büdcə təşkilatlarında çalışanların əmək haqlarında artım gözlənilir.

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2012-ci il üçün açıqladığı dövlət büdcəsinin layihəsində bildirilir.

Büdcə layihəsinin xərclər hissəsinin «Sosial müdafiə və sosial təminat» bölməsində bildirilir ki, 2012-ci ilin büdcəsində 2011-ci ildə əmək haqları və pensiyaların, sosial müavinət və təqaüdlərin artırılması ilə yanaşı, 2011-ci ilin sonunadək gözlənilən artımların tətbiqi üçün də vəsait nəzərdə tutulub.

Maliyyə Nazirliyində bunu təsdiqləyərək ilin sonunadək büdcə təşkilatlarında çalışanların bir hissəsinin əmək haqlarının artırılacağını bildiriblər: «Bir qədər əvvəl Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşlarının maaşları artırılıb, bu proses ilin sonunadək bəzi başqa sahələri də əhatə edəcək».


Geri qayıt