Əsas Səhifə > Partiya > “MÜXALİFƏTLƏ MÜNASİBƏTLƏRİMİZİN”...

“MÜXALİFƏTLƏ MÜNASİBƏTLƏRİMİZİN”...


24-09-2012, 11:31
“MÜXALİFƏTLƏ MÜNASİBƏTLƏRİMİZİN”...

...YAXŞI OLMASINDA MARAQLIYIQ” – ƏLİ HƏSƏNOV

“Biz hətta opponentlərimiz hesab olunan müxalifətlə də münasibətlərimizin yaxşı olmasında maraqlıyıq. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS TV-nin “Hesabat” proqramına müsahibəsində deyib.

Bəlli ümummilli məsələlərdə müxalifətlə təkliflərinin bir nöqtəyə vurulmasının tərəfdarı olduqlarını bildirən Əli Həsənov bir çox hallarda müxalifətin bu kimi məsələlərdə hakimiyyətlə həmrəy olmamalarından təəssüfləndiyini bildirib: “Dəfələrlə Azərbaycana beynəlxalq təzyiqlər olub, müxalifət isə bundan bayram kimi istifadə edib, öz mətbuat orqanlarında bu məsələləri daha çox tirajlayaraq şişirdiblər. Belə məsələlərdə ilk növbədə günah müxalifətdə olub. Ramil Səfərov məsələsində isə müxalifət məcbur olub YAP-ın çağırışına qoşuldu. Ona görə ki, xalqın gözündən düşməkdən, xalqla aralarında olan mövcud uçurumun daha da dərinləşməsindən qorxdular.”

Əli Həsənov bundan sonra digər məsələlərdə də müxalifəti çağıracaqlarını bildirib.

Geri qayıt