Əsas Səhifə > Cəmiyyət > MİSİR MƏRDANOVUN DAHA BİR KORRUPSİYA YUVASI

MİSİR MƏRDANOVUN DAHA BİR KORRUPSİYA YUVASI


24-09-2012, 11:19
MİSİR MƏRDANOVUN DAHA BİR KORRUPSİYA YUVASI

ŞUŞA HUMANİTAR KOLLECİNDƏ DİPLOM ALVERİ

Şuşa Humanitiar Kollecində baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlar artıq burada çalışan müəllim kollektivini cana gətirib. Daxil olan məlumatda kollecin müəllimləri kolllec rəhbərliynin, faktiki olaraq tədris işləri üzrə müavin İlham Əhmədovun yol verdiyi qanınsızluqlardan şikayətlənirlər.

Belə ki, bir qrup müəllimin adından ünvanlanmış məlumatda bildirilir ki, İlham Əhmədovqeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina edir. Bildirilir ki, təqibən 600 saat olan həmin dərs saatlarını Tədris üzrə müavin kollecdə çalışan 6-7 nəfər qohumunun adına yazır, sonra isə həmin pulları mənimsəyir. Müəllimlərin bildirdiynə görə əslində həmin saatları onlar keçirlər. Amma nə qədər təkid etsələrdə, İlham Əhmədov müəllimlərin halal pulunu onlara verməkdən imtina edir.

Məlumatda həmçinin qeyd olunur ki, kollecdə adı keçən 40-a qədər tələbə var ki, onları bu günə qədər heç bir müəllim görməyib. Həmin tələbələrin imtahana belə gəlmədiyinə diqqət çəkən müəllimlər bildirir ki, İlham Əhmədov zorla onlara həmin tələbələrə qiymət yazmağa məcbur edir. Bundan əvvəldə belə halların mövcudluğunu qeyd edə şikayətçilər bildirirlər ki, hər il kollecdə 20-30 tələbə saxta diplom alır. \ pia.az \

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt