Əsas Səhifə > Şou-biznes > DAHA BİR SƏNƏTÇİMİZİN SƏHHƏTİ PİSLƏŞİB

DAHA BİR SƏNƏTÇİMİZİN SƏHHƏTİ PİSLƏŞİB


24-09-2012, 10:33
DAHA BİR SƏNƏTÇİMİZİN SƏHHƏTİ PİSLƏŞİB

AFAQ BƏŞİRQIZI XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Modern.az saytı xəbər verir ki, Musiqili Komediya Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilib. Hadisə ötən gecə baş verib. Belə ki, dünən axşam Musiqili Komediya Teatrında “7 məhbusə anası” tamaşasında baş rolu ifa edən Afaq xanımın halı qəflətən pisləşib. Hətta bu səbəbdən tamaşada fasilə də yaranıb.

Musiqili Komediya Teatrından Modern.az-a bildirilib ki, tamaşadan dərhal sonra Afaq Bəşirqızı Neftçilər xəstəxanasına aparılıb və müalicəsi üçün oraya yerləşdirilib. Hazırda onun vəziyyətinin stabillləşdiyi bildirilir.

Geri qayıt