Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SİYƏZƏNDƏ ŞOK HADİSƏ

SİYƏZƏNDƏ ŞOK HADİSƏ


24-09-2012, 10:05
SİYƏZƏNDƏ ŞOK HADİSƏ

DÜNƏN GECƏKİ İLDIRIM PARTLAYIŞ TÖRƏTDİ

Sentyabrın 24-nə keçən gecə Siyəzəndə elektrik transformatorunu ildırım vurub. Lent.az-ın rayon sakinlərinə istinadən məlumatına görə, Beşbarmaq dağı yaxınlığındakı transformator ildırım vurması nəticəsində partlayıb və ətrafa böyük həcmdə yağ yayılıb. Partlayışdan sonra transformator və ətrafa axan yağ alovlanıb.

Sakinlərin bildirdiyinə görə, hadisə yerinə gəlmiş yanğınsöndürənlər saat 03 radələrindən başlayan yanğını səhər saatlarında söndürməyə müvəffəq olublar.

Hazırda rayon ərazisində elektrik təminatı dayandırılıb.

Geri qayıt