Əsas Səhifə > Dünya > ERMƏNİPƏRƏST BOYER ÖZ AMPLUASINDADIR

ERMƏNİPƏRƏST BOYER ÖZ AMPLUASINDADIR


24-09-2012, 08:51
ERMƏNİPƏRƏST BOYER ÖZ AMPLUASINDADIR

FRANSA İYRƏNC QƏRARA İMZA ATACAQMI?

DİA.AZ: - Özünün ermənipərəst mövqeyi ilə hər zaman diqqətə gələn Fransa parlamentinin mağ-mərkəzçi partiyası UMP-nin deputatı Valeriya Boyer öz ampluasındadır. DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdən aydın olur ki, Boyer nökərçiliyini etdiyi ermənilər qarşısında yeni öhdəlik götürüb. Belə ki, «Erməni «soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını» tələb edən inkar qanununun qəbulu üçün ilk imzanı atan Boyer yenidən Konstitusiya Məhkəməsi tərəfindən rədd edilən məlum biabırçı hüquqi sənədi gündəmə gətirəcəyi haqda söz verib.

Bu barədə erməni televiziyasına danışan Boyer deyib: «Yenidən qanun layihəsini parlamentin gündəliyinə gətirəcəm. Hələ də ümidliyik və başladığımız işi bitirmək fikrindəyik. Hələliksə prezident Fransua Ollandenin öz sözünü yerinə yetirib-yetirməyəcəyini gözləməkdəyik. Qanun layihəsini gündəmə gətirəcəyini söyləmişdi. Amma bu gün Türkiyə ilə bağlı fərqli bir siyasət sərgiləyir. Biz də gözləyirik».

ERMƏNİPƏRƏST BOYER ÖZ AMPLUASINDADIR

Qeyd edək ki, Fransada 2001-ci ildə parlamentin qərarı ilə qəbul edilən ««soyqırım»ı inkar qanunu» Fransa Milli Məclisindən və Fransa Senatından keçdikdən sonra, Konstitusiya Məhkəməsi tərəfindən «Konstitusiyaya zidd olması» səbəbindən ləğv edilib. İndii isə ermənilər yenidən bu iyrənc niyyətlərini həyata keçirmək fikrinə düşüblər.

Geri qayıt