Əsas Səhifə > Cəmiyyət > VATİKAN QAPILARINI ÜZÜMÜZƏ AÇIR

VATİKAN QAPILARINI ÜZÜMÜZƏ AÇIR


1-11-2011, 15:27
VATİKAN QAPILARINI ÜZÜMÜZƏ AÇIR

AZƏRBAYCANA AİD SƏNƏDLƏR ÖLKƏMİZİƏ GƏTİRİLİR

Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlər ölkəyə gətiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərov bildirib. Onun sözlərinə görə, Vatikanın məxfi arxivində Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid 600-dək qiymətli sənəd var: “Hazırda bu sənədlərin Azərbaycana gətirilməsi üçün danışıqlar aparılır. Onlardan bəziləri sifariş olunub və Azərbaycana gətirliləcək”.

F. Ələkbərov bildirib ki, Vatikanın Apostol kitabxanasında saxlanılan Azərbaycan ədəbiyyatına aid 60 əlyazmadan 40-nın CD variantı da artıq ölkəyə gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib: “Qalan əsərlərin də ölkəyə gətirilməsi üçün danışıqlar aparılır. Həmin əsərlərin bəziləri restavrasiya olunacaq. Bundan sonra Azərbaycan alimləri həmin əsərlərin tədqiqatına başlayacaqlar”.


Geri qayıt