Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ REKTOR ÖLKƏDƏN 400 MİLYON DOLLAR ÇIXARIB

KEÇMİŞ REKTOR ÖLKƏDƏN 400 MİLYON DOLLAR ÇIXARIB


21-09-2012, 12:50
KEÇMİŞ REKTOR ÖLKƏDƏN 400 MİLYON DOLLAR ÇIXARIB

ELŞAD ABDULLAYEVLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çatacaq adı altında deputat Gülər Əhmədovaya 2 milyon dollar rüşvət verdiyini iddia edərək yenidən gündəmə gələn lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza ilginc faktlar ötürülüb.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, əslində Elşad Abdullayev bildiklərinin heç də hamısını açıqlamır. Mənbəmizin söylədikləri: «Elşad Abdullayev hələ də ehtiyat edir ki, bu da anlaşılandır. Çünki onun hazırda Azərbaycanda qiyməti 3 milyard ABŞ dolları həcmində olan müxtəlif obyektləri, yaşayış binaları var və keçmiş rektor həmin varidatını sataraq pula çevirməyi düşünür».

Mənbəmiz bildirir ki, zamanında Elşad Abdullayevə həmin obyektlərindən imtina etmək təklif olunub və bunun da müqabilində həm universitetini geri alacağı vəd edilib və həm də oğurlanmış qardaşına qovuşacağı söylənilib: «Amma Elşad Abdullayev bunlara razı olmayıb. Və nəticədə ABU-nun lisenziyası ləğv edilib».

Məlumatı verən qaynaq iddia edir ki, Azərbaycandan gedərkən özü ilə bərabər 400 milyon ABŞ dollarına qədər pulu da çıxarmağı bacaran Elşad Abdullayevin obyekt və binaları hələ də rəsmən onun adına olduğundan qapıları bağlı qalıb: «Keçmiş rektor son bəyanatı ilə əslində məlum çevrələrə siqnal ötürmüş oldu. Yəni daha ciddi faktları açıqlaya biləcəyinə işarə etdi. Vəziyyət o həddədir ki, tərəflərin heç bir çəkilənə oxşamır. Və bu da nəticədə Elşad Abdullayevin həyatının belə təhlükə altına qoyulması anlamını daşıyır».

Mənbəmiz maraqlı faktları da açıqladı: «Təsəvvür edin, ABU-nun əsas strukturu Azərbaycanda fəaliyyətini dayandırsa da, onun Moskva və Dubay filialları hələ də fəaliyyət göstərir. Bunun özü bir absurddur. Amma buna baxmayaraq, hələ də ABU-nun bərpası üçün zəmin rolunu oynadığından keçmiş rektor buk imi şantaj xarakterli təhdidlərini davam etdirəcək».

Mənbəmizin açıqladığı bir maraqlı məqam isə Elşad Abdullayevin müxalifət parntiyalarından birinə bu yaxınlarda yardım etməsilə bağlıdır: «Konkret şəkildə müxalifət partiyasına pul ötürən Elşad Abdullayev özü üçün bir növ ehtiyat variant da hazırlayır».

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir…

Geri qayıt