Əsas Səhifə > Sosial, Manşet > HEYDƏR BABAYEV BAKIDA YENİ ŞİRKƏT QURUR

HEYDƏR BABAYEV BAKIDA YENİ ŞİRKƏT QURUR


21-09-2012, 12:08
HEYDƏR BABAYEV BAKIDA YENİ ŞİRKƏT QURUR

KEÇMİŞ NAZİRİN ADAMLARINA «YUXARILAR» BU BARƏDƏ «DOBRO» VERİBLƏR

DİA.AZ: - Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin gerçəkdən də ciddi bir kadr olduğu və normal düzən üçün layiqli mütəxəssis hesab olunması hər zaman diqqət mərkəzində olub. Doğrudur, rəsmi Bakı Rusiyanın iqtisadi çevrələrindən transfer olunmuş Heydər Babayevdən imtina qərarı verdi, amma buna baxmayaraq hələ də sabiq nazirin bir sıra layihələrlə bağlı məsləhətlərinin alındığı söylənilir.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbələrin informasiyasına görə, Heydər Babayev günü bu gün də ölkə iqtisadiyyatının idarə olunmasında əsas müraciət olunan mütəxəssislərdən biridir.

Xatırladaq ki, bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında Heydər Babayev hakimiyyətdən heç bir vəzifə gözləmədiyini söyləmişdi. Və Heydər Babayevə məxsus olan obyektlər bir-birinin ardından əlindən alındı. Amma buna baxmayaraq, son zamanlar keçmiş nazirə münasibətin dəyişdiyi bildirilir. Bu barədə məlumatı verən qaynağın sözlərinə görə, belə bir şəraitdə sabiq İİN şefi hətta özünə yeni şirkət qura bilməsi üçün icazə də alıb.

Bildirilən görə, həmçinin bank sektoru ilə bağlı marketinq xidməti göstərəcək yeni şirkətin əsas məqsədi isə sığorta bazarında da özünə yer qazanmaqdan ibarətdir. Hələlik həmin şirkətin hansı modeldə və ad altında ortaya çıxacağı bəlli olmasa da, Heydər Babayevin bu qərarında iddialı olduğu da söylənilir.

Geri qayıt