Əsas Səhifə > Dünya > İKİ İLLİK MƏHKƏMƏ BAŞA ÇATIR

İKİ İLLİK MƏHKƏMƏ BAŞA ÇATIR


21-09-2012, 11:03
İKİ İLLİK MƏHKƏMƏ BAŞA ÇATIR

ÇEVRİLİŞDƏ İTTİHAM OLUNANLARA HÖKM OXUNUR

Bu gün Türkiyədə «Balyoz» (Gürz) dövlət çevrilişi planında ittiham olunan yüzlərlə ordu zabitinə hökm oxunması gözlənilir. Zabitlər baş naziri Rəcəb Tayyip Ərdoğan hökumətinə qarşı sui-qəsd hazırlamaqda təqsirli bilinirlər.

Məhkəmə iki ildir davam edir. Prokurorlar təqsirləndirilənlərə 20 ilədək həbs istəyiblər.

İttihama görə, zabitlər hərbi çevriliş etmək üçün İstanbulda məscidləri bombalamağı və qonşu Yunanıstanla münaqişə başlatmağı planlaşdırıblar.

«Balyoz» işində təqsirləndirilənlər ittihamları rədd edirlər, bildirirlər ki, 2003-cü ildə sadəcə ordunun müntəzəm hərbi təlimi planlaşdırılıbmış.

Türkiyə ordusu 1960 və 1980-ci illər arası üç çevriliş edib.

Bu dəfə hökuməti devirməyə cəhdə görə ordu zabitləri daxil olmaqla yüzlərlə şübhəli ittiham olunur.

Geri qayıt