Əsas Səhifə > Hadisə > GƏNC OĞLAN ANASINA SMS YAZAN İŞ YOLDAŞINI ÖLDÜRDÜ

GƏNC OĞLAN ANASINA SMS YAZAN İŞ YOLDAŞINI ÖLDÜRDÜ


21-09-2012, 10:22
GƏNC OĞLAN ANASINA SMS YAZAN İŞ YOLDAŞINI ÖLDÜRDÜ

GÖYGÖLDƏ DƏHŞƏTLİ OLAY

Göygöl rayonunda qətl olub.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, gənc oğlan anasına mesaj yazan kişini öldürüb.

Qanlı hadisə dünən saat 12 radələrində baş verib. Gəncə şəhər sakini 22 yaşlı Elnur Kərimov anası Evira Kərimova ilə birlikdə işlədikləri “Xalça” ticarət mərkəzində olan zaman qonşu mağazadakı 43 yaşlı Şirin Bayramovun telefonundan anasına sms gəlib.

Bunun üstündə Şirinlə mübahisə edən Elnur bıçaqla onu öldürüb. Sonra isə anasını öldürmək istəyib. Bıçaqla ona xəsarət yetirsə də, qadının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Geri qayıt